Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Artıq Ermənistan Rusiyanın vasitəçiliyini istəmir”

Nazim Cəfərsoy: “İlham Əliyevlə Nikol Paşinyanın bəyanatları sənədləşdirilib və Kremldə Putinin qarşısına qoyulub”.

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı təxribatının nəticəsi olaraq başlayan döyüşlər davam edir. Qarabağ cəbhəsində düşmənə sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusu, qarşı tərəfə demək olar ki, fürsət yaratmır.

Bütün bunların fonunda sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş Naziri Nikol Paşinyanla Rusiyanın “Rossiya-1” telekanalında “60 dəqiqə” proqramının qonağı olub. Görüşdə ölkə başçısının Paşinyan üzərində nəzərəçarpan üstünlüyü, rusiyalı siyasətçilərin də diqqətindən yayınmayıb.

AYNA-nın sözügedən veriliş barədə suallarını Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy cavablandırıb.

- “60 dəqiqə” proqramı sizə necə təəssürat bağışladı və çıxışlar hansı mesajlarla yadda qaldı?

  • Burada iki məqam var: Birincisi, görüşün ana mahiyyəti, mesajları, mesaj verən şəxslər və mesaj verilən kütlənin əhəmiyyətidir. Çünki mesajı verənlər hər iki ölkənin ən yüksək səviyyəli nümayəndələridir. İkincisi, hansı mesajların veriləcəyi önəmli idi. Üçüncüsü isə, bu mesajlar ilk növbədə rusdilli auditoriyaya verilirdi deyə, tərəflər öz tezislərini səsləndirməyə çalışırdılar. Azərbaycan Prezidenti Azərbaycanın haqlı mövqeyini bir neçə maddə ilə bildirdi və Ermənistanın regionda işğalçılıq faktını, işğal vəziyyətini aradan qaldırmayaraq beynəlxalq hüquqa zidd addım atdığını, həmçinin son üç ildə də açıq-aşkar müharibə ritorikasını seçdiyini vurğuladı. Ölkə başçısı bunu həm Ermənistanın son qarşıdurmanı başlatması, həm də siyasi leksika və davranışlardan özünü göstərdiyini diqqətə çatdırdı. Bildirdi ki, son qarşıdurmanı başladan da məhz Ermənistandır və Azərbaycan sadəcə əks-hücumla qarşılıq verir. İlham Əliyev Rusiya mətbuatında ermənilərin gündəmə gətirdiyi, guya Türkiyə tərəfinin qarşıdurmada aktiv iştirak etməsi ilə bağlı tezisləri də dağıtdı. Eyni zamanda, guya ki, Türkiyənin Ermənistan hərbi təyyarəsini vurması ilə bağlı iddiaların doğru olmadığını da ən yuxarı səviyyədə sübut elədi.

Başqa məqam isə Suriyadan gətirilən muzdlu döyüşçülərlə bağlı idi ki, ölkə Prezidenti bu tezisləri də rədd elədi və bu, həm də erməni tezislərinin boşa çıxarılması baxımından verilən mesajalar idi. Bir sözlə, birinci hədəf Rusiya mətbuatı və rusdilli auditoriya, ikinci hədəf düşmən (Prezidentin dediyi “Biz erməniləri elə hala salacağıq ki, bizim torpaqlarımıza dönüb baxmağa bir də cəsarət etməyəcəklər” cümləsi buna nümunədir), üçünü hədəf isə Paşinyan rejiminin Sorosa aid olduğunu vurğulayaraq, Rusiyanın həssasiyyətindən faydalanmaq idi. Növbəti hədəf kütləsi də Azərbaycan xalqı idi ki, ölkə başçısı Azərbaycan xalqına haqq yolundan geri dönmək istəmədiyini və əsas hədəfinin Azərbaycan torpaqlarının azad edilməsi olduğunu vurğuladı.

- Qeyd etdiyiniz üç istiqaməti mərhələli şəkildə necə analiz etmək olar?

- Birinci istiqamət odur ki, Azərbaycanda ümumi əhval-ruhiyyə hədəf kütləsinə lazımi mesajların verildiyini göstərir. İkincisi, Rusiyaya mesajların verilməsi idi ki, önümüzdəki günlərdə Rusiyanın mövqeyi ilə biz bunu görə biləcəyik. Ki, bu mesajlar Rusiya siyasi elitasında necə əks-səda doğurub və biz bunu verilən reaksiyaların tonundan başa düşəcəyik. Buna isə vaxt lazımdır. Onu da qeyd edim ki, Prezidentin bu çıxışı həm də Ermənistanın öz imkanları vasitəsilə rus mətbuatında yaymağa çalışdığı təbliğat maşınını zərərsizləşdirmək baxımından əhəmiyyətli oldu.

- Bu mesajlar hədəf kütləsinə çatmaq baxımından proseslərin gedişinə necə təsir edəcək?

- Bu proseslərin həllində Rusiyanın mövqeyi çox əhəmiyyətlidir. Təbii ki, Rusiyanın mövqeyinin formalaşmasında bizim öz tezislərimizi həm Rusiya ictimaiyyətinə, həm Kremlə, həm də Rusiya siyasi elitasına necə təqdim etməyimiz əhəmiyyətlidir. Və Azərbaycan Prezidentinin sentyabrın 29-dakı çıxışı bunun üçün uyğun platforma idi. Həm də “Rossiya-1” Rusiyanın ən populyar və əhəmiyyətli kanallarından biridir. Bir növ bu porosesin orada bərabər şəkildə müzakirə edilməsi, əslində Rusiyanın prosesə necə yanaşması ilə bağlı da maraq doğurur. Çünki bu cür kanalların informasiya siyasəti birbaşa Kreml tərəfindən planlaşdırılır. Yəni hər iki tərəfə eyni anda mövqe sərgiləmək imkanının verilməsi ilə, Kremilin ənənəvi mövqeyinin davam etdiyini görürük.

- Rusiyanın vahid və dəqiq mövqeyini necə anlamaq olar?

- Rusiya siyasətçilərinin mövqeyindən. Məsələn, Rusiyadakı müəyyən yayım siyasətinə, Rusiyanın zaman-zaman örtülü mesajlarını gündəmə gətirən Jirnoviskiyə, Duqlinə, yaxud başqa şəxslərin mövqeyinə baxacağıq. Ondan sonra Rusiya Xarici İşlər Nazirliyinin mesajlarından da bunu görmək imkanımız olacaq. Kremldə əvvəlcə Peskovun, daha sonra da ola bilsin ki, Putinin leksikonundan bunları anlaya biləcəyik ki, iki liderin görüşü onlara necə təsir bağışlayıb. Çünki mütləq şəkildə bu tezislər sənədləşdirilib və Kremldə Putinin qarşısına qoyulub. Bu mesajların da hansı dərəcədə effektiv olduğunu Rusiya rəhbərliyinin verdiyi mesajlardan anlamaq olacaq. Ona da bir az vaxt lazımdır.

- Sizcə, bu tezislər Ermənistanda nə kimi əks-səda doğurub və doğuracaq?

- Düşünürəm ki, bu, artıq öz effektini verib. Paşinyan dünənki açıqlamasında Rusiyanın vasitəçiliyini arzu etmədiklərini dilə gətirdi. Bu mesajın verilməsində də Rusiyanın ümumi yanaşmasının rolu var. Çünki həmin çıxışdan sonra həm Azərbaycan, həm də Ermənistan qərarvericiləri prosesin necə əks-səda doğurduğunu Kreml vasitəsilə öyrəniblər. Düşünürəm ki, Paşinyanın dedikləri də Kreml administrasiyası üzərindən aldıqları informasiyanın onlar üçün arzuedilən olmaması ilə bağlıdır. Ona verilən reaksiyalar qənaətbəxş olmadığı üçün, Paşinyan Rusiyanın vasitəçi olmaması barədə açıqlama verib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

loading...

Ən çox oxunanalar