Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aprel döyüşlərində düşməni 8 km geri çəkilməyə məcbur edən silah

Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, tank əleyhinə idarəolunan raket kompleksidir.

İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur.

PİA.az techland.az-a istinadən bildirir ki, silahın Spayk-SR, Spayk-MR, Spayk-LR, Spayk-ER, Spayk NLOS və Mini spyk variantları mövcuddur.

Məsafdən atış xüsusiyyətləri:

1.5 km (Spayk-SR)

2.5 km (Spayk-MR)

4 km (Spayk-LR)

8 km (Spayk-ER)

Spayk NLOS

Ultra-uzun məsafəli bu raketin maksimum atış məsafəsi 25 km-dir. Görünüş zonasından uzaqda qalan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Spaykın digər variantlarından nəzərə çarpacaq dərəcədə böyük olan bu variantın ümumi çəkisi təqribən 70 kq-dır. Hədəfi 95% dəqiqliklə vuran Spayk NLOS həm yerdən, həm də helikopterdən atıla bilər. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə oluna bilər. Yom Kippur müharibəsi bir daha göstərdi ki, döyüş zamanı idarə olunan taktiki yer-yer tipi raketlərin olması çox vacibdir. Kod adı Tamuz olan ilk variant 1981-ci ildə xidmətə daxil oldu, lakin, 2011-ci ilə qədər ictimaiyyətə təqdim olunmadı.

30 saniyədə atəşə hazır vəziyyətə gətirilir, hər atəşdən sonra 15 saniyə ərzində yenidən hazır vəziyyətə gətirilir.

Azərbaycan ordusu tərəfindən ilk dəfə Aprel döyüşlərində istifadə olunub. 2017-ci ildə Azərbaycan ordusu Qarabağda bir Spayk raketi vasitəsilə Ermənistana aid Osa HHM vasitəsini vurduqdan sonra Ermənistan ordusu cəbhə boyunca bütün zirehli və zirehsiz texnikalarını, o cümlədən HHM vasitələrini 8 km geriyə çəkməyə məcbur olmuşdu.

2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır.

İstifadəçi ölkələr:

Avstraliya
Azərbaycan
Belçika
Braziliya
Kanada
Çili
Kolumbiya
Xorvatiya
Çexiya Respublikası
Ekvador
Estoniya
Finlandiya
Almaniya
Hindistan
İsrail
İtaliya
Latviya
Litva
Hollandiya
Peru
Filippinlər
Polşa
Portuqaliya
Rumıniya
Sinqapur

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar