Şənbə, 29 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

AQTA-nın dünyada yayılan epidemiyalara qarşı hazırlığı – Reklamdır, yoxsa?..

Dünyada yayılan epidemiyalara qarşı ölkədə aparılan mübarizə tədbirləri yetərlidir?...

Ekspert: “Əgər bizdə hər hansı bir epidemiya və ya virus yayılsa, qarşısını almaq çox çətin olacaq”.

AQTA-nın Bakı Baş Gömrük İdarəsində olan pəncərəsinin arxası həmişə boş olur. Onların nümayəndələrini orada tapmaq mümkün deyil”.

Bu sözləri “Altay” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Qida Təhlükəsizliyi Agentliyinin dünyada yayılan epidemiyalara qarşı ölkəmizdə gördüyü tədbir planını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın “quş qripi” və yeni koronavirus epidemiyasından qorunması məqsədi ilə aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Yüksək patogenli “quş qripi” və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb. Siyahıya müxtəlif növlərə aid diri quşlar, yumurta məhsulları və s. daxildir.

Qeyd edək ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Dünyada yayılan epidemiyalara qarşı ölkədə bu cür mübarizə tədbirlərini gücləndirmək yetərlidir və AQTA-nın bu qabaqlayıcı addımı reklam xarakterli deyilmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Sərhəddən istənilən viruslu bakteriyalı məhsulları ölkəyə rahatca keçirmək mümkündür”.

Qida təhlükəsizliyi və sanitar təhlükəsizliyin ən vacib məsələ olduğunu vurğulayan ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bu birbaşa xalqın və ölkənin taleyi iə bağlıdır. Dəqiq desək milli və dövlət təhlükəsizliyi məsələsidir:

“Bu tədbirləri dərhal və operativ həyata keçirməli idilər. Artıq virus nə yollasa, ölkəyə gəlibsə, gəlib. Amma ruslar demiş “luçşe pozdno çem nikoqda”.

Ümumiyyətlə bizdə yüksək səviyyəli elmi laboratoriyalar yox dərəcəsindədir. Sərhəddən istənilən viruslu bakteriyalı məhsulları ölkəyə rahatca keçirmək mümkündür. Burada nəzarət gücləndirilməli və məhsullar ciddi yoxlanmalıdır. Əgər bizdə hər hansı bir epidemiya və ya virus yayılsa, qarşısını almaq çox çətin olacaq. Ona görə də preventiv tədbirlər daha məqsədə uyğun və vacibdir. Daha doğrusu bundan başqa yol yoxdur.

Elçin Bayramlı: “Sərhəddə nəzarət gücləndirilməli və məhsullar ciddi yoxlanmalıdır”.

Uzun illərdir təklif edirik ki, sərhədkeçid məntəqələrində nəzarət gücləndirilsin, güclü laboratoriyalar qurulsun. AQTA-nın Bakı Baş Gömrük İdarəsində olan pəncərəsinin arxası həmişə boş olur. Onların nümayəndələrini orada tapmaq mümkün deyil. Sadəcə pulu alıb arayışı verməklə məşğuldurlar. Bu sahədə fundamental dəyişikliklərin vaxtıdır.

Qida təhlükəsizliyi və sanitar təhlükəsizlik ən vacib məsələdir. Bu birbaşa xalqın və ölkənin taleyi iə bağlıdır. Dəqiq desək milli və dövlət təhlükəsizliyi məsələsidir”.

Nərminə UMUDLU

pia.az

 

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Heydər Əliyevin sabiq köməkçisindən referendum və yeni seçki anonsu - Video

Dünya mətbuatı İdlib hücumu ilə bağlı nələr yazır?..

Vasif Talıbov öz qardaşı ilə toqquşur? - Naxçıvanda seçkilər bitər-bitməz həbslər başlayıb...

Korrupsiyaya qarşı mübarizədə yeni mərhələ başlayır – Prezidentdən qərar

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Prezidentdən kommunal xidmətlərlə bağlı qərar

DTX-nin strukturunda dəyişiklik edildi - Prezidentdən Fərman

Türkiyə Ordusu İdlibdə hücuma keçdi: Əsəd rejiminin bütün hədəflərinə zərbə endirilir - Yenilənib

Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi

İdlibdə baş verənlər Rusiya-Türkiyə münasibətlərini hara daşıyır? - Suriyada yeni mərhələ başlayır...

Azərbaycanda koronavirusa yoluxma riski olan insanlar - SİYAHI

loading...

Ən çox oxunanalar