Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araz Ağalarov pensiyaların azlığından dəhşətə gəlib

Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarov Rusiyada maaşların və pensiyaların azlığından dəhşətə gəlib...

PİA.az xəbər verir ki, oliqarx “Forbes”ə müsahibəsində bu haqda danışıb. Onun sözlərinə görə, rusiyalıların gəlirləri o qədər aşağıdır ki, belə vəziyyətdə ÜDM-in əhəmiyyətli artımına nail olmaq mümkün deyil. Çünki istehsal olunan malları satmağa istehlakçı yoxdur.

“Bu gün ölkədə orta aylıq pensiya 200 dollar həndəvərindədir, bəzilərində hətta daha aşağıdır, orta aylıq əmək haqqı da aşağıdır”,-Ağalarov Rusiya iqtisadiyyatını və biznesini 2020-ci ildə nələrin gözlədiyi haqda suala cavabında bildirib.

Milyarder Rusiyada vergi inzibatçılığının yaxşı işlədiyini bildirib, deyib ki, vergi yığımı artır, amma vergilər özü kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, əgər əvvəllər vergilərin artmasını vergi ödənişlərindən qismən yayınmaqla kompensasiya etmək mümkün olurdusa indi bu, “demək olar mümkün deyil”.

Ağalarovun fikrincə bu il hamı başa düşəcək ki, indiki vergi səviyyəsini saxlamaq mümkün deyil və nəsə etmək lazımdır. Və buna nə qədər tez diqqət yetirsələr o qədər yaxşı olardı. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar