Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Arsenal” və “Çelsi” klublarının hər birinə əlavə 10 min bilet veriləcək

Elxan Məmmədov bilet limitinin 10 min ədəd artırılacağını bildirib

AFFA-nın baş katibi Elxan Məmmədov son günlər müzakirə mövzusuna çevrilmiş və “Arsenal”ın narazılığına səbəb olmuş bilet limitinin hər komanda üçün 10 min ədəd artırılacağını bildirib.

Bu barədə Britaniyanın Daily Mail nəşrinə müsahibə verən Elxan Məmmədov qeyd edib ki, Avropa Liqasının finalçılarının hər birinə əlavə 10 min bilet ayrılacaq. Xəbər verdiyimiz kimi UEFA “Arsenal” azarkeşlərinə 6 min bilet ayırdığı üçün bu komandanın narazılığına səbəb olub.

O bildirib ki, hər iki klub öz azarkeşləri üçün əlavə çarter reysləri təşkil edə bilər. Elxan Məmmədov komandaların azarkeşlərini [email protected][email protected]. elektron ünvanlarından bilet almağa dəvət edib.

“UEFA-nın qərarı belədir ki, əgər klub çarter reysi və biletlərin sayı barədə ətraflı məlumat verirsə, UEFA bunu təmin edir.UEFA meydanda boş yer qalmasın deyə lazım olandan artıq bilet vermir. Bu barədə klublara məlumat verilib. Mənə qəribə gəlir ki, çarter reysləri hələ də təşkil edilməyib. Biz 4000 kilometr uzaqda yerləşirik. Çarter reyslərinin təşkili daha məqsəduyğundur. UEFA klublarla əlaqə saxlayır və biletlə təmin edir. Bəli biz reyslər təşkil edə bilərdik, lakin finalçılar mayın 9-da məlum oldu. Bu qısa bir zamandır. Adətən belə hallarda klublar özləri turagentlərlə işləyirlər. Bu dəfə London klubları bunu etməyiblər”.

Elxan Məmmədov bildirib ki, cümə gününə olan məlumata görə, dünya üzrə 25 min bilet satılıb, daha 10 min bilet Bakıda offlayn rejimdə satılıb:

“Futbol artıq Avropa ölkələrinin sərhədlərini aşır. Aparıcı futbol ölkələri həmişə futbolun sərhədlərini genişləndirməyə çalışırlar.Bu yeni imkanlar deməkdir.Azərbaycan futbol üşün ən yeni imkanlardan biridir. Biz və qonşu ölkələr bu kimi tədbirlərə ev sahibliyi etməyə hazırıq və buna haqqımız var. Bu gün biz futbol dünyasına töhfə verməyə qadirik. Hər bu kimi tədbir dünyaya yalnız pozitiv bəxş edə bilər”.(Oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar