Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antinarkotik əməliyyatından sensasion xəbər


Ölkəyə psixotrop preparatlar gətirənlərin həbsi haqda yeni məlumatlar

Həbs olunan uyuşdurucu qaçaqmalçılarından birinin Prezident Administrasiyasının məsul işçisi, Füzulinin polis rəisi və Sumqayıtın ən böyük xəstəxanasının müdiri ilə əlaqələri üzə çıxdı.

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin(BMCMİ) bir neçə gün əvvəl keçirdiyi antinarkotik əməliyyatı ilə bağlı sensasion məlumat almışıq.

Məlum olduğu kimi, keçirilən əməliyyat zamanı Gədəbəy rayon sakini, 36 yaşlı Elman Qarayev və Füzuli rayon sakini, 32 yaşlı Sahib Xudiyev tutulublar.

Əməliyyatla bağlı yayılan rəsmi məlumatda bu şəxslərdən külli miqdarda uyuşdurucu maddə götürüldüyü bildirilir. Rəsmi məlumatlarda yer almayan məqam isə saxlanılan S.Xudiyevin əlaqələri haqdadır.

“Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, saxlanılan S.Xudiyevin qardaşı Rahib Xudiyev Prezident Administrasiyasının məsul şəxslərindən birinin (onun adı redaksiyamıza məlumdur, amma hadisəyə birbaşa dəxli olmadığı üçün məxfi saxlayırıq - red.) bağında bağban işləyir. S. Xudiyevin bacısının həyat yoldaşı isə Füzuli Rayon Polis İdarəsinin rəisi Kamandar Əsədovdur. Saxlanılanın dayısı Vaqif Qəhrəmanov isə bir neçə il əvvələ qədər Sumqayıt səhiyyə şöbəsinin müdiri olub, hazırda isə Sumqayıt Şəhər 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimidir. Aldığımız məlumatda deyilir ki, S.Xudiyevin narkotik maddələrə marağı onun ailəsinin dağılmasına da səbəb olub.

Qeyd edək ki, yayılan rəsmi məlumatda BMCMİ-nin qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik və psixotrop tərkibli preparatları gətirən və apteklərdə qanunsuz satışını təşkil edən şəxslərin zərərsizləşdirdiyi bildirilirdi. E.Qarayev və S.Xudiyev 180 ədəd “Tropin” preparatını 1500 manata satarkən ələ keçirilib. Araşdırmalarla müəyyən edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkədə satışı qadağan edilmiş “Tropin” preparatını Elman Qarayev bir müddət əvvəl İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirib.



Prezident Administrasiyasının məsul şəxslərindən birinin (onun adı redaksiyamıza məlumdur, amma hadisəyə birbaşa dəxli olmadığı üçün məxfi saxlayırıq - red.) bağında bağban işləyir. S. Xudiyevin bacısının həyat yoldaşı isə Füzuli Rayon Polis İdarəsinin rəisi Kamandar Əsədovdur. Saxlanılanın dayısı Vaqif Qəhrəmanov isə bir neçə il əvvələ qədər Sumqayıt səhiyyə şöbəsinin müdiri olub, hazırda isə Sumqayıt Şəhər 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimidir. Aldığımız məlumatda deyilir ki, S.Xudiyevin narkotik maddələrə marağı onun ailəsinin dağılmasına da səbəb olub. Qeyd edək ki, yayılan rəsmi məlumatda BMCMİ-nin qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik və psixotrop tərkibli preparatları gətirən və apteklərdə qanunsuz satışını təşkil edən şəxslərin zərərsizləşdirdiyi bildirilirdi. E.Qarayev və S.Xudiyev 180 ədəd “Tropin” preparatını 1500 manata satarkən ələ keçirilib. Araşdırmalarla müəyyən edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkədə satışı qadağan edilmiş “Tropin” preparatını Elman Qarayev bir müddət əvvəl İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirib. Onlar güclü təsiredici tərkibə malik olan “Tropin”i Bakı şəhərində kirayədə yaşadıqları evdə gizlədiblər. Əməliyyatçılar evə baxış keçirən zaman əlavə olaraq xeyli sayda “Tropin” aşkarlayaraq götürüblər. Saxlanılan şəxs Elman Qarayev ifadəsində bildirib ki, izi itirmək üçün narkotiki şprislə “Naftizin” flakonlarına qablaşdıraraq satmaq üçün tanışı Sahib Xudiyevə verib. S.Xudiyev isə öz növbəsində insan həyatı üçün xüsusilə təhlükəli olan və narkotik maddə aludəçiləri tərəfindən damara yeritmə yolu ilə qəbul edilən preparatları müxtəlif apteklərdə baha qiymətə satdırıb. Faktla bağlı cinayət işi başlanıb. İstintaqın saxlanılanlarla yazıda adları çəkilən dövlət məmurlarının arasındakı əlaqələri nə şəkildə istifadə etdiyi barədə məlumatımız yoxdur. İstirahət günü olduğu üçün yazıda adı hallanan şəxslərin mövqeyini öyrənə bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq.">









Onlar güclü təsiredici tərkibə malik olan “Tropin”i Bakı şəhərində kirayədə yaşadıqları evdə gizlədiblər.

Əməliyyatçılar evə baxış keçirən zaman əlavə olaraq xeyli sayda “Tropin” aşkarlayaraq götürüblər. Saxlanılan şəxs Elman Qarayev ifadəsində bildirib ki, izi itirmək üçün narkotiki şprislə “Naftizin” flakonlarına qablaşdıraraq satmaq üçün tanışı Sahib Xudiyevə verib.






















S.Xudiyev isə öz növbəsində insan həyatı üçün xüsusilə təhlükəli olan və narkotik maddə aludəçiləri tərəfindən damara yeritmə yolu ilə qəbul edilən preparatları müxtəlif apteklərdə baha qiymətə satdırıb. Faktla bağlı cinayət işi başlanıb. İstintaqın saxlanılanlarla yazıda adları çəkilən dövlət məmurlarının arasındakı əlaqələri nə şəkildə istifadə etdiyi barədə məlumatımız yoxdur.

İstirahət günü olduğu üçün yazıda adı hallanan şəxslərin mövqeyini öyrənə bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar