Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Artıq Ermənistan Azərbaycanı müharibəyə təhrik edir” - Politoloq

Ermənistan Azərbaycan tərəfindən emosional davranış gözləyir. Bu emosional davranışa qarşı isə Ermənistan və onun havadarlarının B planının işə salınması nəzərdə tutulur”.

Bu sözləri politoloq Zaur Məmmədov son zamanlarda cəbhə xəttində baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi və dünən yenidən şəhid verməyimiz cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Prezident İlham Əliyevin müharibə anonsu və danışıqların demək olar ki, dayandırılmasını deməsindən sonra cəbhədə baş verənləri necə şərh etmək olar? Müharibənin başlanması ehtimalı varmı?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.


Zaur Məmmədov: “Ermənistan bütün sahələrdə Azərbaycana qarşı müharibə elan edib. Azərbaycan son zamanlar bu təxribatların daha da artmasının şahidi olur”.

Cəbhədə müharibənin hər an başlaya biləcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq ərazisini işğalçı dövlətin hərbiçilərindən təmizləmək hüququna sahibdir:

“Bəli, artıq Ermənistan Azərbaycanı müharibəyə təhrik edir. Amma müharibəyə Dağlıq Qarabağda və işğal olunmuş ərazilərdə deyil, Tovuz, Qazax istiqamətində və ümumilikdə Azərbaycan-Ermənistan dövlət sərhəddi istiqamətində təhrik edilir. Bu da o deməkdir ki, Ermənistan Azərbaycan tərəfindən emosional davranış gözləyir. Bu emosional davranışa qarşı isə Ermənistan və onun havadarlarının B planının işə salınması nəzərdə tutulur.

Bütün bunları rəsmi Bakı yaxşı bilir. Buna görə də Azərbaycan provakasiyaya getmir. Amma Tovuz istiqamətində Ermənistanın təxribatları davam edərsə, Azərbaycan mütləq şəkildə digər istiqamətlərdə Ermənistana qarşı hücuma keçəcək. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq ərazisini işğalçı dövlətin hərbiçilərindən təmizləmək hüquqna sahibdir. Eyni zamanda bildiyimiz kimi Qarabağ son zamanlar terrorçuların yuvasına çevrilib. Azərbaycan öz ərazilərini terrorçulardan təmizləmək məqsədi ilə Qarabağda geniş antiterror əməliyyatına başlamaq məcburiyyətində qalacaq.

Hazırda ümumi vəziyyət elədir ki, müharibə hər an başlaya bilər. Ümumiyyətlə Ermənistanın Azərbaycana qarşı müharibəsi hər zaman davam edib. Ermənistan bütün sahələrdə Azərbaycana qarşı müharibə elan edib. Azərbaycan son zamanlar bu təxribatların daha da artmasının şahidi olur”.


Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar