Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aralıq dənizində Pentaqon dalğası - Türkiyənin addımları nə olacaq?

Pentaqondan Ankaraya göndərilən məktubda ABŞ Türkiyəni açıq şəkildə təhdid edib...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 11 iyun 2019-cu il

Pentaqonun Ankaraya göndərdiyi məktub çox vacibdir və nəticələri də bir xeyli müzakirə olunacaq. Bu məsələ hal-hazırda ciddi şəkildə təhlil edilmir.

Türkiyə Avrasiyanı Afrikaya, Orta Şərqə və Avropa bağlayır. Ona görə də, Türkiyə kimi 2-ci ölkə yoxdur. Torpaqlarımız dəyərli olduğu üçün qapımızı döyən də çoxdur. Türkiyə milli və müstəqil siyasət yürütdükcə qarşı tərəf buna öz maraqları naminə əngəl olur. Bu, ilk deyil və son da olmayacaq. Çünki Türkiyə, sözün əsl mənasında, kilid rolu daşıyır.

İstanbul seçkiləri, Rusiya ilə yaranan yaxınlıq, Suriya problemi, S-400-lərin alınması, NATO-nun təzyiqləri, qurulması planlanan Avropa Ordusu tək bir şeylə bağlıdır: Türkiyənin mövqeyi ilə. Ankaranın mövqeyi çox önəmli olduğu üçün NATOABŞ da təzyiqləri artırıb. ABŞ israrla “ya mənim sözümə baxarsan, ya da düşmənim olarsan” məntiqi ilə hərəkət edir.

Ankaraya göndərilən son məktub da bunu təsdiq edir. ABŞ Türkiyəni açıq şəkildə təhdid edir. Türkiyənin hava müdafiə sistemləri alması və öz təhlükəsizliyinin qeydinə qalması Vaşinqtonu narahat edir. Bəs bu necə ortaqlıqdır? Pentaqon bir ortaq kimi heç öz müdafiə sistemlərini qurmur. Lakin Ankara başqa bir həll yolu tapdıqda böhran yaşanır. Bəs niyə belə olur?

Aralıq dənizi və Kipr adası, Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və Türkiyənin oyun meydançası - burada bizim görə bilmədiyimiz bir mübarizə gedir.

Əlbəttə ki, bu vəziyyətdə qeyd etməli olduğumuz digər bir oyunçu da İsraildir. ABŞ-ın nəhəngi olan “ExxonMobil” Aralıq dənizindəki təsirini artırıb. Arxasında Pentaqon kimi bir qüvvə olan “ExxonMobile” Aralıq dənizinin neft və qaz xəritəsini yaradıb. Fransadakı “Total”, İngiltərədəki “Shell” də regionda apardığı araşdırmaları yekunlaşdırıb. Təlim keçirmək məsələsində “Eni”, “Qatar”, “Gas”, “Noble Enerji” və gizli qüvvə olan “Kogas” da ciddi addımlar atıb.

Koreya hara, Aralıq dənizi hara... Amma oyun böyük olanda hər kəs eyni masada toplanır.

Türkiyənin bölgədən böyük qazanclar əldə etməsi hər kəsə məlum olan bir “sir”dir. Dəniz qüvvələrinin son dönəmdə göstərdiyi bayrağı hər kəs görüb. Verdiyi mesaj da aydındır. Türkiyəyə rəğmən bir addım atmaq o qədər də asan deyil. Aralıq dənizində olan şirkətlərdən ikisi Türkiyə ilə ortaqlıq etmək istəyir.

Aralıq dənizi və Türkiyə məsələsindən əlavə, əsas dava Çinlə, yəni “Huawei” ilə gedir. Son günlərdə məlumdur ki, ABŞ-ın Çinin telekommunikasiya nəhəngi olan “Huawei”-ni hədəf kimi seçməsinin mərkəzində Aralıq dənizi durur. Yeni İpək Yolu üçün texnologiya da çox önəmlidir.

Yeni İpək Yolunun texnoloji bazasını yaradan “Huawei” artıq açıq hədəfdir. Bir sistemin sağlam şəkildə işləməsi üçün texnoloji strukturu çox güclü olmalıdır. Buna görə də, “Huawei” Yeni İpək Yolunu mükəmməl hala gətirəcək bir qüvvə idi. Lakin indi Amerikanın basqısı altında qalan “Huawei”-nin Yeni İpək Yolunun strukturunu hazırlamaqdan başqa heç bir şansı qalmayıb.

Əslində, bu hesablaşma “Huawei”-nin rəhbərinin qızının MKİ tərəfindən əsir alınması ilə başlamışdı.

ABŞ Çinə bir təklif göndərib. Təklifə görə, Yeni İpək Yolunu Amerikanın texnologiya şirkətləri hazırlamalıdır. Əks halda, bu layihənin uğurla həyata keçirilməyəcəyini, 65 ölkədən ibarət zəncirin gedərək qopacağını bildirib. Bir çoxuna görə, bu, böyük bir təhdid idi. Çin isə ABŞ-ın tələblərini görməzdən gəlib.

Bəlkə də, bu vəziyyət Çinin AvropaRusiya ilə yaxınlaşması nəticəsində ortaya çıxıb. Bu durum ABŞ-ın “Huawei”-ni çox sərt şəkildə bitirməsinə yol açıb.

“Huawei” rəhbərliyi belə şirkətin çöküşə doğru getdiyini anlayıb və geri addım atılmasını tələb edib. Yeni İpək Yolu önəmlidir, lakin “Huawei” də bir xeyli önəm daşıyır. Çin, bəlkə də, həm Yeni İpək Yolunu, həm də “Huawei”-ni itirəcək. Buna cavab olaraq sürətli addımların atılması gözlənilsə də, gözlənildiyi kimi olmayıb. Belə görünür ki, Çin Aralıq dənizindən də əlini üzməli olacaq.

Aralıq dənizinə sərhəd olan ölkələr içərisində təkcə İtaliya ilə yaxın münasibətlər qurmağı bacaran Çin başa düşür ki, bircə Roma ilə uğur qazana bilməz. Çinin İsraillə apardığı gizli görüşlərə də ümidi var idi. Lakin ABŞ İsrailin rahat şəkildə qərar verməsinə əngəl olub: Təl-Əvivi blokadaya alıb. İtki verən yenə də Çin olub.

Rusiyanın Aralıq dənizindəki gücü Çin üçün bir fürsət ola bilər. Lakin Rusiya Çin ilə heç vaxt yaxın dost ola bilməz. Buna ölkələrin tarixi imkan vermir. Maraqlar üzərində qurulmuş münasibətlər bir gün sona çatacaq.

Çinin neft ehtiyacını qarşılaya biləcək yeganə qüvvə İrandır. İndi Amerika embarqosu ucbatından çətin günlər keçirən İranın bu vəziyyətə düşməsinin əsas səbəbi, əslində, Pekindir. ABŞ İranla olan nüvə sazişini ləğv etdiyi zaman Pekin Tehranla çox vacib bir neft sazişi imzalamışdı.

İran böyük ölçüdə güc itirərkən Çindən kifayət qədər dəstək ala bilmir. Əgər İran bir neçə həftə sonra Çinlə olan münasibətlərinin sona çatdığını ABŞ-a bildirsə, embarqo da ləğv olunar.

O andan etibarən Çin üçün də bir çöküş başlayar. Çində bu günədək görmədiyimiz etiraz aksiyaları baş verər.

ABŞ Maliyyə naziri Stiven Mnukin də Çin məsələsində sərt fikir bildirib: “Əgər Çin bizimlə razılaşma əldə etmək istəsə, biz də ortaya qoyduğumuz şərtlər daxilində davam etməyə hazırıq. Əgər Çin addım atmaq istəmirsə, bu məsələdə artıq bizim edə biləcəyimiz heç bir şey yoxdur. Əgər Çin bizim dediyimiz şərtləri qəbul edərsə, bu ayın sonunda Tramp ilə Çin Prezidenti Sinin Yaponiyada keçiriləcək G-20 zirvəsindən maraqlı xəbərlər gələ bilər... Həmçinin, “Huawei”-yə qarşı aparılan sanksiyalar da yumşala bilər”.

Türkiyə 15 iyul hərbi çevrilişə cəhddən sonra ABŞNATO-dan uzaqlaşaraq Rusiyaİran ilə yaxınlaşması, Çinin burada ehtiyacı olan sahəni tapa bilməməsi, Çin Xalq Cümhuriyyəti İstanbul Baş Konsulu Sui Vei-nin İmamoğluna gedən ilk şəxs olması, S-400-lər və F-35-lər də böyük bir davanın cəbhələridir.

Dünya yenidən qurulacaq. Bütün bunlar böyük dəyişimin ilk ayaq səsləridir.
Qlobal sərmayənin Türkiyəni hədəf alması və Ərdoğana qarşı hücuma keçməsi də bir həqiqətdir. İlk cəbhə İstanbuldur.

Hadisələrə şüarlarla deyil, məntiq çərçivəsindən baxdıqda vəziyyət budur...

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar