Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artur Rasizadə sükutu pozdu

“Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanması Azərbaycan üçün yaxşı haldır. Ancaq əmin olmalısan ki, həmin sənədin içərisində nələr yazılıb. Gərək bu sənədlə tanış olaq, sonra fikir söyləyək”

Bunu demokrat.az portalına müsahibəsində Azərbaycanın keçmiş baş naziri Artur Rasizadə deyib.

O, bu sazişin imzalanmasını müsbət qiymətləndirib.

“Bizim əsas işimiz odur ki, sözügedən sazişdə Azərbaycanın maraqları öz əksini tapsın. Hazırda biz bunun üzərində işləyirik. Əgər Qarabağla bağlı Azərbaycanın qəti mövqeyi həmin sənəddə əksini tapacaqsa, təbii ki, bu sazişi imzalamaq olar. Allah etməsin, əgər bu olmasa, o zaman həmin sazişin imzalanması əhəmiyyətsiz olacaq”, - eks baş nazir bildirib.

Onun fikrincə, Avropa İttifaqı özü də maraqlı olmalıdır ki, Azərbaycan bu sazişə qoşulsun.

“Əgər Azərbaycanın maraqları bu sazişdə öz əksini tapacaqsa, o zaman birmənalı şəkildə həmin sənədi imzalamaq olar. Prinsipcə, bu saziş faydalı sənəddir. O ki qaldı bu sənədin içərisində yazılan detallara, bunu zaman göstərəcək”, - Artur Rasizadə deyib.

Avropa İttifaqı ilə sazişin imzalanmasının Rusiya ilə münasibətlərə zərər verib-verməyəcəyi ilə bağlı suala cavab olaraq Artur Rasizadə bildirib ki, bu mümkün deyil.

Rusiyanın marağındadır ki, onunla bizim aramızda münasibətlər yaxşı olsun. Rusiya Dağlıq Qarabağ məsələsilə bağlı da neytral siyasət aparır. Bilirsiniz ki, Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ona görə də mən düşünmürəm ki, Rusiya bu sazişin imzalanmasına qarşı çıxaraq hər hansı təxribat etsin.

Digər tərəfdən isə, hazırda Rusiyanın Qərblə münasibətləri heç də yaxşı deyil. Bu gün regionda əlavə qaynar nöqtənin yaranması Rusiyanın maraqlarına uyğun gəlmir. Biz Cənubi Qafqaz ölkələrinə baxsaq görərik ki, Gürcüstan Rusiyanın müttəfiqi deyil. Ermənistan da qənaətbəxş hesab olunmur. Rusiya bütün bunları yaxşı anlayır. Bu gün regionda Azərbaycana ən yaxın dövlət və xalq Türkiyədir. İndi Rusiyanın da Türkiyə ilə çox yaxşı münasibətləri mövcuddur. Hazırda geosiyasi proseslərdə Rusiyanın çox az tərəfdaşı qalıb. Ona görə Rusiya Azərbaycanı da itirmək istəməz. Ona görə də düşünmürəm ki, Rusiya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişə qarşı çıxsın.

Ümumiyyətlə, Azərbaycan və rus xalqları arasında tarixən yaxşı münasibətlər olub”, - Artur Rasizadə deyib.

pia.az


Etiket: Artur Rasizadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar