Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Arsenal” Mxitaryanı satır: Erməni futbolçu 3 dəfə Dağlıq Qarabağda olub

Qalmaqallı futbolçu Azərbaycana qarşı vuruşmuş hərbçilərin ailəsinə dəstək verib

Britaniyanın “The Daily Star” qəzetinin Arsenalın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlı yaydığı məlumatda deyilir ki, Arsenal onunla bu yay vidalaşmaq fikrindədir. 30 yaşlı oyunçu ola bilər ki, bundan sonra sadəcə bir dəfə Arsenalın heyətində yaşıl meydana çıxsın.

7 nömrəli oyunçu Henrix Mxitaryan bu mövsüm cəmi 11 dəfə meydana çıxıb. Qolla nəticələnən 3 ötürməyə imza atıb. Baş məşqçi Unai Emery onun oyunundan məmnun deyil.

20 komandanın mübarizə apardığı İngiltərə premyer liqasısında o, meydana əsas heyətdə çıxmayıb, daha çox ehtiyat oyunçular sırasında yer alıb. O, Manchester United-dən (2016-2018) Arsenala transfer olduqdan sonra aldığı yüksək maaşa müvafiq oynamayıb. Hazırda o, Arsenal klubunda ən yüksək maaş alan oyunçuları Məsut Özil və Pierre-Emerick-lə yanaşı dayanır.

“The Daily Star” qeyd edir ki, “The Sun” Henrix Mxitaryanın gedişi ilə bağlı daha öncə yazmışdı ki, Arsenal bu yay onun gedişinə mane olmayacaq.

Qəzet bildirir ki, Henrix Mxitaryanla İngiltərə premyer liqasında daha əvvəlki oyun məharətini göstərmək gücündə deyil.

Bir vaxtlar Almaniyanın Borussia Dortmund klubunun ulduz oyunçusu olmuş erməni əsilli futbolçunu satın alamaq üçün Manchester United 30 milyon avrodan keçmişdi.

Britaniya nəşri yazır ki, yarımmüdafiəçisi Henrix Mxitaryanın ən parlaq oyunu Borussia Dortmundda olub. O, həmin klubda 23 qol vurub.

Gördüyünz kimi, Britaniya mətbuatı da birmənalı şəkildə yazır ki, Henrix Mxitaryan Arsenal üçün xüsusi önəm daşıyan oyunçu deyil. Əksinə, baş məşqçi onun oyunundan narazıdır və klub onunla mümkün qədər tez vidalaşmaq fikrindədir.

Mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” ilə “Çelsi” futbol klubları finalda görüşəcək. 1 milyard insanın seyr edəcəyi görüşün Bakıda keçirilməsi şübhəsiz ki, böyük hadisədir. Ancaq Azərbaycanı istəməyən xarici qüvvələr Ermənistan və erməni diasporu ilə əl-ələ verib ölkəmizə qarşı çirkin kampaniyaya start verdi. Məsələn, Britaniyanın “The Independent” qəzeti Henrix Mxitaryanla bağlı dünənki yazısında Bakıda və Sumqayıtda ermənilərə divan tutulmasından, paytaxtımızda ermənilərin diri-diri yandırılmasından və onların linç edilməsindən mifik mənbələrə istinadən dəhşətli şeylər yazmışdı. O da şübhə doğurmur ki, futbol məharətini keçmişində buraxan Mxitaryan özü də bu qalmaqala maraq göstərib. Dünya mediasının gündəminə gəlib, reklam olunub.

Bəs Arsenal ?

Yarımmüdafiəçisi Henrix Mxitaryanla vidalaşmaq istəyən klub niyə futbolun siyasiləşməsinə rəvac verdi. Normalda Qərb düşüncəsi idman yarışlarının siyasiləşməsinə qarşı mövqe sərgiləyir. Ancaq bu dəfə belə olmadı. İstisna deyil ki, Arsenal işinə yaramayan futbolçunu bu cür təbliğ etməklə yarımmüdafiəçini daha yüksək qiymətə satmaq istəyir. Elə Henrix Mxitaryan da Ermənistanın siyasi maraqlarında önəmli rol almaqla gələcəyə hesablanmış gediş edir.

Xatırladaq ki, o, İngiltərə premyer liqasısında oynayan ilk erməni əsilli futbolçudur. Orası da var ki, o, Ermənistanda 7 dəfə ilin futbolçusu elan olunub və o, həm də Ermənistan milli futbol komandasının kapitanıdır. Yəni, o, İngiltərədə yaşasa da Ermənistana bağlı birisidir. Adam 17 yaşında İrəvanın “Pünik” komandasında oynayıb. 4 dəfə futbol üzrə Ermənistan Kubokunun qalibi olub.

O, 2009-2010 ildə Ukraynanın Metalurq (Donetsk) klubunda oynayıb. 2010-cu ildə isə Donetskin Şaxtyor klubu onu almaq üçün 6.1 milyon avro ödəyib. O vaxt üçün bu ağlasığmaz sövdələşmə idi. 2013-cü ildə isə Borussia Dortmund onu almaq üçün 27.5 milyon avrosundan keçdi. Beləliklə Henrix Mxitaryan tarixdə ən baha qiymətə müqaviləyə imza atan erməni futbolçu oldu. Ancaq 2016-cı ildə Manchester United-ə gələn oyunçu Britaniyanın “The Daily Star” qəzetinin yazdığı kimi özünü doğrultmadı. Arsenala gəlişi isə uğursuz oldu.

Henrix Mxitaryanın atası Hamlet İrəvanın Ararat futbol komandasının hücumçusu olub. 80-ci illərdə yaşıl meydana çıxıb. Böyük ehtimalla onun atası da Araratın hücumçusu kimi Bakıda Neftçiyə qarşı oynayıb. Futbol biliciləri bu məqamı da araşdıra bilərdi...

Hamlet Mxitaryan 33 yaşında beyin xərçəngindən ölüb. Onda balaca Henrixin 8 yaşı vardı. Atası onun futbolçu kimi yetişməsinə ciddi təsir göstərib. Henrix Mxitaryan müsahibələrinin birində deyir: “Mən əminəm ki, atam məni görür və o, mənimlə qürur duyur”.

Bu faktlar da maraqlıdır. Henrix Mxitaryanın anası Marina Ermənistan Futbol Federasiyasında, böyük bacısı Monika isə UEFA-nın mərkəzi qərargahında çalışır.

Henrix Mxitaryanın pərəstiş etdiyi futbolçu isə Fransanın ərəb əsilli keçmiş oyunçusu Zinəddin Zidandır.

Ermənilər onun adını qısaldaraq Heno edib. Borussia Dortmund-un azarkeşləri isə ona Micki (Mxitaryan yerinə) kimi çağırırdılar.

Bu isə Mxitaryanın xoşuna gəlmirdi: “Mən xarici bir ölkəyə gəlmişəm, yerli qanunlara və ənənələrə hörmət edirəm. İstərdim ki, onlar da mənim vətən sevgimə və əslimə hörmət göstərsinlər. Mən meydanda qol vurmağa can atacam. Onda azarkeşlər mənim adımı daha yaxşı yadlarında saxlayarlar”.

Micki ləqəbini ona Borussia Dortmundun meneceri Jürgen Klopp vermişdi və sonda Henrix Mxitaryan bu ləqəblə razılaşdı, hətta İnstagram-da micki_taryan kimi qeydiyyatdan keçdi.

O da maraqlıdır ki, erməni futbolçu öz ana dilindən başqa 6 dil bilir.

Bu fakt da maraq doğurur. 2012-ci ildə İrəvan şəhər Şurası Ermənistan paytaxtının 2.794 (?) illiyi münasibəti ilə Henrix Mxitaryanı “İrəvan şəhərinin fəxri vətəndaşı” elan edib.

Henrix Mxitaryan 3 dəfə Dağlıq Qarabağda olub. Xankəndində Qarabağ savaşında həyatını itirmiş hərbçilərin ailə üzvləri ilə görüşüb və onlara müxtəlif hədiyyələr paylayıb. Ona Dağlıq Qarabağ Respublikası adından baş nazirin medalı təqdim olunub.

Təəssüf ki, bizim mətbuat bu kimi faktları vaxtında ortaya qoymadı. Bu fakt isə bir daha sübut edir ki, o, millətçi birisidir.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini alqışlayır. Ermənistan tərəfindən Dağlıq Qarabağda erməni separatizminin müdafiə olunmasına əməli, işi ilə dəstək verir. Məhz elə bu səbəbdən də o, 2015-ci ildə Borussia Dortmund-Qəbələ, 2018-ci ildə isə Arsenal-Qarabağ oyunlarına qatılmaq üçün Azərbaycana gəlmədi.(musavat.com)

pia.az


Etiket: Mxitaryan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar