Cümə axşamı, 14 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

APOEL – “Qarabağ” oyununa start verilib

APOEL – “Qarabağ” oyunu başladı...

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirir.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşürlər. İlk üç oyunda 4 xal qazanan təmsilçimiz rəqibi ilə Nikosiyanın GSP stadionunda üz-üzə gəlir. 2 həftə öncə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşan komandalar həmin matçda qalibi müəyyənləşdirməmişdilər – 2:2.
Mövsümdə 4-cü dəfə bu rəqiblə üz-üzə gələn “Qarabağ” Çempionlar Liqasında Nikosiyada qələbə qazanıb. Qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində ağdamlıları APOEL mübarizədən kənarlaşdırmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan “Qarabağ” evdə 2 cavabsız qolla azarkeşlərini üzmüşdü.

Qeyd edək ki, A qrupunun digər oyununda “Sevilya” “Düdelanj”ın qonağı olacaq.

Avropa Liqası
Qrup mərhələsi
IV tur, A qrupu
7 noyabr
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Manuel Şuttenqruber (Avstriya)
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joajinyo, 29. Praxitelis Vouros, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 11. Musa Suleyman, 30. Giorqos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacıyev, 23. Faysel Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
Nikosiya. GSP stadionu

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: APOEL Qarabağ

Şərh yazın.

loading...

Ən çox oxunanalar