Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araik Rusiya sülhməramlılarını ifşa etdi - Qarabağda cəmi 35 min erməni var!

Ermənistandakı növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın qərargahında olduğu üçün Xankəndidə etirazla qarşılaşan separatçıların başçısı Araik Arutyunyan iyunun 22-də özü də bilmədən ciddi bir faktı etiraf edib.

PİA.az xəbər verir ki, Xankəndidən Nikol Paşinyanın İrəvandakı qərargahına getməsinin səbəblərini izah etməyə çalışan Araik Qarabağdakı erməniləırin Ermənistana möhtac olduqlarını deyib.

Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” deyən separatçıların başçısı bununla Paşinyana dəstəyini izah etməyə çalışıb.

Bununla da Araik Arutyunyan hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə 35 min erməninin yaşadığını etiraf edib.

Halbuki, Rusiya Müdafiə Nazirliyi və separatçıların daha əvvəl yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilirdi.

Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə 52700 erməninin Qarabağa qaytarıldığını bildirmişdi.

Xankəndidəki separatçılar və rəsmi İrəvan isə hətta bir qədər də irəli gedərək, 105 min erməninin Qarabağa qayıtdığını iddia edirdi.

Araik Arutunyan 35 min rəqəmini səsləndirməklə həm Rusiya Müdafiə Nazirliyinin, həm də rəsmi İrəvanın yalanını ifşa edib. (modern.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar