Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aralıq dənizi “ata malı” kimi bölünə biləcəkmi?

Bölgədə 40-dan çox ölkə müharibə gəmilərini üzdürmək üçün haqq tələb edir. Yeni Zelandiya belə Aralıq dənizindən pay istəyir. Gülünc vəziyyətdir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 4 iyul 2019-cu il

Bu gün bir az daha konkret danışaq. ABŞ öz maraqları üçün Çinə nəzarət etmək məcburiyyətindədir. Bunun üçün atdığı ilk addım neftdir. Venesuelanı qarışdırıb idarəçiliyi ələ almaq istəyir. Hədəf odur ki, Çin ABŞ-ın nəzarəti olmadan bir damcı da neft ala bilməsin.

İran məsələsi də, Qaşıqcı hadisəsi də bundan fərqli deyildi. Çini neft problemi ilə tərbiyə etmək istəyirlər. “Huawei” məsələsi də bununla bağlı idi. Bir sözlə, məqsəd odur ki, Çin bir az daha böyüməsin və ABŞ ən böyük kimi qalsın.

Təbii ki, Vaşinqtonda “Çini indi vurmasaq, sabah çox gec ola bilər”, deyən şəxslər çoxdur. Amma Tramp və komandası, sanki, Çinlə birlikdə “iki böyük” olmağı üstün tuturdu. Problem də burasında idi. Tramp əleyhdarları da bu addımdan sonra “ABŞ adlı bir dövlət qalmayacaq”, deyərək bağırırdılar.

Bu iki ayrı qütb hədəflədiyi hər ölkədə özünə güc tapır. Məsələn, İngiltərədə də, Almaniyada da, Türkiyədə də iş dünyasından və siyasətdən hər iki qütbə yaxın olan şəxslər vardı. Ortadakı toqquşmanın səbəbi isə ABŞ-Çin balansının düzəlməməsi idi. Yəni deyə bilərik ki, 2007-ci ildən bu günə qədər Türkiyədə baş verən bütün sarsıdıcı hadisələrin arxa fonunda bu acı reallıq olub.

“Ərgənəkon”dan “Balyoz”a qədər, 17-25 dekabrdan 15 iyul çevrilişinə qədər olan mübarizənin məğzi də elə budur. Türkiyənin Qərb ittifaqında, yoxsa Avrasiyada qalacağı önəmli idi. Çünki bununla dünyanın pul və enerji siyasəti tamamilə dəyişəcəkdi. Bütün qurumlar və ölkələr yenidən qurulacaqdı. Bu, böyük bir çevrilmə idi. NATO-dan BMT-yə, BVF-dən Dünya Bankına qədər hər şey dəyişəcəkdi.

İki böyük müharibənin nəticələri səssiz bir müharibə ilə yekunlaşacaqdı. Qəbul edənlər və etməyənlər vardı. Həmçinin, mübarizənin əsas mərkəzlərindən biri Aralıq dənizidir.

Aralıq dənizi təxminən 2,5 milyon kvadrat kilometr sahəsi olan, dünyanın ən özəl dənizidir. İndi əsas məsələ bu böyük sahədəki neft və təbii qaza kimin nəzarət edəcəyidir.

Beynəlxalq qanunlara görə, Türkiyə Aralıq dənizindəki ən şanslı ölkələrdən biridir. Türkiyənin 55 min 500 kvadrat kilometrlik bir sahədə hüquqları var. İsrailin 4000 kvadrat kilometr, Misirin isə 17 min kilometrlik sahədə axtarış aparmaq hüququ var. Beynəlxalq göstəricilər bunu sübut edir. Əsas problem də elə buradan başlayır. Bölgədə 40-dan çox ölkə müharibə gəmilərini üzdürmək üçün haqq tələb edir. Yeni Zelandiya belə Aralıq dənizindən pay istəyir. Gülünc vəziyyətdir.

Ancaq reallıq budur. Ona görə də, ABŞ Türkiyəni hədəf seçib. Yeni dünyanın dənizində yer almaq istəyən ABŞ Türkiyənin buradakı gücünü zəiflətmək istəyir. Bu gün Suriyada və İraqda Türkiyə əleyhinə baş verən bütün hadisələrin səbəbi Ankaranın Aralıq dənizində şanslı olmasıdır. Bunu anlamaq çətin deyil, amma bu reallığa qarşı israrla kor qalanlar var.

ABŞ İsrail vasitəsilə Türkiyə ilə razılığa gəlmək istəyir. Əgər Ankara ilə Təl-əviv eyni masada əyləşsə, dünya yeni bir formaya düşəcək. Çünki Türkiyə ilə İsrailin böyük enerji razılaşması AvropaRusiyanı plandan kənarda saxlayır.

İsrailin Cənubi Kiprlə imzaladığı təbii qaz müqaviləsi yeni problemlərə yol açıb. Təbii qaz və neft ehtiyatlarına malik olan Şərqi Aralıq dənizində lider hələ ki, Türkiyədir. Ona görə də, İsrail Türkiyə ilə razılaşma əldə edə bilmək üçün Vaşinqtondan kömək istəyib.

Hamı görməzdən gəlsə də, bu məsələdə İngiltərənin rolu çox böyükdür. Bir çoxuna məlumdur ki, İsrailin arxasındakı əsl güc Londondur. Görünür, London kənarda qalsa, iş getməyəcək. Çünki İngiltərə bir müddətdir ki, Kiprdə aktivdir. İsrail isə Vaşinqtonla Londonu əksər hallarda bir-birinə bağlayır. Bildiyiniz kimi, Vaşinqton da Londonun təsiri altındadır. Son illərdə baş verən bir çox hadisə bunu sübut edib. İndi isə İngiltərənin ABŞ-la imzaladığı Aralıq dənizi müqaviləsi başlamadan bitib. Çünki Vaşinqton İngiltərədən daha çox səlahiyyət istəyib.

Əgər BREXİT-lə İngiltərənin dönəmi bitməsə, bu, Vaşinqton üçün riskli olacaq. Bu halda İngiltərə də Avropa Birliyindəki təsirini qorumaq üçün Aralıq dənizinə girişəcək. Yəni ki, Aralıq dənizinin dəyərini ilk dəfə başa düşən yenə İngiltərə oldu. Hər kəs başqa tərəfə baxarkən İngiltərə 3 önəmli müharibə gəmisini Kiprin ətrafına düzdü. Amerikanın müharibə gəmiləri ilə yaxın olmasalar da, bölgədə önəmli gücə sahibdirlər. Öz maraqlarına görə Türkiyənin Şərqi Aralıq dənizində İngiltərə ilə üz-üzə gəlməsini istəyən də Vaşinqtondur.

Bu vəziyyət özü ilə ciddi problemləri də doğurur. Zənginlik də, tələlər də Türkiyənin ətrafındadır.

London artıq Kipr adası məsələsində geri addım atmayacaq. Vaşinqton da bunu görür. Ona görə də, Vaşinqton İngiltərə ilə böyük bir ortaqlıq etmək istəmir. Kilid ölkə olan Türkiyənin də razılığa gəlmək üçün nələr edəcəyi hələlik sual altındadır. Türkiyənin hamıdan məsləhət alıb, axırda öz bildiyini eləməsi xeyli çaşqınlıq yaradıb. Birinci Dünya Müharibəsindən sonra torpaqlarını itirən bir dövlətin indi masada nəhənglərə rəğmən özünə bir yer tapması çox vacib bir nüansdır.

Ankara həm İpək Yolunun dəyərini, həm də Aralıq dənizinin önəmini yaxşı başa düşür. Oyundakı gedişi gördüyü üçün də daha iti həmlələr edir.

Əlbəttə ki, bu yolun əksinə gedərək “Qərblə əvvəlki kimi davam edək” deyənlər olacaq. Demək olar ki, bütün önəmli paytaxtlarda vəziyyət belədir. Bu durum həm AKP-də, həm də CHP-də var və tərəflərin arasındakı bu çəkişmə İstanbul seçkilərində üzə çıxıb. Hər iki tərəf də Türkiyənin mövqeyi üçün mübarizə aparır.

Lakin Ankara Avrasiya üçün var gücü ilə irəliləyir. Türkiyə NATO-nun əməliyyatlarından sonra NATO ilə sağlam bir əməkdaşlıq qura bilərdi. Bunun nəticəsi Türkiyənin böyük nizamı dəyişdirmək üçün meydana çıxmasına yol açdı.

Qeyd: Keçən axşam dünyada bir həyəcan təbili çalınıb. Rus dənizaltı gəmisi yenə Amerika tərəfindən vurulduğu üçün böyük narahatlıq yaranıb. Hər kəs “böyük müharibə” siqnalları çalır. Suriyadakı Tabka və Rümeylan da rusların Amerika bazalarına hücum etməsi ehtimalına qarşı Ağ Evə çağırış edib. Putinin soyuqqanlı duruşu müharibənin qarşısını aldı. Ancaq təzyiq hələ də çox yüksəkdir.

Şimal qütbündə aparılan bircə əməliyyat belə bizə təsir edə bilər. İndi Türkiyənin ümumi nizamdakı rolunu özünüz bir düşünün.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar