Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artıq çəki orqanizmdə hansı xəstəliklərə tətikləyici təsir göstərir? - Diyetoloqla müsahibə

Diyetoloq: “Çəki vermədə rekord nəticə anlayışı yoxdur. Əgər pasiyent ideal çəkisinə, ideal yağ aralığına gəlibsə bu artıq rekord nəticədir”.

“Arıqlamanın gedişatına mane olan əsas faktorların başında əsəb gəlir. Stres, hormonal disbalans, pasinetin endokrin statusunun normal olmaması çəki artımını tətikləyən səbəblərdir”.

Artıq çəki - günümüzdə bir çoxumuzun sağlamlığımıza birbaşa mənfi təsir edən və bizi psixoloji kompleks içində saxlayan “baş bəlası”…

Hər nə qədər buna səthi yanaşsaq da artıq çəki orqanizmdən heç də fəsadsız ötüşmür. Bəs artıq çəki ilə necə mübarizə aparaq? Nələrə diqqət edək? Sağlam qidalanarkən hansı qidalardan istifadə edək? Artıq çəki orqanizmdə hansı xəstəliklərə tətikləyici təsir göstərir?

Bu və digər suallarımızı peşəkar Diyetoloq SCOPE sertifikatlı, piylənmə müalicəsi mütəxəssisi Nərmin Ələsgərovaya ünvanladıq.

Nərmin Ələsgərova: “Sağlamlığımıza zərər vermədən, daha sağlıqlı qidalanaraq kilo verməliyik”.

PİA.az diyetoloq Nərmin Ələsgərova ilə müsahibəni təqdim edir:

- Nərmin xanım, diyetə nədən başlamaq lazımdır? Ümumiyyətlə bunu evdə hərkəs özbaşına edə bilərmi?

- Diyetə ilk növbədə sağlam həyat tərzindən başlamaq lazımdır. Birinci sağlam həyat tərzinə keçid etməliyik. Burada söhbət təkcə sağlam qidalanmadan getmir, yuxu rejiminin normal olmalı, fiziki aktivlik normal olmalı, əsəb- stressən uzaq durmalı, düzgün maye qəbulu, ilk növbədə bunları qaydaya salmalıyıq. Daha sonra sağlam qidalanma haqqında danışmaq olar.

- Sağlam qidalanma deyəndə çoxumuzda belə fikir formalaşır ki, dadlı yeməklərdən məhrum olacayıq. Nədir sağlam qidalanma?

- Sağlam qidalanma dedikdə bütün makro və mikro nutrientlərin balanslı şəkildə qəbulu nəzərdə tutulur. Yəni bura həm karbohidrat, həm yağ, həm də proetinlə zəngin qidalanma, eyni zamanda mikro nutrientlər daxildir. Hər hansısa mono diyetlər, şok diyetlər, detoks diyetlər deyil, sağlam qidalanmadan söhbət gedirsə, əlbəttə bunu hər kəs evdə özbaşına edə bilər. Amma bir mütəxəssisə müraciət etmək, bu sahədə təhsil almış, təcrübəli bir mütəxəssisə fikir danışmaq daha doğru olardı.

- Arıqlamanın gedişatına mane olan əsas faktorlar nələrdir?

- Bu faktorların başında əsəb, stres gəlir. Stres, hormonal disbalans, pasienetin endokrin statusunun normal olmaması, hormonal balansın pozulması çəki artımıını tətikləyən səbəblərdir. Bundan başqa vitamin əksikliyi, insulin rezistenliyi, urolji problemlər və sairə insan orqanizmində tarazlığı pozur. Həmçinin maye qəbulunun düzgün olmaması, metabolizma sürətimizin zəif olması, əsəb stresin pik səviyyədə olması, fiziki aktivliyin heç olmaması kökəlməni yaradan əsas faktorlardır.

- Gündəlik qəbul edəcəyimiz maye miqdarını necə hesablaya bilərik? Mayeni yetərincə qəbul etmədikdə və ya normadan artıq qəbul etdikdə orqanizmdə nələr baş verir?

- Gündəlik maye miqdarı hər kiloya 30 ml civarında hesablanır , amma bunu hamıya şamil etmək olmaz. Uroloji problemi olanlarda maye miqdarını azalda bilərik. Yetərincə maye qəbul etmədikdə, biz bədəndəki artıq mayeni, ödəm ata bilmirik. Həddindən artıq maye qəbul etdikdə isə bədəndə normadan artıq maye yığılır. Buna görə də, mayeni normadan nə az, nə də çox qəbul etmək olmaz.

- Çoxları bu haqda məlumatlıdırlar. Bilməyənlər üçün məlumat verərdiniz. İNBODY aparatı nədir?

- İNBODY aparatı bədən analizatorudur, yəni funsional tərəzidir. Biz burada 27-yə yaxın bədən parametrimizi gorə bilirik. Yağ kütləsi, əzələ kütləsi, protein mineral miqdarı, bədəndəki suyun miqdarı, bölgəsəl olaraq qollarda, ayaqlarda nə qədər yağ və nə qədər əzələ var. Aradığımız ideal kilo iç orqanların yağ miqdarını, metabolizma sürətini piylənmə dərəcəsini və idmanla itirdiyimiz kalorini göstərir.

Nərmin Ələsgərova: “Qan azlığı olanlara, dəmir defisitli anemiyalara, süd verən analara, hamilələra, epileptik xəstələrə, ödündə, böyrəyində problemi olanlara, diyabetlərə detoks qətiyyən olmaz”.

- Şok diyetlərdən danışaq. Hansı ki, çox cəlbedici və sürətli çəki itirilməsini vəd edirlər, lakin diyet müddəti bitən kimi verilən çəki artıqlamasıyla geri qayıdır…

- Bu tip diyetlərdən danışsaq, detoksla bağlı kəskin aşağı kalorili diyetlər, su diyeti, qreçka diyeti kimi bir qidaya bağlı mono diyetləri tovsiyyə etmirik. Bu tip diyetlər xəstəyə kəskin kalorili qida təqdim edir. Deyək ki, xəstənin gündəlik qəbul etdiyi kalori miqdarı 2500 kaloridirsə, onun rahat çəki verməsi üçün 500 kalori defisitlə diyet yazıla bilirsə, şok diyetlərdə 2500 kalori əvəzinə ümümulikdə 500 kalori miqdarında qida verilir. Pasiyent birdən-birə 1500-2000 kalori defisitlə qidalanmağa başladıqda çox sürətlə çəki verməyə başlayır və bu orqanizmdə bir sıra problemlərə gətirib çıxarır. Çünki bu qidalanma yağ, karbohidrat və proteindən çox kasad qidalanma olur.

Hətta detoks diyetlərində qida qəbulu olmayan menyular yazılır ki, bu da çox yalnışdır. Makro, mikro nutriyentlərdən yetərli olmayan qidalanma tərzində bizdə vitamin mineral əksiklikləri və bir çox sağlıq problemləri maunitrusyon vəziyyət də yaranır ki, bunun üçün də uzun müddətli müalicə tələb olunur. Yəni sağlamlığımıza zərər vermədən, daha sağlıqlı qidalanaraq kilo verməliyik. Çünki bu tip diyetlərdən normal həyat tərzimizə geri qayıdanda biz gündəlik 2500 və üzərində kalori qəbul etdikdə, veridiyimiz çəkini çox sürətlə də geri alacayıq və bu da təbiidir.

- Yağ yandırıcı və ödəm atdırıcı detoksları kimlər edə bilər? Ümumiyyətlə detokslar orqanizmdə nə iş görür?

- Ödəm atdırıcı detoksları qəbul etmədən öncə, pasiyent İNBODY kontroldan keçməlidir. Əgər bədəndə normadan artıq maye varsa, birinci bunun səbəbi araşdırılmalıdır. Bu səbəblər , uroloji problem, tiroid problemi, kordioloji problem, maye qəbulunu düzgün etəməmək, həddindən artıq çox oturaq rejim və ya həddindən artıq ayaq üstdə vaxt keçirmək ola bilər.

İlk öncə bu araşdırılmalıdır. Ehtiyac olduqda problemə görə, bir mütəxəssisə yönləndirilir, müalicə yazılır. Bununla yanaşı əgər pasiyentin sağlamlığında heç bir problem yoxdursa, ona detoks yazıla bilər. Qan azlığı olanlara, dəmir defisitli anemiyalara, süd verən analara, hamilələra, epileptik xəstələrə, ödündə, böyrəyində problemi olanlara, diyabetlərə detoks qətiyyən olmaz. Yəni bir pasiyentə detoks yazılması üçün xəstə ətraflı müayinə olunub, qan təhlilləri veriliməlidir ki, pasiyentə detoks olar ya olmaz, sualına cavab tapaq.

Detoks yazılanda da kəskin kalori defisitiylə deyil, pasiyentin günlük qəbul edəcəyi kalori norması daxilində yazılmalıdır. Biz detoksu daha çox uzun müddətli diyetdə olanlara tövsiyyə edirik, hansi ki sağlıq durumunda heç bir problem yoxdursa, çəki gedişatını tərpətmək üçün detoks menyulardan istifadə edə bilirlər.

Nərmin Ələsgərova: “Unutmamalıyıq ki, fiziki aktivlik olmadan çəki verməyimiz mümkün deyil, hətta sağlam qidalansaq belə”.

- Endokrinoloji xəstəliklərə də toxunaq. Tiroid xəstələri, diabet xəstələrinin qidalanması həssas mövzudur. Çünki burada konkret bir xəstəliyin düzgün diaqnozu, müalicəsi və pəhrizindən söhbət gedir. Doğru yanaşma necə olmalıdır?

- Təbii ki, bütün xəstələr ixtisaslı həkim qəbulundan keçib sonra diyetoloq qəbuluna gəlməlidirlər. Əgər ilk öncə diyetoloqa gəliblərsə, qan təhlilləri verilir, probleminə uyğun olaraq həkimə yönləndirirlir və müalicəylə pəhriz paralel olarsa, bu daha yaxşı nəticə verir. Məsələn deyək ki, xəstədə qan azlığı, vitamin əksikliyi və ya tiroid problemi varsa, çəki gedişatı normal olmayacaq. Ona görə də ilk öncə xəstənin sağlıq durumu normal səviyyəyə gətirilməlidir, kliniki şikayətləri aradan qalxmalıdır ki, çəki gedişatı normal olsun.

- Bir çoxumuzun “yaralı yeri” fiziki aktivlik.Tənbəllik, vaxt yetməzliyi və s. Bir sözlə səbəb də çoxdur, bəhanə də. Fiziki aktivliyimiz hansı səviyyədə olmalıdır?

- Heç olmasa gün ərzində bir saat yürüş etməliyik. Gündə 10 min addım sayı atılmalıdır. Ən pis ehtimalla günlük yarım saat yürüş olmalıdır. Bəzən işləyən xanımlar və ya uşaqlı analarda vaxtla bağlı problem olur. Bunu anlayışla qarşılayırıq. Amma bir şeyi unutmamalıyıq ki, fiziki aktivlik olmadan çəki verməyimiz mümkün deyil. Çünki fiziki aktivliyi olmayan pasiyentlərin metazbolizma sürəti aşağı olur. Buna görə də tövsiyyəmiz mümkün qədər fiziki aktivliyimizi normada saxlamaqdır.

- Hamilə və süd verən analara tövsiyyəniz.. Necə qidalansınlar ki, hamiləlik və süd vermə dönəmində artıq çəki almasınlar?

- Hamiləlik dönəmində artıq çəki alınmasını normal qəbul edə bilərik. Amma bu rəqəm 20-30 kq deyil, 10- 14 kq aralığında olmalıdır. Bundan artıq çəki alma heç də normal hesab olunmur. Sadəcə hamilələrə daha sağlıqlı bol vitaminli qidalarla qidalanmağı tövsiyyə edirik.

Süd verən analar körpələrə narahatlıq verə biləcək, köp verən qidalar, allergik qidalardan uzaq durmağı, süd artıran qidalarla qidalanmağı məsləhət bilirik. Belə olarsa süd vermə dönəmində də rahat şəkildə aya 3 kilo çəki verə bilərik.

Nərmin Ələsgərova: “Ümumi götürsək bir aya 3-5 kilo arası çəki verilməsi normal hesab olunur. Burada fiziki aktivlik faktoru da böyük rol oynayır”.

- Diyet saxlayan pasiyentlərinizdən ən rekord nəticəsi neçə kq olub?

- Bu mənə görə düzgün yanaşma deyil. Birinə görə 4 kq rekord nəticə ola bilər, birinə görə 40 kq. Çünki burada pasiyentin yaşı, diyetə başladığı çəki, yanaşı xəstəliklərinin olması nəzərə alınır.

Deyək ki, 80 kiloda tiroid xəstəsi ilə sağlam pasiyentin çəki verməsini müqayisə etsək təbii ki, sağlam xəstənin çəki gedişatı tiroid xəstəsindən daha sürətli olacaq. Amma biz tiroid xəstəsinin də bir aya göstərdiyi nəticəni zəif hesab edə bilmərik.

Ümumi götürsək bir aya 3-5 kilo arası çəki verilməsi normal hesab olunur. Burada fiziki aktivlik faktoru da böyük rol oynayır. Təbii ki, fiziki aktivliyi daha çox olan xəstənin çəki gedişatı da sürətli olacaq.

Çəki vermədə rekord nəticə anlayışı yoxdur. Əgər pasiyent ideal çəkisinə, ideal yağ aralığına gəlibsə, bu artıq rekord nəticədir.

- Müalicə əsnasında pasientlərdən eşitdiyiniz ən gülməli və maraqlı sual nə olub?

- Məncə bu bütün diyetoloqların yaralı yeridir. Pasiyentin veridiyi ilk sual, bir aya neçə kq çəki verə bilərəm, sualı olur. Buna cavab vermək üçün pasiyent qan təhlilləri verməli, İNBODY kontroldan keçməli, metabolizma sürəti və günlük qəbul edəcəyi kalori miqdarı təyin edilməlidir. Bundan sona, ən əsası xəstənin ümümumi psixoloji durumu dəyərləndirildikdən sonra, biz deyə bilərik ki, pasiyent bir aya təqribən bu qədər çəki verə bilər.

- Pasiyentlərinizə motivasiyadan düşməmək üçün hansı məsləhətləri verərdiniz?

- İlk növbədə pasientlər pəhrizə psixoloji hazırlıq olmalıdılar. Sonra diyetoloqa muraciət etsinlər. Pəhrizə başladıqları gündən şəkillərini çəksinlər, ölçülərini götürsünlər. Məsləhət, hər 10 gündən bir yenidən eyni geyimdə eyni formada şəkillərini çəkib aradakı fərqə baxaraq, özlərini motivə edə bilərlər.

- Nərmin xanım icazənizlə oxucularımızla sizin instagram səhifənizi paylaşmaq istəyirik. İnanıram ki, bu oxucularımız üçün də maraqlı olar səhifənizə nəzər salıb. Gördüyünüz işlər və əldə etdiyiniz nəticələrlə tanış olsunlar.

- Əlbəttə, buyurun.

- Bir daha təşəkkür edirik.


Ülkər İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar