Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Arayik Harutyunyanın gizli səfəri yarımçıq qaldı: “DQR” “lideri” Moskvadan da qovuldu

Rusiyaya gizli səfərə gedən “DQR” “prezidenti” Arayik Arutyunyan dünən İrəvana qayıdıb.
 
Ovqat.com “Mediaport Telegram”-a istinadən xəbər verir ki, Arayik Harutyunyanın Moskva səfəri ilk andan uğursuzluqla başlayıb.
 
Bildirildiyinə görə, onu müşayiət edən təhlükəsizlik əməkdaşının Rusiya sərhədindən keçməsinə ümumiyyətlə icazə verilməyib. 
 
Portalın iddia edir ki, Harutyunyan noyabrın 25-dək Moskvada qalmalı imiş. Lakin bilinməyən səbəblərdən səfərini yarıda kəsən “prezident” dünən axşam təcili geri qayıtmalı olub.
 
Maraqlıdır ki, Harutyunyanın Moskva səfəri tam məxfi tutulub. Hətta onun mətbuat katibi ağzından “quş buraxmasın” deyə telefonunu söndürüb və heç kimin sorğularına cavab verməyib.
 
Gizli səfərin təfsilatı açıqlanmasa da, bunun Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı ola biləcəyi təxmin olunur. Ehtimallara görə, “DQR” “Müdafiə ordusu”nun “könüllüləri” Kəlbəcəri boşaltmamaq üçün “dirənir” və son damla qanlarına qədər mübarizə aparacaqlarını bildirirdilər. Onların gətirdiyi müxtəlif bəhanələr üzündən Moskva rəsmi Bakıdan daha 10 gün möhlət istəmiş, Azərbaycan da humanizm nümayiş etdirib bu xahişi yerə salmamışdı. Bu gün Azərbaycanın verdiyi möhlət sona çatırdı. Erməni separatçıları isə ayaqlarını yerlə sürütləyərək yenidən vaxt tələb edir və bu möhləti sonsuzadək davam etdirmək niyyətində idilər. Arayikin bir neçə gün əvvəl Moskvaya gizli səfəri də Kremllə bunu razılaşdırmaq məqsədi güdürdü.

Bildirildiyinə görə, rəsmi Bakının və Ankaranın bu məsələdə ağzını arayan Moskva “humanizmimizdən sui-istifadə olunur”, cavabını aldıqdan sonra Harutyunyana dərhal İrəvana dönməyi və tör-töküntülərini Kəlbəcərdən çıxarmağı məsləhət görüb. Rədd cavabı alan Harutyunyan dünən axşam saat 21.44-də suyu süzülə-süzülə Moskvada təyyarəyə minib bu gecə saat 01.44-də əliboş İrəvana enməli olub. 
 
Qeyd edək ki, Harutyunyan Moskvaya getməmişdən əvvəl Putinə “Artsaxın prezidenti” statusu ilə müraciət etməyi də unutmayıb. Moskvada isə bu separatçı özbaşınalığı səbəbindən onun xeyli danlandığı və Dağlıq Qarabağın Azərbaycanın ərazi olduğunun xatırladıldığı iddia olunur. 
 
Görünür, Arayikə onu da izah ediblər ki, Moskvanın Dağlıq Qarabağı sülhməramlı tərəf statusunun fövqündə müdafiə etmək imkanı yoxdur. Əks təqdirdə, Moskvanın bu mövqeyi beynəlxalq narazılığa səbəb olar və bu da rus qoşunlarının tamamilə bölgəni tərk etməsiylə nəticələnə bilər. Yenidən bərpa olunan münaqişə nəticəsində isə nəinki Dağlıq Qarabağ erməniləri, hətta Ermənistan belə, göydə Allahın ümidinə, yerdə Azərbaycanın insafına buraxılmış olar. Odur ki, mümkün olduğu qədər Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlardan yayınmaq ermənilər üçün daha məqsədəuyğundur.


Arayik Harutyunyanın yarımçıq kəsib İrəvana qayıtdığı Moskva səfərindən dərhal sonra ermənilərin Kəlbəcərdən daha “həvəs”lə çıxdıqları xəbər verilir. Məlumata görə, Kəlbəcərdəki son erməni silahlıları da artıq rayon ərazisini tərk ediblər.  

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Cahangir Əsgərova məxsus şirkətlərin siyahısı

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

Oliqarx məmur Kəmaləddin Heydərovun ailə biznesinə yaxın şirkətlər ləğv edilir

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

Siyavuş Novruzov Əli Həsənovu və Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırdı

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

“Bizə deyirdilər ki, Ramiz Mehdiyevdən başqa kimi istəyirsiniz söyün” - Hafiz Hacıyev

Ən çox oxunanalar