Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aramsız yağışın fəsadları: Sabunçuda həyətlər, yollar su altında qalıb - Video

Aramsız yağış bu dəfə də paytaxtın müxtəlif yerlərində gölməçələr yaradıb, onlarla ev, həyətyanı sahə su altında qalıb...

Belə ki, Sabunçu rayonu Əliağa Vahid küçəsində yerləşən əksər evləri su basıb, bəzi sakinlər isə hətta azyaşlı uşaqlarını qohumlarının evlərinə göndərməyə məcbur olublar.

Ərazidə yerləşən evlərin zirzəmilərində təxminən 40 santimetrə yaxın su var. Sakinlər bildirir ki, hər dəfə yağış yağanda həyətə çıxa bilmirik, uşaqlarımız məktəbə gedə bilmirlər.

Vətəndaşlar yaşayış evlərindəki vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Onların sözlərinə görə, aidiyyatı qrumların hər birinə müraciət etsələr də, problemlə maraqlanan olmayıb.

Sakinlərin şikayəti ilə bağlı Sabunçu rayonu Ramanı qəsəbə nümayəndəsi Məhəmməd Əsədovun verdiyi cavab isə belə oldu:

“Hazırki vəziyyətdə heç bir köməklik edə bilmərik. Bizim nasosumuz da yoxdur su çəkmək üçün. Kanalizasiya sisteminə gəldikdə isə artıq bununla bağlı layihə qəbul olunub, yaxın vaxtlarda həmin yerlərdə də kanalizasiya sistemləri quraşdırılacaq”.

Görünən odur ki, məsul qurumların problemə laqeyd münasibəti nəticəsində sakinlər hələ bir müddət də bataqlıq adlandırdıqları bu ərazidə yerləşən evlərində nasosla su çəkməli olacaqlar.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar