Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTİ-nın laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Koronavirus təhlükəsi ilə bağlı AQTİ-nın laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir...

Dünya ölkələrində koronavirus xəstəliyinin sürətlə yayılması və qonşu ölkələrdə də qeydə alınması səbəbindən hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.

AQTA-dan verilən məlumata görə, Agentliyin regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, regionlarda 13 laboratoriya olmaqla 19 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin müvafiq laboratoriyaları koronavirusla bağlı təcili çağırışlara operativ şəkildə reaksiya vermək imkanlarına malikdir və tam hazır vəziyyətdə öz fəaliyyətini davam etdirir. Laboratoriyalar COVID-19 koronavirusun müayinəsi üçün PZR (Polimeraz Zəncirvari Reaksiya) dəstləri, Fərdi Mühafizə Vasitələri, dezinfeksiyaedici vasitələrilə təmin olunub. Eyni zamanda müvafiq bölmənin əməkdaşları bu xəstəliyin laborator müayinəsi ilə əlaqədar xüsusi təlimlərə cəlb olunub. Bundan əlavə, COVID-19 infeksiyası ilə əlaqədar 3-cü səviyyəli biotəhlükəsizlik mobil səhra laboratoriyası da hazır vəziyyə gətirilmişdir. Xəstəliyə hər hansı şübhə yaranarsa, dərhal mobil dəstə operativ şəkildə Respublikanın istənilən ərazisinə ezam oluna və qısa zaman ərzində müayinələri həyata keçirə bilər. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası ölkədə epidemioloji və epizootik sabitliyin qorunması üçün bütün zəruri avadanlıq, vasitə və peşəkar kadrlarla təmin olunub. Ümumdünya Səhiyyə Təşkilatının eksperti və ABŞ Milli Səhiyyə İnstitutunun virusoloq-həkimi də laboratoriyaıarda aparılan müayinələrlə tanış olub və qiymətləndirmə apararkən burada yaradılan şəraiti yüksək dəyərləndirib, müayinələrin yüksək keyfiyyətlə, bütün biotəhlükəsizlik qaydalarına riayət edilərək aparıldığını vurğulayıblar. Agentlik vətəndaşları heyvan xəstəliklərindən qorunmaq və xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə və yalnız rəsmi orqanların yaydığı məlumatlara etibar etməyə çağırır. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar