Bazar ertəsi, 20 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Araz Ağalarov 183 milyonluq hərracı uddu

Moskvaətrafı “Lotoşinsk” balıq fabriki yaxınlığındakı əmlakın satılması ilə bağlı hərracı “Lotofiş” şirkəti qazanıb...

PİA.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, şirkətin 90 faizi azərbaycanlı milyarder Araz Ağalarovun sahibi olduğu “Krokus” Səhmdar Cəmiyyətinə məxsusdur.

Qeyd olunur ki, hələ SSRİ-nin vaxtında qurulan müəssisə 2010-cu ildə müflis elan edilib. Kreditorlardan biri olan “Vozrojdenie” bankı 2015-ci ildə zavodun əmlakını törəmə şirkətlər vasitəsilə satın alıb və indi də satmaq qərarına gəlib.

Ağalarovun şirkəti yeganə iddiaçı olub və zavod üçün ilkin qiymət olaraq irəli sürülən 183 milyon rubldan 120 milyon rublu təklif edib.

“Crocus Group”un nümayəndəsi əldə edilmiş aktivi necə dəyərləndirəcəklərini şərh etməyib. (qafqazinfo)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Araz Ağalarov


loading...

Ən çox oxunanalar