Bazar, 19 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Apple gələn il 5G texnologiyalı iPhone-lar təqdim edəcək

"Apple"ın 2020-ci ildə "iPhone" modelləri haqqında iddialar ortaya çıxmağa başlayıb...

PİA.az ted.az-a istinadən bildirir ki, "Apple"ın gələn 4 fərqli "iPhone" modeli ilə qarşımıza çıxacağı iddia edilir. Bundan başqa, "iPhone 12" seriyasının xüsusiyyətləri haqqında da bəzi ipucları ortaya çıxıb.

"JPMorgan"ın analitiki Samik Chatterjee tərəfindən irəli sürülən iddialara görə, "Apple"ın 2020-ci ildə təqdim edəcəyi 4 modelin hər biri 5G texnologiyasına və OLED ekranlara sahib olacaq. Yəni "Apple" "iPhone 11" modelində istifadə etdiyi LCD ekranı növbəti "iPhone"ların heç birində yararlanmayacaq.

Analitikin iddiasına görə, "Apple"ın gələn il təqdi medəcəyi modellərdən 2-si çox bahalı olacaq. Digər 2-si isə uyğun qiymətlə təqdim ediləcək. Bahalı modellerin ekran ölçülərinin 6,1 və 6,7 düym olması gözləntilər arasındadır. Digər modellerin ekranının 5,4, 6,1 düym olacağı deyilir.

Bahalı modellərdə, həmçinin 3D kamera texnologiyası yer alacaq. Digər "iPhone"larda isə ikili arxa kamera dizaynına sadiq qalınacaq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: "Apple"


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay