Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Bəyannamə bu gün imzalanıb

Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb.

“Report”un xəbərinə görə, ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasının təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Sənədi Mərakeş, Azərbaycan, Monteneqro, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda və Birləşmiş Ərəb Əmirliyinin nümayəndələri imzalayıblar.

ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə tərəfdaşlar arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspertlərin, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.

Assosiasiyanın yaradılmasına dair Niyyət Bəyannaməsi çərçivəsində həmçinin müvafiq sahə üzrə ən qabaqcıl təcrübələrin və ekspertizaların davamlı mübadiləsi üçün institusional platforma təsis olunacaq, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqinin təşviqi həyata keçiriləcək.

Niyyət Bəyannaməsinin imzalanmasında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələri Dövlət Agentliyinə ASAN Beynəlxalq Assosiasiyasının Təsis Görüşünü təşkil etdiyinə görə minnətdarlıqlarını çatdırıb, bu təşəbbüsün müstəsna əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində BMT-nin Dövlət Xidmətləri Forumu başlayıb. İyunun 26-dək davam edəcək tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT təşkil edib. Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiridir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar