Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Aralıq dənizində Türkiyəyə qarşı Qərb alyansı formalaşır?

Aralıq dənizində Türkiyəyə qarşı Qərb alyansının formalaşmasını, o cümlədən NATO daxilində qarşıdurmanın olmasına ehtimal vermək olar?..

Politoloq: “Türkiyəyə qarşı Qərb bloku həmişə olub. Türkiyə NATO-nun üzvü olsa da və on illərdir Avropa Birliyinə üzv olmağa cəhd etsə də, Türkiyəyə qarşı Qərbdə, Avropada qərəzli münasibət həmişə olub və davam edir”.

ABŞ-da, Yunanıstan da Türkiyənin Aralıq dənizində vartırlığını qəbul etməyə məcbur olacaqlar”.

Bu sözləri politoloq Əhəd Məmmədli Yunanıstan Baş naziri Kiriakos Miçotakisin və ABŞ-da Prezident Donald Tramp görüşündəki Türkiyə detallarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Yunanıstan Baş naziri Kiriakos Miçotakisin ötən həftə ABŞ-da Prezident Donald Trampla baş tutan görüşünün detalları məlum olub. Belə ki, yunan mediası Miçotakis və Trampın Türkiyənin bölgədə gərginliyi artıracaq həmlələri üçün təcili rabitə əlaqəsi üçün xüsusi xəttin qurulması barədə həmfikir olduğunu yazıb. Həmçinin bildirilir ki, Türkiyə ilə bağlı qurulacaq xüsusi xətdən ABŞ dövlət katibinin köməkçisi Metyu Palmer məsuliyyət daşıyacaq.

İki gün davam edən səfər çərçivəsində Miçotakisin Ağ Evə Türkiyənin bölgədəki hərbi fəaliyyətinin Yunanıstana narahatlıq yaratması haqda danışdığını bildirib. Yunan baş nazirin xüsusən Ankaranın Liviya hökuməti ilə hərbi saziş imzalamasından narahat olduğu vurğulanıb.

Bundan başqa, Vaşinqtonun Yunanıstan hökumətinin başçısına Girit adası sahillərinə nüvə başlıqları ilə gücləndirilmiş sualtı gəmi dislokasiya etmək istəyini də çatdırdığı qeyd edilib. Məsələ haqda əlavə məlumat verilməyib.

Aralıq dənizində Türkiyəyə qarşı Qərb alyansının formalaşmasını, o cümlədən NATO daxilində qarşıdurmanın olmasına ehtimal vermək olar?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Türkiyənin Osmanlı dövründə keçmiş əraziləri olan Misir, Cənubi Kipr və Yunanıstan tərəfindən Türkiyəyə qarşı müttəfiqlik ittifaqı yaradılıb”.

Aralıq dənizi probleminə görə ABŞ-ın Türkiyə ilə açıq qarşıdurmaya getməsini düşünməyən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu məsələ Türkiyənin xeyrinə öz həllini tapacaq:

“Türkiyəyə qarşı Qərb bloku həmişə olub. Türkiyə NATO-nun üzvü olsa da və on illərdir Avropa Birliyinə üzv olmağa cəhd etsə də, Türkiyəyə qarşı Qərbdə, Avropada qərəzli münasibət həmişə olub və davam edir. Türkiyəyə qarşı qərəzli mövqe istər Kipr münaqişəsində, istər son hadisələr olan PKK məsələsində, istər Türkiyənin Suriyadakı hərbi əməliyyatlarında, Türkiyənin İraqdakı hərbi əməliyyatlarında, Türkiyənin Liviyadakı hərbi əməliyyatlarında da olub. Həmçinin Türkiyənin Qətərdə, Sudanda, Sumalidə hərbi bazalarına qarşı da qərəzli mövqelər səslənməkdədir. Yəni Türkiyənin hansı ölkədə iştirakı varsa, orada Türkiyəyə qarşı maneələr yaradılır.

Məlumdur ki, Aralıq dənizində qaz yataqları tapıldı və bu qaz yataqlarına görə də Türkiyəyə qarşı olan qərəzli mövqe daha da çoxaldı. Yəni Türkiyənin Osmanlı dövründə keçmiş əraziləri olan Misir, Cənubi Kipr və Yunanıstan tərəfindən Türkiyəyə qarşı müttəfiqlik ittifaqı yaradılıb. Bu ölkələr də Türkiyəyə qarşı ittifaq yaratmaqda ABŞ-a güvənir və arxalanır.

Bütün bunlara baxmayaraq Türkiyə NATO-ya üzvdür və Türkiyə ABŞ-a lazımlı tərəfdaşdır. Həmçinin NATO və Türkiyə ABŞ-a lazımdır. Buna görə düşünmürəm ki, Aralıq dənizi probleminə görə ABŞ Türkiyə ilə açıq qarşıdurmaya getsin. Düşünürəm ki, bu məsələ də öz həllini tapacaq və məsələ Türkiyənin xeyrinə həll ediləcək. ABŞ-da, Yunanıstan da Türkiyənin Aralıq dənizində faktırlığını qəbul etməyə məcbur olacaqlar”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib

"Şəhidin nəşi döyüş bölgəsində qalıb" - Atışma davam edir

İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi - Yenilənib

İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı

Nazirlər Kabineti koronavirusla bağlı əhaliyə müraciət etdi

Kürdəmirdə ana və körpənin müəmmalı ölümünün təfərrüatı

Paşinyandan Xankəndində növbəti sərsəm bəyanat

AzTV-nin gənc aparıcısı sədr müavini təyin olundu

Məzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladı

"Yenidən sədr seçilməyini təbrik edirəm əziz ATA!.."- Vasif Talıbova oğlundan təbrik

“Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır 

Özünü Allah elan edib, ölkə xəzinəsini yatağının altında saxlayır

loading...

Ən çox oxunanalar