Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ara Ayvazyan jurnalistlərə əsəbləşdi: "İlham Əliyevi niyə belə diqqətlə oxuyursuz?"

Ermənistan xarici işlər naziri Ara Ayvazyan kabinetinin önünə toplaşan jurnalistlərin qarşısına çıxıb və Xarici İşlər Nazirliyinin, özünün yazdığı açıqlamasını oxuyub. Eyni zamanda, erməni nazir xüsusi xəbərdarlıq edib ki, “bəyanatı təhrif olunmasın deyə, hər şeyi kağızdan oxuyacaq”.

Virtualaz.org-un məlumatına görə, Ayvazyanın bəyanatında deyilir ki, Ermənistan Xarici İşlər Nazirliyi gündəlik işi ilə erməni xalqının mənafelərini qoruyan apolitik strukturdur, müharibədən sonra isə diplomatiya bütün məsuliyyəti və işi tədricən öz üzərinə götürür.

"Hazırda bizdə yaranmış vəziyyət qeyri-mütənasib qüvvə ilə üzləşməyimizlə bağlıdır. Erməni diplomatiyası bir çox məsələlərin həlli üçün mümkün olan və mümkün olmayan hər şeyi etməyi özünün borcu hesab edir. Diplomatiya sükut sevir. Odur ki, icazənizlə, diplomatiya səssiz işləyəcək və bizim işimiz şərhlərdən daha aydın olacaq", - deyə “Sputnik Ermənistan” Ayvazyandan sitat gətirib.

Bəyanatını oxuduqdan sonra Ayvazyan jurnalistlərin bütün suallarına məhəl qoymadan yenidən kabinetinə qayıdıb.

Media nümayəndələri nazirdən hərbi əsirlərlə bağlı vəziyyət, gələcək danışıqlar, Ayvazyanın Moskvaya işgüzar səfəri barədə soruşublar. Ayvazyan deyib ki, "Biz sizin bütün suallarınızı əməllə cavablandıracağıq".

Nazir bir müddət sonra həmkarları ilə birlikdə ofisdən çıxıb və liftə tərəf yönəlib. Media nümayəndələri onu yenidən təqib etməyə başlayıblar. Jurnalistlərdən biri nazirdən Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərinin Bakının nəzarətinə verilməsi barədə bəyanatını şərh etməsini istəyənə qədər Ayvazyan səbirlə susub. Sonra isə... "Niyə bizim açıqlamalarımızı və müsahibələrimizi də eyni dərəcədə diqqətlə oxumursunuz?" – deyə əsəbi şəkildə onun sözünü kəsib və liftə girib...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar