Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aprel” bədii filminin tizerinin təqdimatı keçirilib

Qarabağ müharibəsindən bəhs edən “Aprel” bədii filminin tizerinin təqdimatı keçirilib...

APA-nın xəbərinə görə, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Müdafiə NazirliyiAzərbaycan Hərb Tarixi Muzeyinin təşkilati, “Elpuc prodakşn”ın texniki dəstəyi ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin qalibi olduğu “Silahlı Qüvvələrimizin Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda göstərdiyi qəhrəmanlıqların təbliği” adlı layihə çərçivəsində çəkilib.

Təqdimatdan öncə tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib.

Təqdimat dövlət himninin səslənməsi ilə başlayıb.

Layihə rəhbəri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib ki, filmin çəkilməsində əsas məqsəd gənc nəslə Qarabağ müharibəsi barədə məlumat vermək və Kəlbəcərin 60 000 min dinc əhalisini erməni daşnakları tərəfindən təkrarlana biləcək soyqırımı təhlükəsindən xilas edərək canlarını qurban verən 450 nəfərədək Azərbaycan oğlunun adını əbədiləşdirməkdir.

Tizerdə canlandırılan hadisələr 1993-cü ilin mart-aprel aylarında Kəlbəcərdə baş verib.

Filmin tizerinin rejissoru Samir Kərimoğlu, operator Anar Dadaşov, rəssam Səbuhi Atababayev, aktyorlar Murad Abdullayev, Qorqud Cəfərov, Nuranə Nəcəfova filimlə bağlı öz təəssüratlarını bölüşüblər.

Daha sonra “Aprel” bədii filminin tizeri nümayiş olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar