Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araz Ağalarova qarşı Moskvada araşdırma başladı - Koronavirus qalmaqalı

Moskva prokurorları azərbaycanlı biznesmen Araz Ağalarovun koronaviruslu xəstələr üçün qurduğu xəstəxanada dərman çatışmazlığı və əmək qaydalarının pozulması üzrə təhqiqata başlayıb..

PİA.az zəbər verir ki, həmin pozuntular haqda "Azadlıq" radiosunun "Nastoyaşeye Vremya" televiziyası xəbər yaymışdı.

Moskva regionunun prokurorluğu bildirib ki, xəstəxananı idarə edənlərin hərəkətləri dəyərləndiriləcək və buna hüquqi qiymət veriləcək. Müvəqqəti xəstəxana Moskva yaxınlığındakı Krasnoqorskda Ağalarovun “Krokus Expo” sərgi kompleksində quraşdırılıb.

Bu yaxınlarda “Nastoyaşeye Vremya” “Scanner project” təhqiqat layihəsi ilə birlikdə apardığı araşdırmanın nəticələrini dərc edib. Araşdırma Ağalarovun xəstəxana quraşdırmaqdan ötrü 2 milyard rubl (28 milyon dollar) dəyərində dövlət kontraktlarını tendersiz əldə etdiyini üzə çıxarıb.

Obyektdə çalışan bir neçə tibb işçisi anonimlik şərtilə deyiblər ki, iki həftədir işə başlamalarına baxmayaraq əmək müqavilələri yoxdur, xəstəxanada tibbi avadanlıq, fərdi qoruma vasitələri, xəstələr üçün dava-dərman çatışmır. Həkimlərin deməsinə görə, onlara ilkin olaraq 36 saatlıq iş həftəsinə görə 250 min rubl (3 min 500 dollar) maaş vəd olunsa da sonradan 72 saata qaldırılıb.

Həkimlər onu da əlavə ediblər ki, şikayət edəcəkləri halda kompensasiyanın kəsilməsi ilə hədələniblər. Tibb bacıları ilə mayın 22-dən əmək müqavilələri imzalanmağa başlanıb.

Hazırda xəstəxananın 500 xəstəsi var. Bu müvəqqəti xəstəxanaya Krasnoqorskdakı 1 saylı xəstəxanaya nəzarət edir, ancaq onlar açıqlama verməyib, jurnalistləri Səhiyyə Nazirliyinə yönəldiblər. Nazirlikdən də açıqlama almaq mümkün olmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar