Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ PA-nın yay sessiyasında sensasion hadisə-Rusiya quruma qayıtdı

2014-cü ildə Krımın ilhaqına görə səsvermə hüququndan və təşkilatın icraedici strukturlarına seçilmək hüququndan məhrum edilən Rusiyaya yaşıl işıq yandırıldı-Ukraynadan sərt etiraz

İyunun 25-də öz işini davam etdirən Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) sessiyasında əsl sensasiya yaşanıb. Belə ki, AŞPA-nın toplantısında Rusiyanın nümayəndə heyətinin səlahiyyətlərinin tam bərpası və Rusiyanın nümayəndə heyətinin AŞPA strukturlarında normal fəaliyyətinin təminatı ilə bağlı qətnamə qəbul olunub.

AŞPA-nın reqlament komitəsinin sədri, ixtisasca ginekoloq olan belçikalı Petra de Sutterin hazırladığı “AŞPA-da səlahiyyətlər və səsvermə ilə bağlı qərarların qəbul prosesinin təkmilləşdirilməsi haqqında” adlı qətnamə AŞPA-nın daxili qaydalarını dəyişməklə yanaşı, Rusiyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edir. Eyni zamanda, qətnamə AŞPA üzvü olan ölkələrə qarşı hər hansı sanksiyaların tətbiqini də çətinləşdirir. Qətnamənin lehinə AŞPA-nın 118 deputatı, əleyhinə 62 nəfər səs verib. 10 nəfər bitərəf qalıb. Milli.Az xəbər verir ki, bu hadisə Ukrayna nümayəndə heyətinin kəskin narazılığına səbəb olub.

Ukrayna Ali Radasının vitse-spikeri İrina Geraşenko Facebook səhifəsində yazıb: “AŞPA-nın 118 deputatı Rusiyannı üzvlük haqları ödəyərək təşkilatın heç bir qətnaməsinə əməl etməyəcəyinə səs verdilər. Onlar üçün pullar prinsiplərdən üstün oldu. Bu biabırçılığın əleyhinə səs verən 62 deputata minnətdarlığımızı bildiririk”. Qətnamə müzakirə olunarkən AŞPA Rusiyanın nümayəndə heyətinin səlahiyyətlərinin tam bərpası ilə bağlı sənədə Ukrayna nümayəndə heyətinin təklif etdiyi 226 düzəliş və əlavəni rədd edib. Sənədin müzakirəsi 9 saatdan çox davam edib.

Xatırladaq ki, 2014-cü ildə Krımın ilhaqına görə AŞPA-da Rusiyanın nümayəndə heyəti səsvermə hüququndan və təşkilatın icraedici strukturlarına seçilmək hüququndan məhrum edilmişdi.

Rusiya da buna cavab olaraq AŞPA sessiyalarına qatılmaqdan imtina etmişdi. Rusiya təşkilatın bütün başqa orqanlarında fəaliyyətini davam etdirirdi. Əsl siyasi sensasiya kimi dəyərləndirilən qətnamənin lehinə Avstriya, Fransa, İtaliya, İspaniya, İslandiya, Norveç, Portuqaliya, Serbiya, Türkiyə, Slovakiya və s. ölkələrin nümayəndə heyətləri bütünlüklə səs veriblər. Almaniya, İsveçrə, Çexiya, Moldova, Hollandiyanın nümayəndə heyətlərindəki deputatların əksəriyyəti Rusiyanın qayıdışını dəstəkləyib.

Maraqlıdır ki, Ermənistanın nümayəndə heyətində Edmon Marukyanla Naira Zöhrabyan sənədin lehinə, Ruben Rubinyan isə əleyhinə səs verib.

Ukraynanın nümayəndə heyəti bütünlüklə sənədə qarşı səs verib. Onları Polşa, Gürcüstan, Latviya, Litva, Estoniya, Britaniya və İsveçdən olan deputatlar dəstəkləyiblər.

Beləliklə, Rusiya AŞPA-nın iyun sessiyasında tam heyətlə iştirak edəcək və iclaslara AŞPA-nın sanksiyalar tətbiq edərək cəzalandırdığı 4 rusiyalı deputat da qatılacaq.

Petra de Sutterin hazırladığı və AŞPA-da qəbul olunmuş qətnamədə deyilir: “Bundan belə təşkilat üzvlərinin Assambleyada və onun orqanlarında səs vermək, çıxış etmək və təmsil olunmaq hüquqları dayandırıla, yaxud ləğv oluna bilməz”. Sənəd Bosniya-Hersoqovina və Rusiyanın nümayəndə heyətlərinə əvvəl nəzərdə tutulduğu kimi AŞPA-nın 2020-ci ilin yanvar sessiyasında yox, elə indi, iyun sessiyasında “tam və normal fəaliyyət” imkanı yaradır.

Bu isə Rusiyanın nümayəndə heyətinin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) və Avropa Şurasının yeni baş katibinin seçkilərinə qatılması deməkdir.

Avropa Şurasının baş katibi, norveçli Turbyörn Yaqlandın açıqlaması da maraqlıdır: “Sanksiyalarımız Krımın Ukraynaya qayıtmasına və Rusiyada insan haqları ilə bağlı vəziyyətin dəyişməsinə gətirib çıxarmadı. Bundan başqa, AŞPA-nı münaqişələrə cəlb olunmaqdan çəkinməli olan Qırmızı Xaça bənzədərdim”.

Ukraynanın AŞPA-dakı nümayəndə heyəti bu gün bəyan edib ki, əgər rusiyalı deputatlar iclas zalına qayıtsalar, AŞPA-nı tərk edəcəklər. “Yığışacaq və qərar qəbul edəcəyik. Prinsip etibarilə rusiyalılarla bir zalda özümüzü görmürük. Sadəcə, AŞPA-nın yay sessiyasında iştirak etməyəcəyik. Düzünü desəm, o zala necə qayıdacağımızı bilmirəm”, - Ukraynanın Ali Radasının avrointeqrasiya məsələləri komitəsinin sədri Mariya İonova deyib.

Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edilib. Avropa Şurası Parlament Assambleyası (AŞPA) yay sessiyasının ikinci iş günü Daimi Komitə və büronun ənənəvi hesabat məruzəsi ilə başlanıb. Həmin müzakirələr ətrafında çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri onlara xas riyakarlıqla ölkəmiz Azərbaycan və Türkiyə əleyhinə yalan və iftiralarla dolu çıxışlar ediblər. (Etikxeber.az) AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov nitqini bu saxtakarlıqları və böhtanları ifşa etməklə başlayaraq belə məzmunlu çıxışların növbəti dəfə işğalçı Ermənistanın və onu təmsil edən deputatların əsl sifətini göstərdiyini, Avropa Şurası bu cür arzuolunmaz və məyusedici davranışların yeri olunmadığını bəyan edib.

Azərbaycanlı deputat diqqəti bu mötəbər qurumun hazırda çox məsul və həlledici bir tarixi mərhələni yaşadığını vurğulayaraq söyləyib ki, bu gün Büro və Daimi Komitənin inkişaf haqda hesabatı müzakirə edilərkən Avropa Şurası sərhəddə dayanan kimidir: “Elə düz 70 il əvvəl də belə idi. O vaxt bu təşkilat yaranırdı və Avropa, dünya mühüm bir sərhədin astanasında idi. İkinci dünya müharibəsindən sonra büsbütün başqa bir Avropa və dünya formalaşmışdı, soyuq müharibə epoxası başlanırdı. Avropa Şurasının bioqrafıyası təsdiq edir ki, o, məhz soyuq müharibə dövrünün uğurlu təşkilatı imiş. Çünki bu qurumun demokratiya, insan hüquqları sahəsində əldə etdiyi başlıca uğurların hamısı elə həmin dövrlərə təsadüf edir. Elə ki, soyuq müharibə epoxası bitməyə, artıq real qanlı qarşıdurmalar ortaya çıxmağa başladı, Avropa Şurası daha əvvəlki effektdə fəaliyyət göstərə bilmədi. Hərbi münaqişə və işğalların qarşısını almaqda, milyonlarla qaçqın və köçkünün problemlərini həll etməkdə Avropa Şurası əməli köməklər göstərə bilmədi və bacarmır”.

Bütün bunların səbəbinin Avropa Şurasının iş üsullarında müşahidə edilən qüsurlardan irəli gəldiyini qeyd edən R.Hüseynov konkret faktlar üzərində dayanaraq deyib: “İcra olunmayan, kağız üzərində qalan gücsüz qətnamələr, baş alıb gedən ikili standartlar, sözlə əməlin düz gəlməməsi, idarə olunan qruplaşmalar, ayrı-ayrı üzv ölkələrə fərqli münasibətlər, təşkilatın nizamnaməsinin mütəmadi pozulmasına biganə münasibət, islahatların dekorativ səciyyəsi və çox-çox oxşar səbəblər. Avropa Şurasının bu qüsurlardan xilas olması üçün məxsusi bir antivirus proqramına ehtiyacı var. Yoxsa ki, ən ümdə məsələlərin həllində hamımızın ortaq sərvəti olan bu maşın – Avropa Şurası xəta verir, yaddaşı donur, həddən artıq yüklənmiş görünür. Ona görə də mənim fikrimcə Avropa Şurası sərhədin bu tayından o tayına, varlığının 70 yaşdan sonrakı hissəsinə sadəcə kosmetik islahatlarla yox, kardinal dəyişikliklərlə getməlidir. Yeni dövr onu göstərir ki, sözün gücü ilə işləmək daha keçmir, əvvəlki effekti vermir. Ona görə də sözün hərəkətə çevrilə, işləyə bilməsindən ötrü onu irəlilədən real güc olmalıdır”.

Bununla əlaqədar olaraq 47 ölkəni əhatə edən Avropa Şurasının qərar və qətnamələrinin icrasına bilavasitə xidmət edə biləcək konkret təsir mexanizmini yaratmalı olduğunu deyən R. Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin idarəçilik sistemində də dəyişikliklərin vaxtın çağırışı olduğunu bildirib: “Təcrübə aşkar şəkildə nümayiş etdirir ki, qərarların, qətnamələrin icrasına bilavasitə təsir göstərən işlək mexanizm olmadan, Nazirlər Komitəsinin yalnız məşvərət, tövsiyyə xarakterli orqan kimi qalmaqla nəyəsə nail olması mümkün deyildir. Hər bir üzv ölkə bilməlidir ki, məqamı çatanda təşkilatın yalnız siyasi deyil, çox ciddi iqtisadi və digər sanksiyalarına da məruz qala bilər”.

Avropa Şurasının sabahına nikbin baxmağa çağıran R. Hüseynov göstərib ki, bəzən Avropa Şurasını artıq ömrünü başa vurmuş təşkilat kimi dəyərləndirmək kimi pessimist mülahizələrlə də qarşılaşmaq doğru deyil. Ömrünün növbəti onilinə Avropa Şurası əsaslı şəkildə dəyişilmiş, dövrün tələblərinə uyğun olan qurum şəklində qədəm qoyarsa, belə narahat düşüncələrə də yer qalmaz.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkələri quruma üzvlükdən çıxara, yaxud fəaliyyətini müvəqqəti məhdudlaşdıra bilməz. “Report” xəbər verir ki, qərar qurumun yay sessiyası çərçivəsində iyunun 25-də qəbul edilən “AŞPA-nın hakimiyyət və səsverməyə dair qərarvermə prosesinin gücləndirilməsi” adlı qətnamədə qeyd olunub. Sənəd belçikalı deputat Petra De Sutterin hesabatı əsasında 118 nəfər lehinə, 62 nəfər əleyhinə və 10 nəfər bitərəf qalmaqla qəbul edilib.(“Yeni Müsavat”)

pia.az


Etiket: AŞ PA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar