Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Artıq buna son qoymağın vaxtıdır” - Ekspert

Karantin rejiminin qaldırılması virusa yoluxmanın miqyasını böyüdərmi?..

 

Ekspert: “Karantin dərhal götürülməli, bütün həyati vacib sahələrdə iş yerləri bərpa edilməli, sadəcə qaydalara riayət etməyə nəzarət davam etməli və əməl etməyənlər cəzalanmalıdır”.

“Dünya miqyasında hansısa qüvvə qəsdən vəziyyəti daha faciəli göstərir, yoluxma və ölüm rəqəmlərini on dəfələrlə şişirdir, qlobal qorxu yaratmağa çalışırlar”.

Bu sözləri ekspert Elçin Bayramlı ölkədə karantin rejiminin nisbətən yumşaldılmasından insanların istifadə etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi aprelin 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Sanki xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu təəssüratı yaranıb. Belə ki, aprelin 27-dən bu yana əhali arasında xeyli arxayınlaşma hiss olunmaqdadır. Əvvəllər sosial izolyasiyaya ciddi önəm verən, avtobusda, supermarketlərdə sosial məsafə saxlayan vətəndaşlarımızın xeyli hissəsi özünü sanki virus təhlükəsindən sığortalanmış kimi aparır. Bu insanların davranışlarında da müşahidə edilir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejiminin yumşaldılması ilə əlaqədar qərar verildikdə əksər mütəxəssis bildirdi ki, bu, vətəndaşları arxayın salmamalıdır. Bəzi sahələrdə çalışan insanların fəaliyyətinə icazə verilməsi nəticəsində vətəndaşlar sui-istifadə hallarına yol verərsə, ölkəmizdə virusun ikinci dalğası başlana bilər.

Bəziləri isə hesab edirlər ki, təhlükənin miqyası dünya səviyyəsində hansısa qüvvələr tərəvindən şişirdilir və beynəlxalq güclər dünyada qorxu mühiti yaratmaqla hansısa məqsədlərinə nail olmaq istəyirlər.

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “İmmuniteti sıfır olan, xroniki xəstəlikləri çox olan yaşlı adamlar istənilən virus və sair xəstəlikdən ölürlər. Burada qeyri-adi heç nə yoxdur”.

Bütün infeksion xəstəliklərdən, yoluxucu viruslardan qorunmaq lazım olduğunu bildirən ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bunun üçün həyatı iflic vəziyyətə salmağa ehtiyac yoxdur. İnsanlar sadəcə, məsafə, dezinfeksiya və digər qorunma qaydalarına riayət etməli, immunitetlərini güclü saxlamalı, hansısa simtopmlar hiss edən kimi həkimə müraciət etməlidir:

“Şişirdilmiş virus pandemiyası bütün ölkələrə olduğu kimi bizim ölkəyə də böyük iqtisadi zərər vurdu, sosial problemlər kəskinləşdi. Artıq buna son qoymağın vaxtıdır. Virusun tüğyan etdiyi bir çox ölkələrdə həyat normala dönüb, iş yerləri, məktəblər açılıb, sadəcə müəyyən qorunma tədbirlərinə riayət edilir.

Viruslar, xəstəliklər həmişə var və olacaq. Bu da onların ən zəiflərindən biridir. Dünya miqyasında hansısa qüvvə qəsdən vəziyyəti daha faciəli göstərir, yoluxma və ölüm rəqəmlərini on dəfələrlə şişirdir, qlobal qorxu yaratmağa çalışırlar. Adi qrip viruslarından dəfələrlə çox adam ölürsə, demək bu virusu ciddi qəbul etməyə belə, dəyməz. İmmuniteti sıfır olan, xroniki xəstəlikləri çox olan yaşlı adamlar istənilən virus və sair xəstəlikdən ölürlər. Burada qeyri-adi heç nə yoxdur. Məncə yaradılmış qorxudan daha çox adam ölür, nəinki virusdan.

Elçin Bayramlı: “Ölkə daxilində isə yoluxma demək olar ki, məhdudlaşıb. Yaxın günlərdə yoluxmanın tam dayanacağını güman edirəm”.

Əlbəttə, bütün infeksion xəstəliklərdən, yoluxucu viruslardan qorunmaq lazımdır. Bunun üçün həyatı iflic vəziyyətə salmağa ehtiyac yoxdur. İnsanlar sadəcə, məsafə, dezinfeksiya və digər qorunma qaydalarına riayət etməli, immunitetlərini güclü saxlamalı,hansısa simtopmlar hiss edən kimi həkimə müraciət etməlidir. Bir çox müstəqil alimlərin fikrincə, heç bir virus 1 metrdən artıq məsafəyə sıçraya bilməz, ona görə də maksimum 1 metr məsafə saxlamaq kifayətdir.

Fikrimcə, karantin dərhal götürülməli, bütün həyati vacib sahələrdə iş yerləri bərpa edilməli, sadəcə qaydalara riayət etməyə nəzarət davam etməli və əməl etməyənlər cəzalanmalıdır. Çalışmaq lazımdır ki, ictimai nəqliyyatda sıxlıq yaranmasın və insanlar həmin müddətdə respiratorda, əlcəkdə olsunlar.

Hələlik, sərhədləri bağlı saxlamaq olar. Ölkə daxilində isə yoluxma demək olar ki, məhdudlaşıb. Yaxın günlərdə yoluxmanın tam dayanacağını güman edirəm, ya da tək-tük hallar ola bilər”.


Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar