Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Aqrarkredit” maliyyə göstəricilərini açıqlayıb – 4 illik fasilədən sonra

Səhmləri 100% Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 4 illik fasilədən sonra maliyyə (audit) hesabatını açıqlayıb. Xatırladaq ki, BOKT sonuncu dəfə 2015-ci ildə ictimaiyyətə hesabat vermişdi

PİA.az “Report”-a istinadən xəbər verir ki, bu il yanvarın 1-nə maliyyə qurumu 13 517,247 milyon manatlıq aktivlərə malik olub. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.

Azərbaycan+Beynəlxalq+Bankı" rel="category tag" title="Azərbaycan Beynəlxalq Bankı" class="tag-a" style="color:#000; text-decoration:underline;">Azərbaycan Beynəlxalq Bankı”ndan aldığı aktivləri azaldıb

“Aqrarkredit”in aktivlərinin 12 778 608 milyon manatı və yaxud 94,5%-i “Azərbaycan+Beynəlxalq+Bankı" rel="category tag" title="Azərbaycan Beynəlxalq Bankı" class="tag-a" style="color:#000; text-decoration:underline;">Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış (idarəetməyə götürülmüş) problemli aktivlərdir. 2018-ci ildə bu rəqəm 5,75% azalıb.

Hesabat dövründə BOKT-un ABB-dən alacağı debitor borclar isə 25% azalaraq 239,538 milyon manata düşüb.

Depozitləri yalnız “Turan Bank”dadır

“Aqrarkredit”in aktivlərinin cəmi 80,658 milyon manatı və yaxud 0,6%-i müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il BOKT-nin kredit portfeli cəmi 0,9% böyüyüb.

İl ərzində “Aqrarkredit”in yalnız “Turan Bank” ASC-də yerləşdirdiyi depozitlər isə 0,9% azalaraq 12,181 milyon manata düşüb. Bu vəsait illik 7%-lə Azərbaycan manatında, eləcə də illik 2%-lə ABŞ dollarında və avroda yerləşdirilib.

Həm öhdəlikləri, həm də kapitalı azalıb

2018-ci ildə “Aqrarkredit”in cəmi öhdəlikləri 5% azalaraq 13 493,965 milyon manata düşüb. Bunun 13 450,98 milyon manatı buraxılmış borc qiymətli kağızlarıdır.

Hesabat dövründə BOKT-nin cəmi kapitalı isə 3,5% azalaraq 23,282 milyon manat olub.

Faiz mənfəəti kəskin artıb

Ötən il “Aqrarkredit”in faiz gəlirləri əvvəlki ilə nisbətən 2,1 dəfə artaraq 17,173 milyon manata çatıb, faiz xərcləri isə, demək olar ki, dəyişməyərək 106 min manat qalıb. Son nəticədə BOKT 17,067 milyon manat faiz mənfəəti əldə edib ki, bu da elə 2,1 dəfə artım deməkdir.

Qeyri-faiz zərəri ilə üzləşib

Bununla belə, 2018-ci ildə “Aqrarkredit” qeyri-faiz mənfəəti olmayıb. Daha dəqiq desək, BOKT-nin 2017-ci ildə qeyri-faiz əməliyyatlarından əldə etdiyi 4,473 milyon manat mənfəət 2,834 milyon manat manat zərərlə əvəz olunub. Bu isə xarici valyuta ilə əməliyyatdan əldə edilən 3,897 milyon manat gəlirin 7,811 milyon manat zərərlə əvəzlənməsi ilə bağlıdır.

Hesabat dövründə BOKT-nin haqq və komissiya gəlirləri 42,6% azalaraq 367 min manata düşüb, haqq və komissiya xərcləri 48,8% artaraq 302 min manata çatıb, digər gəlirləri 15,95 dəfə artaraq 4,912 milyon manata çatıb, digər xərcləri isə 100% azalaraq 0 manata düşüb.

Mənfəəti azalıb

Ötən il “Aqrarkredit”in əməliyyat xərcləri 11,799 milyon manat (əvvəlki ilə nisbətən 3,1 dəfə çox), xüsusi ehtiyatlara ayırmaları 1,931 milyon manat (76,4% az), mənfəət vergisi ödəmələri isə 292 min manat (62,2% çox) təşkil edib. Son nəticədə BOKT 211 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 36,25% azdır.

pia.az


Şərh yazın.

loading...