Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılı Milli Şuradan danışdı – “Üzr istəməsələr...”

Müsavat Partiyası və Milli Şura arasında gərginlik yaranıb...

Buna səbəb Milli Şuranın videokonfrans formatında keçirilən iclasında qurumun üzvü Gültəkin Hacıbəylinin Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat Partiyasının da REAL-ın taleyini yaşayacağını bildirib.

O, eyni zamanda deyib ki, Müsavat AXCP sədri Əli Kərimlini müdafiə etməkdən yayınaraq Milli Şuranın üzvü, müsavatçı Tofiq Yaqublunu müdafiə etməklə riyakarlığa yol verib. Gültəkin Hacıbəyli Müsavatı siyasi mühacir alverində də günahlandırıb.

Milli Şuranın sədri Cəmil Həsənli isə İlqar Məmmədovun həm siyasətçi, həm də REAL sədri olaraq bitdiyini, REAL-dan fərqli olaraq heç nə əldə etməmiş Müsavat Partiyasının isə rüsvayçı duruma düşdüyünü vurğulayaraq, partiyanı bədbəxt adlandırıb.

Müsavat başqanı Arif Hacılı Yenisabah.az-a açıqlamasında bildirib ki, partiya üzvləri həm Cəmil Həsənlidən, həm də Gültəkin Hacıbəylidən üzr istəməyi tələb edirlər. Bununla belə, Arif Hacılı qeyd edib ki, bütün hallarda Müsavat Partiyasının baş verənlərlə bağlı açıqlaması olacaq: “Müsavat Partiyasının üzvləri Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuradan üzr istəməsini tələb ediblər. Amma bütün hallarda partiyamızın açıqlaması olacaq. Sadəcə, üzr istəsələr, açıqlama başqa, üzr istəməsələr isə başqa şəkildə olacaq”.

Arif Hacılı əlavə edib ki, baş verənləri ümumilikdə “pis hadisə” kimi qiymətləndirib. “Biz hazırda baş verənləri araşdırırıq. Ümid edirəm ki, onlar özləri yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirəcəklər”, - deyə partiya sədri vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar