Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arzu Rəhimovun işçisindən ÖZBAŞINALIQ - İttiham

Respublikamızda ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılmasını da ortaya qoymuşdur

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tebeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan MR Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Ötən 7 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdiril-məsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Təəssüf ki, bəzi kadrlar bu islahatlar və realllqla barışmayaraq köhnə idarəçilik düşüncəsini beyinlərində saxlayıblar. Bu sırada xidmət rəisinin ikinci dəfə etimad göstərdiyi şəxslər xüsusilə diqqət çəkir.

Belə ki, bir müddət öncə “köhnəliyin nümunəsi” kimi sərəncama göndərilən, sonradan Baş İdarədə işə götürülən, indi isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi postuna təyinat alan polkovnik-leytenant Nizami Nəbiyev artıq qısa müddətdə mənfi mənada özünü göstərib. Redaksiyamıza müraciət edən Cəlilabad rayon sakini Təhməzov Mirsəlim Sahib oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində təhqirə və fiziki təzyiqə məruz qaldığını bildirir. O, Reportyor.info-ya ünvanladığı məktubda(məktuba şikayətçinin hadisə yerindən səs yazısı da əlavə olunub) Hikmət adlı müfəttiş tərəfindən döyüldüyünü bildirir. O yazır: “Dayımoğlunun hərbi biletinin gəlməsi ilə əlaqədar olaraq Cəlilabad rayon komisarlığına yollandıq. Komisarliıda Hikmət adlı şəxsə yaxınlaşaraq hərbi bilet haqda məlumat almaq istəsəm də o mənə qarşı təhqiramiz ifadələr işlətməyə başladı. Daha sonra bizə demədim rədd olub gedin deyərək sifət nahiyyəmdən zərbələr vurdu.

Bu məsələ ilə bağlı yeni təyin olunan rayon komissarı tədbir görəcəyini bildirsə də heç bir real addım atılmadı”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində vətəndaşa qarşı bu cür münasibət və şöbənin rəisinin bu hadisəyə laqeydliyiHərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin otağında baş verən söhbətin səs yazısı: kifayət qədər ciddi hadisədir. Biz hər zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rəhbərliyinin fəaliyyəti ilə bağlı xüsusi diqqət və həssaslıq göstərmişik. Bunun başlıca səbəbi Xidmətin dövlət üçün strateji bir məqam olmasıdırsa, digər səbəb Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rəisi Arzu Rəhimovun fəaliyyətinə göstərilən rəğbətdir. Ancaq yuxarıda göstərilən olaylar və buna şərait yaradan kadrlar görülən işlərə kölgə salır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar