Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılı: “Bu təkliflər Müsavata yox, Milli Şura ilə AXCP-yə yönəldilməlidir”

“Kimlərinsə partiyanı tərk etməsi mümkündür, ancaq bunu gözləmirəm və belə halların baş verməsini istəmirəm”...

PİA.az Yenicag.az-a istinadən Müsavatın ötən gün keçirilmiş IX qurultayında yenidən partiyanın başqanı seçilən Arif Hacılı ilə müsahibəni təqdim edir:

– Qurultayın nəticələrini necə qiymətləndirirsiniz?

– Nəticələri müsbət qiymətləndirirəm. Ən vacib cəhətlərdən biri ondan ibarət idi ki, qurultay Azərbaycan ictimayətinin diqqət mərkəzində oldu və ölkədə ciddi bir hadisəyə çevrildi. Qurultayda şəffaf və demokratik seçki nümunəsi göstərdik. Bu dəfə hətta ötən qurultayda mövcud olan bəzi texniki qüsurları da aradan qaldırmışdıq. Proses tam şəffaflıqla aparıldı. Bu dəfə debatların təşkil olunması, namizədlərə öz fikirlərini ifadə etmələri üçün ötən Qurultayla müqayisədə üç dəfə artıq vaxtın verilməsi qeyd oluna bilər.

– VIII Qurultaydan sonra partiyadan qopmalar oldu. Bu dəfə belə hal yaşana bilərmi?

– Ola bilər ki, kimlərsə partiyadan çıxsın. Ancaq bunu gözləmirəm və kiminsə partiyanı tərk etməsini istəməzdim. Çünki Müsavat partiyasının üzvləri demokratiyaya hazırdılar. Demokratiyada qələbə də var, məğlubiyyət də. Bu seçkilərdə məğlub olanlar sonrakı seçkilərdə qalib də gələ bilərlər Bu səbəbdən də, Müsavat partiyasından kimlərinsə gedəcəyini düşünmürəm.

– Qurultayda Tofiq Yaqublunun da, Yadigar Sadıqlının da çıxışını dinlədim. Ötən dönəm üçün müəyyən tənqidlər var idi. Tofiq Yaqublu çıxışını Milli Şura ilə birləşmə üzərində qurmuşdu. Yadigar Sadıqlı isə partiyanın çox zəiflədiyini bildirərək, tənqidlər səsləndirdi. Bu tənqidləri nəzərə alaraq, hansısa addımlar atacaqsınız?

– Çıxışlarda səsləndirilən fikirlərin sırasında obyektiv və subyektiv məqamlar var idi. Təəssüf ki, namizədlər onların çıxışlarına cavab hüququ tanımadılar. Biz də hər hansı bir bəhanənin olmaması üçün qurultayın verdiyi imkanlardan istifadə etmədik. Səsləndirilən tənqidlərin bəziləri haqlıdır. Dorğudan da, Müsavat partiyasının həm mətbuat və informasiya işini gücləndirmək istəyirik. Eyni zamanda, Müsavat partiyasına gənclərin, qadınların gəlməsini, partiyanın imkanlarının daha da artmasını zəruri sayırıq, buna çalışırıq. Bu istiqamətdə çalışmalarımız davam edəcək. Təəssüf ki, çıxışlarda obyektiv olmayan mövqelər də var idi. Konkret olaraq, Milli Şura ilə Müsavat partiyasının münasiblətlərinin yaxşılaşması istiqamətində addımların atılması təkliflərini mənə elə gəlir ki, Tofiq Yaqublu Müsavat partiyasına yox, Milli Şuraya, AXCP-yə yönəltməlidir. Çünki istər kütləvi aksiyaların birlikdə keçirilməsinin, istərsə də seçkilərlə bağlı digər məsələlərdə fəaliyytəimizin əlaqələndirilməsinin tərəfdarıyıq. Bu istiqamətdə təkliflərimiz daim səsləndirlir. İndi də qeyd etdiyim məsələlərlə bağlı Milli Şura ilə əməkdaşlğın tərəfdarıyıq. Sadəcə, qarşı tərəf bu təkliflərimizi bir çox hallarda qəbul etmir. Bu gün müxalifət qüvvələri arasında əməkdaşlığın cəmiyyətdə arzu olunan səviyyədə qurulmamasının günahkarı Müsavat partiyası deyil.

– Bir çoxları sosial şəbəkədə “İsa Qəmbər qalib gəldi”, – deyə yazdı. Bu fikirlə razısınız?

– Bu, qərəzli mövqedir. İsa Qəmbər Müsavat partiyasının üzvüdür. Onun Müsavat partiyasında keçirilən seçkilərə münasibət bildirməsi həddən artıq təbii bir məsələdir. Müsavat partiyasında keçirilən seçkilərdə müsavatçılar qalib gəldi.

– Yeni dönəmdə hansı addımları atacaqsınız? Kütləvi aksiyaların təşkili, o cümlədən, qarşıdan parlament seçkiləri gəlir…

– Başqanlığa namizəd olduğum dövrdə platformamı ictimailəşdirmişəm. Qurultayda da bu məsələlərlə bağlı bəzi sənədlər qəbul olundu. Müsavat yalnız başqan tərəfindən idarə olunan bir partiya deyil. Partiya kollegial idarə olunur. Biz ayın 19-da səhər saatlarında qurultaydan sonra ilk Məclis toplantısını çağırmışıq. Bütün bu məsələlərlə bağlı Məclisdə, sonra isə orada seçiləcək Divanda məsələləri müzakirə edib, qərarlar qəbul edib, buna uyğun addımlar atacağıq. Ümumi ideoloji siyasi xəttimiz davam edəcək. Hədəflərə doğru gedən yolumuzda ilk məqsədimiz Azərbaycanda seçkilər yolu ilə hakimiyyətin dəyişdirilməsi olacaq.

pia.az


Etiket: Arif Hacılı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar