Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Apple iPhone 13 modellərinin qutularında kiçik dəyişiklik edib

Keçən il Apple şirkəti iPhone 12 modellərinin qutularında şarj cihazını ləğv etməklə böyük səs-küyə səbəb olmuşdu. Yeni iPhone 13 smartfonlarının təqdimatlarından sonra onların qutuları barəsində maraqlı fakt ortaya çıxıb. Belə ki, bu dəfə yeni smartfonların məhz qutuları bir dəyişikliyə məruz qalıblar. İnternetdə ortaya çıxmış fotolara əsasən iPhone 13 modellərinin qutularının səth hissələri daha şəffaf örtük ilə əhatə olunmur. Onun yerinə şirkət qutulara kağız materialdan hazırlanmış xüsusi qoruyucu möhür qoyub.

Bu möhür isə öz növbəsində qutunun daha öncədən açılıb-açılmadığını müəyyənləşdirməyə imkan verəcək. Belə ki, kağız materialdan hazırlanmış möhürü zədələmədən qutunu açmaq mümkün deyil. Apple şirkətinin rəsmi saytında bu cür qərar ətraf mühitin qorunması ilə əlaqələndirilib. Şirkətin verdiyi məlumata əsasən qutularda şəffaf örtükdən istifadənin ləğv edilməsi 600 ton plastik materialdan istifadəni lazımsız edə bilər. Qeyd etmək lazımdır ki, Apple şirkəti 2025-ci ilə kimi öz məhsullarının qablaşdırılmalarında plastik materialdan ümumiyyətlə imtina etməyi planlaşdırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar