Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artıq beynəlxalq hüquq ayaqlar altına atılır... – Dünyanı nə gözləyir?...

Politoloq: “Adətən, ABŞ-ı qınayırıq, lakin etiraf etmək lazımdır ki, burada günahkar təkcə ABŞ deyil, ABŞ-ı buna təhrik edən səbəblər var”

“II Dünya müharibəsindən sonra güclənən dövlətlər Almaniyaya qarşı müharibədən çıxan dövlətlər idi. Bu gün isə o reallıq artıq yoxdur. İndi dünya nizamı çox dəyişib”.

Bu sözləri politoloq Nəzakət Məmmədova son zamanlar ABŞ tərəfindən beynəlxalq hüquq qaydalarını pozmasını PİA.az-a şərh edərkən bildirib.

Son zamanlar ABŞ və İsrail birlikdə İsrailin xeyrinə olaraq beynəlxalq hüquqa zidd addımlar atmaqdadırlar və yeni belə addımların atılmasının anonsunu da verirlər. Yaxın Şərq və ətrafında bu gün baş verən prosseslər dünyanı və beynəlxalq siyasəti hara aparır? ABŞ kimi bir superdövlətin beynəlxalq hüququn tamamilə göz ardı edilməsi dünyanın yeni formalaşmaqda olan mənzərəsinə necə təsir edəcək və yaxın 10 illiklərdə bizi necə bir dünya gözləyir?

Mövzu ilə bağlı PİA.az-ın əmkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “ABŞ-ın müasir beynəlxalq hüququ inkar edib, onun yerində yeni bir dünya qaydası, yeni hüquq qaydalarını bərqərar etmək niyyəti var”.

Dünyanın yeni bir sistemin formalaşama prossesi içinə girdiyini vurğulayan politoloq Nəzakət Məmmədova PİA.az-a açıqlamasında qeyd edib ki, beynəlxalq hüququn pozulmasında günahkar tərəf təkcə ABŞ deyil. Çin və Rusiya ABŞ-a, Qərb dünyasına meydan oxuyur və onlar beynəlxalq hüququ daha çox pozmaqla yanaşı, beynəlxalqın hüququ saya salmaq istəmirlər. Politoloqa görə dünyada hazırda baş verənlər ABŞ-ın hegemonluğuna, dünyadakı statusuna birbaşa meydan oxumaqdır və Amerika da məhz bunun qarşısını almaq üçün bu addımları atır:

“Əslində, görünən odur ki, burada söhbət ABŞ-dan gedirsə, ABŞ-ın dünyadakı fəaliyyətlərinin, xüsusilə də, Yaxın Şərqdə son dövrlərdə, Trampın gəlişindən sonra baş verən fəaliyyətlərin, ondan əvvəl baş verənlərin arxasında ABŞ-ın müasir beynəlxalq hüququ inkar edib, onun yerində yeni bir dünya qaydası, yeni hüquq qaydalarını bərqərar etmək niyyəti var. Adətən, ABŞ-ı qınayırıq, lakin etiraf etmək lazımdır ki, burada günahkar təkcə ABŞ deyil, ABŞ-ı buna təhrik edən səbəblər var. Biz Çin amilini, Rusiya amilini və Avropa Birliyini də unutmamalıyıq.

Dünyada destruktiv, dağıdıcı, hüququ pozan təkcə Amerika deyil. Amerikanın da, əlbəttə ki, yanlışları var. Lakin Amerika bu yanlışların bəzilərini məcburiyyət qarşısında edir. Məsələn, Çin dünya hegemonluğuna can atır və belə bir şəraitdə Çinin həyata keçirdiyi bir sıra layihələr var ki, bu, ABŞ-ın hegemonluğuna, dünyadakı statusuna birbaşa meydan oxumaqdır və Amerika da məhz bunun qarşısını almaq üçün bu addımları atır.

ABŞ yeni dünya nizamı formalaşdırmaq istəyir, çünki Amerika hesab edir ki, indiki dünya nizamı II Dünya müharibəsindən sonra mövcud olan reallıqların əsasında qurulub. Yəni II Dünya müharibəsindən sonra güclənən dövlətlər Almaniyaya qarşı müharibədən çıxan dövlətlər idi. Bu gün isə o reallıq artıq yoxdur. İndi dünya nizamı çox dəyişib.

Həmin dövrdə - 1945-ci ildən sonra - güclü olan dövlətlər zəifləyib. Məsələn, II Dünya müharibəsindən sonra Rusiya SSRİ idi və fövqəl dövlət idi, yəni çox güclü idi. Rusiya isə SSRİ-nin II Dünya müharibəsindən sonra əldə etdiyi hər şeyi geri qaytarmaq istəyir. Bunun üçün siyasət yürüdür. Bu gün Rusiya fövqəl dövlət deyil.

Nəzakət Məmmədova: “Amerika II Dünya müharibəsinin nəticələrini ləğv etmək istəyir və yeni reallıqlara uyğun yeni dünya nizamı qurmaq istəyir”.

II Dünya müharibəsindən sonra Almaniya və Yaponiya məğlub dövlətlər idi. Bu gün isə bu 2 dövlət ən güclü dövlətlər sırasındadır və Böyük 7-lərin üzvüdür. Yəni həqiqətən də, bu günkü dünya nizamı bəzi məsələlərdə ədalətli deyil və II Dünya müharibəsinin qalıqları hesab olunur. Buna görə də, dünya nizamını yeni reallıqlara uyğun qurmaq lazımdır.

Amerika II Dünya müharibəsinin nəticələrini ləğv etmək istəyir və yeni reallıqlara uyğun yeni dünya nizamı qurmaq istəyir. Amma buna qarşı kim müvaqimət göstərir? Çin və Rusiya. Çünki Çin və Rusiya II Dünya müharibəsindən güclü dövlətlər olaraq çıxmışdılar. Amma bu gün Rusiya zəifdir. Çin isə yeni yüksəliş dönəminə girib və hegemoniyasını daha da artıqrmaq istəyir.

BMT_TS1528307747.jpg" width="630" height="360" />

Yaxud da, Çin və Rusiya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. İstənilən qərara veto qoymaq imkanları var və bunu edirlər. Çox vaxt isə onların veto haqqları beynəlxalq problemlərin həllinə qarşı olur. Amma yeni dünya nizamı formalaşarsa, orada ABŞ hegemonluğu olacaq və Çinlə Rusiya arxa planda qalacaq. Onlar da bundan qorxduğu üçün Amerika ilə mübarizə aparırlar. Amerika məhz bu yeni dünya nizamını formalaşdırmaq istəyir.

Bu, ədalətsizlik kimi yozulsa da, yozulmasa da, reallıq bundan ibarətdir və ABŞ-ın İsraillə münasibətləri də, əslində, yeni dünya nizamı prosesinin bir hissəsidir.

Nəzakət Məmmədova: “Yeni dünya nizamı formalaşarsa, orada ABŞ hegemonluğu olacaq və Çinlə Rusiya arxa planda qalacaq”.

Ümumiyyətlə beynəlxalq hüquq, beynəlxalq ədalət deyilən bir şey yoxdur. Sadəcə kağız üzərində mövcuddur. Reallıq ondan ibarətdir ki, İsrail, ABŞ-ın ən yaxın müttəfiqi 22 ərəb ölkəsinin əhatəsində qalıb, üstəlik də İran faktoru var, Türkiyə də İsraili bir müttəfiq kimi artıq inkar edir, İran İsraili təhdid edir və belə bir şəraitdə Amerika Yaxın Şərqdə öz müttəfiqi olan İsraili gücləndirmək məcburiyyətində qalıb. Bunun üçün də ABŞ Yaxın Şərqdəki xaosdan istifadə edib İsrail ərazisini genişləndirməyə və İsrailin torpaqlarını böyütməyə çalışır və Qolan təpələrinin İsrail ərazisi kimi tanınması da bu planın bir hissəsidir.

Onsuz da indiki Yaxın Şərqin sərhədlərini də 20-ci əsrin əvvəlində böyük dövlətlər özləri formalaşdırmışdılar. Bu, ədalətli idimi? I Dünya müharibəsindən sonra Osmanlını parçaladılar və onun ərazisində çoxlu sayda dövlət və həmçinin Suriya yarandı. İndi də Suriyanı parçalayıb ərazisinin bir hissəsini İsrailə vermək istəyirlər.

100 il əvvəl I Dünya müharibəsindən sonra indiki Yaxın Şərqin nizamını da yaradan məhz Amerika, Fransa, İngiltərə idi. Bu gün də o plan üzrə gedirlər. Yəni dünya nizamını onlar özləri formalaşdırıblar və indi də o nizamı geridə qoyub, yeni nizam yaratmaq istəyirlər. Reallıq bundan ibarətdir. Yəni biz deyə bilmərik ki, ədalət pozulur.

Nəzakət Məmmədova: “Köhnə dünya nizamını ABŞ, Fransa, İngiltərə formalaşdırıblar və indi də o nizamı geridə qoyub, yeni nizam yaratmaq istəyirlər”.

Yeni dünya nizamının 10 il sonra necə olacağını, təbii ki, heç kim bilə bilməz. Hətta 1 il sonrasını belə bilə bilmərik. Amma demək olar ki, mübarizə gedir və daha da şiddətlənəcək. Avropa Birliyi, Britaniya, ABŞ, Çin, Rusiya yeni dünya nizamının aparıcı qüvvələri olacaqlar və mübarizənin qalibi kim olacaqsa, yeni dünya nizamını da həmin tərəf formalaşdıracaq.

Amma görünən odur ki, hazırda dünyada ABŞ-ın hegemonluğuna meydan oxuyan bir qüvvə var, bu da Çindir. Həmçinin, Avropa Birliyi və Rusiya da var. Bu mübarizə, bəlkə, hələ 10 il də davam edəcək. Burada konkret olaraq qalib və ya məğlub tərəf olmayacaqdır. Bu mübarizə davam edərkən biz yeni bir dünya nizamının formalaşmasına şahid olacağıq. Amma bu mübarizənin ən azı 5 il davam edəcəyinə şahid olacağıq.

Ən azından bu mübarizə 1991-ci ildən bu günə qədər davam edir və hələ ki, ortada bir nəticə yoxdur. Deməli, bu məsələ 5-10 ildə öz həllini tapa biləcək bir məsələ deyil.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar