Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılı Rauf Arifoğlunun cavabını verdi

Arif Hacılıdan Rauf Arifoğluna sərt cavab

“Rauf Arifoğlu hansı layihəyə əl qoyursa uğur qazandığını, bizim partiyamızın yaradıcısı olduğunu, bizim liderlik xüsusiyyətlərimizin olmadığını iddia edib”.

“Yeni Sabah” xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O, bildirib ki, əslində siyasi təşkilat quruculuğu üçün ən uğurlu zamanda, 1989-cu ildə "Yeni Müsavat" partiyasını elan etmişdilər.

“Üç il ərzində heç nə edə bilmədilər, Türkiyədə Müsavatı yaşadanlardan da xeyir-dua ala bilmədikdən sonra bizə müraciət etdilər.

AXC-ni hakimiyyətə gətirdik. Müsavatı bərpa etdik. Müsavat qısa müddətdə ölkənin birinci partiyası oldu. O zaman qurduğumuz qəzetlər də azad rəqabət şəraiti aradan qalxana qədər "Yeni Müsavat"-dan çox populyar idi.

"Yeni Müsavat" qəzeti isə qurucusunun dəfələrlə etiraf etdiyi kimi daha çox biznes layihəsidir. Onunla bu sahədə rəqabətə girmək fikrimiz olmayıb.

Siyasi rəqabətdə isə həmişə onun mənə qarşı koalisiya ortaqları ilə birlikdə topladığı səslərinin ümumi sayından daha çox səs toplamışam. Yazır ki, guya mən güclü siyasətçiləri sevmirəm. Mən Elçibəyi, İsa Qəmbəri, 26 il irticaya duruş gətirib əqidəsindən dönməyənləri güclü siyasətçi hesab edirəm. Onlarla birlikdəyəm.

İndiki iqtidar mənsublarını, hər mövsümdə bir hava çalanları güclü siyasətçi saymıram, onlarla birlikdə ola bilmərəm.

Mənimlə 6 aydan çox eyni həbsxana kamerasında qaldığını da tez-tez təkrarlayır. Belə görünür ki, hər halda həyatının parlaq səhifəsinin bu olduğunu yaxşı başa düşür”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar