Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aramco” partlayışlarının Boltonun gedişi ilə bir əlaqəsi ola bilərmi? – Təhlil

Əgər Husilər uzaq məsafədən zəif dronlarla belə bir hücum həyata keçirə bildisə, bu, o deməkdir ki, dünya kiçik qüvvələrin təhdidi altındadır…

Zekeriya KURŞUN
“Yeni Şafak” qəzeti, Türkiyə, 16 sentyabr 2019-cu il

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2015-ci ildən bəri davam edən Yəmən müharibəsindən artıq yorulublar. Gözlədikləri nəticəni ala bilmədikdə aralarında ixtilaf yaranıb. Artıq hər biri ayrı-ayrılıda Yəməndəki müxtəlif qruplaşmalara dəstək verməyə başlayıb. Bunun əsas səbəblərindən biri də Hörmüz körfəzində ortaya çıxan və hər nə qədər İran ittiham edilsə də qeyri-müəyyən qalan sabotajlardır.

BƏƏ öz limanlarına qarşı təhdidlə rastlaşdıqdan sonra regional mənfəətlərindən imtina edib və müttəfiqin arxasından işlər görməyə başlayıb. Yəni qaynağı məlum olmayan sabotajlar işə yaramaqdadır. Səudiyyə Ərəbistanının ən yaxın müttəfiqləri ilə arası pozulur. Belə ki, BƏƏ İranla görüşdüyü üçün, Səudiyyə də Küveyt vasitəsilə Qətərlə gizlicə görüşüb.

Körfəz həftə sonu yeni bir sabotajla üz-üzə gəldi. İddiaya görə, dünyanın ən qazanclı neft şirkəti olan “Aramco”ya qarşı dronlarla keçirilən iki ayrı hücum nəticəsində Yaxın şərqdə regional və qlobal balans yenidən sarsılıb. Amerika mənşəli Səudiyyə Ərəbistanı neft şirkəti olan “Aramco” istehsalı dayandırıb və bu da neft bazarında narahatlıq yaradıb.

Bir az qarışıq görünsə də, bu hadisələrlə Ağ Evdə baş verən son hadisələr arasında bir əlaqə var. Bunun üçün də müxtəlif səbəblər irəli sürmək mümkündür.

Yəmən müharibəsinin əsas səbəbi Obamanın dövründə İran qarşı həyata keçirilməyən hücum, indi çılğın Trampın əli ilə edilməli idi. Koalisiyalar, ittifaqlar və bütün silahlanmalar buna uyğun yaradılıb. Hətta Ağ Ev komandası belə buna görə qurulub. Tramp Yəmən müharibəsinə dəstək verərək Körfəzdəki bütün silahları yeniləyib. Həmçinin, qarşıdakı dönəmdə silah sifarişini tamamlayıb, yeni dönəm seçkiləri üçün ABŞ silah sənayesindən də dəstək alıb. Hətta İranın ABŞ-a məxsus bir dronu vurmasına belə səssiz qalıb.

Lakin Ağ Evdəki son vəziyyət Körfəzi qızışdırdı: İrana qarşı sərt mövqedə olan və müharibə tərəfdarı olması ilə tanınan Bolton vəzifəsindən uzaqlaşdırılıb. Bu durum Səudiyyə üçün heç yaxşı olmadı. Çünki kral olmasa belə, şahzadə Məhəmməd ibn Salman Boltona güvənirdi və İrana qarşı ediləcək hücumda onu qəhrəman kimi görürdü. Koreya, Venesuela böhranlarında, Rusiya ilə olan münasibətlərdə, Suriya məsələsində və hətta Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi məsələsində Trampa məsləhətlər verən birinin işdən qovulmasını, sizcə, İran və Körfəz problemindən kənarda düşünmək olarmı?

Nəhayət, gələk “Aramco” hücumlarına. İran tərəfindən dəstəklənən Husilərin təxminən 1200 km məsafədən həyata keçirdiyi bu sabotajların əsas səbəbkarlarını tanımaq lazımdır. Əgər Husilər bu qədər uzaq məsafədən zəif dronlarla belə bir hücum həyata keçirə bildisə, bu, o deməkdir ki, dünya kiçik qüvvələrin təhdidi altındadır. Ən əsası da böyük investisiyalara sahib olan silah sənayesi də təhdid altına düşmüş olur. Hətta bir az ironiyalı olsa belə, artıq F-35-lərə də ehtiyac yoxdur.

Bu hücumu həyata keçirənlərin kimliyi Körfəzdəki digər sabotajlar kimi cavabsız qalıb. Lakin bu durumdan istifadə edənlərə baxıb bir nəticə çıxarmaq da mümkündür.

Dünyanın ən yaxşı qorunan şirkəti “Aramco” təsisatlarına edilən hücumdan sonra çıxan yanğın söndürülüb, lakin istehsal dayandırılıb. ABŞ və İngiltərə buna reaksiyasız qalmayıb. Tramp həmçinin, Məhəmməd ibn Salmanla telefonda danışaraq ona dəstək olduğunu bildirib.

Mən bu fəlakətə görə Səudiyyə Ərəbistanının, hətta Salmanın tərəfindəyəm. Eynilə son 4 ildə yüz minlərlə insan itirən yəmənlilərin yanında olduğum kimi. Amma məni təhrik edən qüvvələrlə, Trampı təhrik edən qüvvələr arasında, sözsüz ki, fərqlər var.

O zaman soruşmaq lazımdır ki, görəsən, Boltonun Ağ Evdən qovulmasının cavabı Körfəzdəki sabotajlar ola bilər? Və yaxud da buna tam əmin olmaq olarmı?

Səudiyyə Ərəbistanının İrana qarşı olan tarixi düşmənçiliyinin əksinə olaraq, silah baronları işinə davam edə bilmək üçün ABŞ adminstrasiyasından neftin və təbii qazın ucuz və etibarlı şəkildə istehsal edilməsini tələb edir. Onsuz da ABŞ-ın bölgədə yarım əsrdir davam edən siyasəti də elə bundan ibarət deyilmi?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar