Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aprel müharibəsini araşdırmaq üçün istintaq komissiyası qurulur

2016-cı ilin aprelində Qarabağda gedən dörd günlük müharibə ilə bağlı bütün xüsusatları araşdırmaq üçün Ermənistanda parlament istintaq komissiyası tezliklə qurulacaq

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində hakim “Mənim addımım” blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts deyib.

2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün xüsusatların araşdırılması üçün parlament komissiyası yaradılacağı haqda həftənin əvvəlində baş nazir Nikol Paşinyan Yerevanda tərəfdarları qarşısında demişdi. Paşinyanın bu bəyanatı “Qarabağ klanı”nın Ermənistanın indiki hakimiyyətinə qarşı hücumlarına cavabdır.

Lilit Makunts parlament komissiyasının təhqiqat predmetinin məhz hansı məsələlər olacağını aydınlaşdırmayıb. Lakin məlumdur ki, aprel müharibəsi Ermənistan ordusunun nə dərəcədə acınacaqlı və rüsvayçı durumda olduğunu üzə çıxarmışdı. Virtualaz.org həmin hadisələr zamanı erməni mənbələrinə istinadən bu haqda dəfələrlə yazıb. Məlum olmuşdu ki, döyüşlər başlayanda Qarabağda erməni tanklarının bir çoxu akumlyatorların və yanacağın olmaması səbəbindən xoda getməyib.

Yaxud əsgərləri daşımaq üçün avtomobil nəqliyyatı çatışmayıb, çünki Ermənistan ordusunun avtomobil nəqliyyatı sınıq-salxaq maşınlardan ibarət idi. Habelə rabitə vasitələrinin çatışmaması səbəbindən komandirlər əsgərlərə əmrləri mobil telefonla veriblər, o cümlədən əsgərlərin bir çoxunun alt paltarlarının olmadığı da üzə çıxıb. Həmin vaxt prezident Serj Sərkisyan ordudan bir neçə generalları qovdu, müdafiə naziri Seyran Ohanyan isə aprel müharibəsinin nəticəsi olaraq bir neçə ay sonra vəzifəsini itirdi.

“Azadlıq” radiosunun erməni xidmətinin bildirdiyinə görə, Lilit Makunts xüsusi istintaq komissiyasının parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının rəhbəri, “Mənim addımım” fraksiyasının üzvü Andranik Köçəryanın rəhbərliyi ilə qurulacağını deyib. Çünki parlamentin reqlamentinə görə, müdafiə və təhlükəsizlik məsələləri üzrə istintaq komissiyası ancaq bu daimi komissiya tərəfindən qurula bilər.

“Çiçəklənən Ermənistan” fraksiyasından deputat Nairi Zöhrabyan isə deyib ki, istintaq komissiyasının yaradılması onlarla müzakirə edilməyib. Amma belə təşəbbüs olsa onlar əleyhinə olmayacaqlar.

Zöhrabyan bildirib ki, o komissiyanın aprel müharibəsi zamanı ön xəttdə patronların və dizel yanacağının çatışmaması, habelə bölmələrin müasir təchizat vasitələrinin olmaması kimi məsələləri araşdırmasını istərdi. “Mən anlaya bilmirəm, nəyə görə generallar Ermənistanda ən varlı və ən elitar təbəqəyə çevriliblər”-Zöhrabyan bildirib.

Komissiya dövlət orqanlarına sorğular verə və zəruri informasiyaları toplaya biləcək. Bunların əsasında təhqiqat aparılıb yekun məruzə hazırlanacaq. Həmin məruzə əsasında sonrakı addımlar müəyyən ediləcək.

Bəribaşdan təxmin etmək olar ki,, Paşinyanın qurduğu bu komissiya “Qarabağ klanı”nın bir çox nümayəndələrinin, o cümlədən Dağlıq Qarabağdakı rejimin hərbi-siyasi rəhbərliyinin xeyrinə işləməyəcək. Qarabağdan Paşinyana barmaq silkələyən, Köçəryanla Sərkisyanın komandasına daxil olmuş generalların da bu araşdırma nəticəsində kəllələri gedə bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar