Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

ARDNF-in gəlirləri və xərcləri təsdiqlənib - Sərəncam  

Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası, gəlirlər 17 614 128,0 min manat, xərclər 11 455 597,5 min manat və ya Fondun 2018-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 115,0%, xərclər üzrə 99,8% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:

Gəlirlər, cəmi Xərclər, cəmi 11 455 597,5
o cümlədən:
1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 199 979,3
2. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfert 10 959 000,0
3. Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 89 999,2
4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 176 128,0
5. 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının maliyyələşdirilməsi 7 235,7
6. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 23 255,3

pia.az


loading...