Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

“Arqumenti i Nedeli” 20 yanvar hadisələri və Rusiya KİV-lərinin erməni təbliğatına dəstək verməsi haqda

Bu gün sovet ordusunun Bakıda törətdiyi qətliamın 30 ili tamam olur...

Virtualaz.org xəbər verir ki, 20 yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı Rusiyanın “Arqumenti i Nedeli” həftəliyi ermənilərin apardığı təbliğat, guya sovet ordusunun Bakıya “erməni qırğınlarını” dayandırmaq üçün yeridildiyi versiyasını illərdir təbliğ etməsi haqda yazıb. Və əlavə edib ki, bəzi Rusiya KİV-ləri də ermənilərin bu təbliğatına dəstək verir.

Nikolay Paratuninin müəllifi olduğu məqalədə deyilir ki, rəsmi Yerevanın 30 il əvvəl, 1990-cı il yanvarın 13-ü və 14-də Bakıda ermənilərə qarşı Azərbaycan hakimiyyətinin “qırğınlar təşkil etdiyini” iddia etməsi təəcüblü deyil. Təəcüblü olanı budur ki, bəzi Rusiya KİV-ləri də 20 yanvar mövzusunda dərc etdikləri məqalələrində erməni versiyasına üstünlük verirlər.

Müəllif qeyd edir ki, “Bakıdakı erməni poqromları günlərini” həmin vaxt baş verən digər hadisələrin kontekstindən çıxarmaq, Azərbaycanda ermənilərə qarşı “dəhşətli etnik təmizləmələr” aparıldığını iddia etmək və “Sumqayıt poqromlarını” da bura əlavə etmək münaqişənin nizamlanmasında vasitəçi olan Rusiyanın KİV-ləri üçün yolverilməz mövqedir.

Məqalədə deyildiyi kimi, Bakıda 1990-cı il yanvarın 13-də və 14-də ermənilərə qarşı baş verənlər, eləcə də Sumqayıt hadisələri Qarabağ münaqişəsinin kəskinləşməsinin nəticəsi idi. Və artıq 1988-ci ilin qışında Ermənistanın Qafan və Mehri rayonlarından qovulan 4 mindən çox azərbaycanlı Bakıda və Sumqayıtda yerləşdirilmişdi. Onların başına ermənilərin açdıqları oyunlar, yaşadıqları dəhşətlər və əzablar barədə xəbərlər sürətlə ölkəyə yayılırdı. Və sonradan da azərbaycanlıların Ermənistandan sistemli və məqsədəuyğun şəkildə qovulması davam etdirilib.

Müəllif vurğulayır ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsinin məqsədi heç də ermənilərə qarşı hücumları dayandırmaq yox, AXC tərəfindən Bakıdakı kommunist hakimiyyətinin devrilməsinin qarşısını almaq idi.

Nəşrin yazdığı kimi, Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara ərngdə təsvir etmək mümkün deyil. Sumqayıt hadisələrinin əslində müəmmalı olduğunu vurğulayan müəllif vəkil Aslan İsmayılovun 2010-cu ildə çapdan çıxmış kitabından da xatırlatma verir. Həmin kitabda Sumqayıtda ermənilərə qarşı hücumlar təşkil edənlərin arasında Eduard Qriqoryan adlı erməni barəsində genş bəhs edilir. Hansı ki, Qriqoryan Sumqayıt hadisələrinin əsas təşkilatçılarından və icraçılarından olub. Lakin məhkəmənin hökmü iləbu hadisələrdə iştirak edən azərbaycanlılar güllələnsə də Qriqoryan ədalətli hökmdən kənarda qaldı.

“Onun vesiyasına görə Sumqayıt hadisələrinin arxasında Ermənista, Mərkəzi Kəşfiyyat İdarəsi , Mxail Qorbaçov və KQB dayanır”,-müəllif bildirir.

Müəllif sonda yazır: “20 yanvar 2020-ci il Azərbaycanda matəm günü olacaq. Həmin günminlərlə azərbaycanlı Bakıdakı Şəhidlər Xiyabanına, “qara yanvar” hadisələrinin qurbanları olan şəhidlərin və Qarabağ müharibəsində həlak olanların xatirəsini anmağa gedir. Və biz hökmən bu matəm günündə məqalələr dərc edəcək Rusiya KİV-lərinə müraciət edirik-yadda saxlayın, zəhmət olmasa yadda saxlayın ki, bizə bu tonqalı qızışdırmaq yox, söndürülməsinə kömək etmək lazımdır”.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar