Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aprel müharibəsi araşdırmaları: General Xaçaturova ulimatum verildi

Ermənistan parlamentinin 2016-cı ilin aprelində Qarabağda baş vermiş dördgünlük müharibənin xüsusatlarını araşdıran xüsusi komissiyasının rəhbəri Andranik Köçəryan keçmiş Baş qərargah rəisi, general Yuri Xaçaturova ultimatum göndərib...

Həmçinin, onun komissiya qarşısında ifadə vermək üçün iki gün vaxtının olduğunu deyib.

virtualaz.org qeyd edir ki, Yuri Xaçaturov hazırda Moskvada yaşayır və aprel müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi olub. Daha sonra KTMT-nin Baş katibi vəzifəsinə seçilib və Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra həmin vəzifədə Yerevan ona etimadsızlıq göstərib. Aprel döyüşləri zamanı Azərbaycan ordusu Qarabağda düşmənin müdafiə xəttini iki istiqamətdə (cənub və şimal-şərq istiqamətləri) yarıb, onu ağır itkilərə məruz qoyub və irəliləyərək yeni mövqelərdə möhkəmlənib. Hərbi əməliyyatlar Moskvada ErmənistanAzərbaycan silahlı qüvvələrinin Baş qərargah rəisləri arasında danışıqlardan sonra dayandırılıb.

Andranik Koçəryan deyib ki, aprel müharibəsini araşdıran komissiya keçmiş xarici işlər naziri Edvard Nalbəndyanı dindirəndən sonra Xaçaturovun ifadəsinin alınmasına zərurət yaranıb. Nalbəndyan Moskvadan videokonfrans yolu ilə komissiya qarşısında ifadə verib. “Bu olduqca mühümdür, mən indi bəyanatla çıxış edirəm, xüsusən də Nalbəndyanı iki saatdan çox dinləyənən sonra. Suallar var ki, Yuri Xaçaturov komissiya qarşısında onlara cavab verməlidir. Mən daha ona məktub göndərməyəcəm...Və bəyan edirəm ki, onun iki gün vaxtı qalır, iyunun 4-də komissiyanın fəaliyyət müddəti başa çatır və həmin günə qədər biz istənilən halda iclas təyin edib Xaçaturova suallar verməliyik”,-Köçəryan deyib.

Bildirib ki, əks halda Xaçaturovun məsələsinə digər orqanlar baxmalı olacaq. Köçəryanın dediyinə görə, bir nömrəli hərbi postu tutan və həmin proseslərdə ən mühüm rollardan birini oynayan adam gəlib suallara cavab verməlidir.

Bəs Edvard Nalbəndyan nə deyib ki, onun dindirilməsindən sonra Xaçaturovun da ifadəsinin alınmasına zərurət yaranıb? Köçəryan deyib ki, keçmiş nazir suallara diplomatik cavablar verib, amma suallar o qədər əhatəli idi ki, cavabları bütün informasiyalar əsasında cəmləyəcəklər.

Bu ilin martında məlum olmuşdu ki, Xaçaturov parlament komissiyası qarşısında danışmaq istəmir və 2016-cı ilin aprel müharibəsi barədə deməyə sözünün olmadığını bildirir.

Qeyd edək ki, həmin döyüşlər Ermənistan ordusunda təchizat, kəşfiyyat, rabitə və digər məsələlərlə bağlı ciddi boşluqları üzə çıxarmışdı. Nəticədə Müdafiə Nazirliyinin az qala bütün rəhbərliyi, o cümlədən müdafiə naziri Seyran Ohanyan Serj Sərkisyan tərəfindən vəzifədən uzaqlaşdırılmışdı. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar