Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılının müxalifəti birləşdirmə modeli: Müsavat başqanı nəyə can atır?..

Müsavat başqanının irəli sürdüyü modelin baş tutması mümkündürmü?..

Siyasi şərhçi: “Azərbaycan cəmiyyətini bu günə qoyan cinayətkər insanları müxalifətin əli ilə təmizləməyi Azərbaycan xalqına xəyanət hesab edirəm”.

“Arif Hacılının təhrif etdiyi Əli İnsanov və digər korrupsionerlərin, yəni Azərbaycanda demokratiyanı dağıdan insanların yenidən realibitasiya olunmasından söhbət gedirsə, bu yol verilməzdir”.

Bu sözləri siyasi şərhçi Azər Rəşidoğlu Arif Hacılının müxalifətin birləşməsi üçün verdiyi təklif PİA.az-a şərh edərkən qeyd edib.

Milli Şuranın 19 oktyabr mitinqindən sonra müxalifətyönlü elektoratdan bütün müxalifətin birləşməsi çağırışları sosial şəbəkələri bürüyüb. Eyni zamanda bəzi siyasi qüvvələr “birlik marafonu” adı ilə müxalifət təşkilatlarını birliyə çağırırlar.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə dünən özünün facebook səhifəsində yeni birlik modelini təqdim edib. Arif Hacılı yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Cəmiyyət partiya rəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir.

Arif Hacılı sonra qeyd edib: “Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq Dəyirmi Masanın keçirilməsini təklif edirəm”.

Maraqlıdır ki, bu siyahıda AMİP lideri Etibar Məmmədovun, Əli Kərimli və digər müxalif siyasətçilərin adı yoxdur. Qeyd edək ki, Müsavat başqanının siyahının başında Əli İnsanovun adını yazması maraqla qarşılanıb və sosial şəbəkədə müzakirələrə yol açıb.

Müsavat başqanının belə bir təklif verməkdə məqsədi nə ola bilər və bu modelin baş tutması mümkündürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi, tanınmış jurnalist Azər Rəşidoğluna müraciət edib.

Azər Rəşidoğlu: “İndi müxalifətdə birlik axtarışı yanlışdır. Çünki istənilən birlik modeli son nəticədə parçalanmaya və daxili intiriqalara səbəb olur”.

İndi müxalifətdə birlik axtarışının yanlış olduğunu düşünən Azər Rəşidoğlu PİA.az-a açıqlamasında bildirib ki, istənilən birlik modeli son nəticədə parçalanmaya və daxili intiriqalara səbəb olur. Bu baxımdan hərə öz düşərgəsində olsa, daha yaxşı olar:

“Zaman-zaman Azərbaycan müxalifəti müxalifətin birliyinə çalışıb və bu da həmin növbəti format axtarışlarındandır. Hesab edirəm ki, indi müxalifətdə birlik axtarışını axtarmaq yanlışdır. Çünki istənilən birlik modeli son nəticədə parçalanmaya və daxili intiriqalara səbəb olur. Bu baxımdan hərə öz düşərgəsində olsa, daha yaxşı olar.

Digər tərəfdən də əslində son mitinqlə kimin güclü olduğu ortaya çıxdı. Əgər müxalifət birlik modeli axtarırsa, bu gün öndə olan Milli Şura və AXCP olduğuna görə həmin mərkəz ətrafında birləşməyə ehtiyac yaranıb. Yenidən birlik modeli necə olmalıdır müzakirələri gedirsə, bu artıq birlik modelinin indidən dağıdılmasıdır.

Onu da qeyd edim ki, Arif Hacılının təhrif etdiyi Əli İnsanov və digər korrupsionerlər, yəni Azərbaycanda demokratiyanı dağıdan insanların yenidən realibitasiya olunmasından söhbət gedirsə, bu yol verilmədir. Azərbaycan cəmiyyətini bu günə qoyan cinayətkər insanları müxalifətin əli ilə təmizləməyi Azərbaycan xalqına xəyanət hesab edirəm. Odur ki, həmin o siyahıya bir qədər şübhə ilə yanaşıram”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar