Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antibiotiklərin nizamsız istifadəsinin fəsadları - Həkim rəyi

"Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların 20 faizi xəstəliyi ağır, 5 faizi kritik, əksər hissəsi isə simptomsuz, yüngül və orta ağır keçirirlər. Xəstələrin 1,3 faizində ölüm halları müşahidə edilir".

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist xəstəliyin yayılma səbəbləri barədə danışaraq qeyd edib ki, kəskin respirator virus infeksiyası fəsillə əlaqədardır, soyuq hava şəraitində, xüsusilə payız-qış aylarında ona yoluxanların sayında artım baş verir:

"Yeni növ koronavirus infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən martda elan olunduğunu nəzərə alsaq, onun yayılmasının bir ili tamam olmayıb. Ona görə də xəstəliyin mövsümü xarakter daşıyıb-daşımadığını demək hələ tezdir. Bunun üçün müəyyən vaxt ötəndən sonra aparılan araşdırmalar nəticəsində müəyyən qənaətə gəlmək olar. Havalar soyuyanda insanlar daha çox qapalı məkanlarda toplaşırlar. Təbii ki, belə şəraitdə daha çox təmaslar olur, həmin məkanlarda havalandırma olmur, nəfəsliklər açılmır. Bu səbəblər də infeksiyanın artmasında başlıca rol oynayır”.

T.Eyvazov söyləyib ki, orqanizmin normal fəaliyyəti və maddələr mübadiləsinin gedişi üçün müxtəlif miqdarda vitamin və minerallar tələb olunur:

"Onların çatışmadığı təqdirdə orqanizm normal fəaliyyət göstərə bilməz. Həkimlər daha çox balanslaşdırılmış miqdarda olan polivitaminlərin qəbul edilməsini üstün tuturlar. Xəstələrin iki halda onu qəbul etməsi məsləhət bilinir. Birincisi, xarici səbəblərdir, məsələn, deyək ki, qış fəslidir və xəstənin həmin vitaminlərlə qidalanmaq imkanı yoxdursa və yaxud xəstə meyvə-tərəvəzlə qidalanmağı xoşalmırsa, həmin halda məsləhət görürük. İkincisi, daxili səbəblərdir, yəni kifayət qədər vitamin qəbul olunur, amma orqanizmdə mənimsənilmir. Bu, əsasən mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri zamanı baş verir. Bağırsaqda müəyyən mikroflora var və onun pozulması bir sıra vitaminlərin sintezində problemlər yaradır. Antibiotiklərin nizamsız və qeyri-düzgün istifadəsi mikrofloranı zədələyir və mübadilə prosesinin pozulmasına səbəb olur. Belə xəstəliklər olanda xəstəyə daha artıq miqdarda vitamin vurulur ki, onların sorulmasına kömək etsin".

Həkimin sözlərinə görə, immunitet sistemi ilboyu eyni qüvvədə qalmır:

"Yaz və payız aylarında xroniki xəstəliklərin kəskinləşdiyi bir faktdır və bu, həm də immun sistemindəki dəyişikliklərlə əlaqədardır. İmmun sisteminin qidalanma ilə tənzimlənməsi düzgün yoldur, çünki möhkəm immunitet sistemi xarici patogenlərlə mübarizədə daha yaxşı reaksiya göstərir və yoluxma sayının azalmasında rol oynaya bilər. Lakin yalnız bu faktorla məsələ həll olunmur, digər faktorlar da var. İmmunitetin möhkəm olması üçün qidalanmadan başqa stressdən uzaq olmaq, normal yuxu və fiziki aktivlik də əsas şərtdir. Bunlar kompleks halda immuniteti yüksəldə bilər, yəni immunitet nə qədər adekvatdırsa, yoluxma sayı da o qədər azala bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar