Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ansi Aqolli: "Qarabağ"ın ritmini tutmaq asan deyil"

"Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda oynayan albaniyalı müdafiəçi Ansi Aqollinin müsahibəsi...

Müəyyən müddətdir ölkəmizdən ayrılmısız. Azərbaycan futbolunu hələ də izləyirsiniz?

- Premyer Liqanı həmişə diqqətdə saxlayıram. Halbuki ABŞAzərbaycan arasında saat fərqi böyükdür. Lakin istənilən halda, "Qarabağ"ın çempionatdakı hər oyununu izləyirəm. Futbolda heç vaxt heç nə asan olmur. Bu mövsüm də "Qarabağ" çox möhkəm komandadır. Onlar hələ də liqada dominantlıq edirlər. Bu da sevindirici haldır.

- Onda "Qarabağ"ı çempionatda lider kimi görmək yəqin sizin üçün təəccüblü deyil. Necə düşünürsünüz, sabiq komandanızı cari mövsümdə də çempionu saymaq olar?

- Məncə, hər kəs "Qarabağ"ın bu mövsüm də çempion olacağını düşünür. Lakin futbolda hər şey ola bilər. "Qarabağ" üçün əsas məsələ stabil olmalarıdır.

- Ağdam təmsilçisi son altı mövsümün qızıl medalçısıdır. Sizcə, onların hegemonluğunun sirri nədədir?

- "Qarabağ"ın ritmini tutmaq asan məsələ deyil, burada bir çox amillər var. Baş məşqçi Qurban Qurbanov komandanın daxilində qalib təfəkkürü yaradıb. İkincisi, kollektivdə gözəl nizam-intizam var. Həmçinin, Qurban Qurbanovun böyük səbir və çalışqanlığı sayəsində qurduğu sistem var. Bu sıraya futbolçuları əlavə edərdim. Bu komandada 6-7 oyunçu var ki, ardıcıl çempionluqlar qazanıblar. Onlar həm ölkə daxilində, həm də xaricdəki oyunlarda böyük təcrübə də yığıblar. Üstəlik, "Qarabağ"ın heyətində liqada hər mövqe üzrə ən yaxşı oyunçular oynayır. Hətta ehtiyat oyunçular skamyası da güclülərdən ibarətdir. Bu da önəmlidir. Kluba dəstək də rol oynayır. Orada mükəmməl insanlar çalışır. “Qarabağ”ın sahibindən tutmuş idman direktoru, menecer, klubda hər kəsi qeyd edərdim. Hamısı da komanda üçün var qüvvəsi ilə çalışan məşqçilərə dəstəkdir. Bütün bunlar onların çox güclü olmasına gətirib çıxarır və digər klubların "Qarabağ"a meydan oxumasına imkan vermir.

- "Qarabağ" və Azərbaycan futbolu üçün darıxdığınız vaxtlar olur?

- Həm "Qarabağ", həm də Azərbaycan üçün darıxıram. Həyatımın ən yaxşı vaxtlarından müəyyən hissəsini ölkənizdə yaxşı insanlarla keçirmişəm. Komanda, klubda çalışdığım insanlar və Qurban Qurbanov üçün darıxıram. "Qarabağ" hər zaman ürəyimdədir və ömürboyu da belə qalacaq.

- Sizdən sonra "Qarabağ"da uzun illər oynamış Riçard Almeyda və Dani Kintana da komandanı tərk etdilər. Onların gedişi Azərbaycan çempionunun oyununa nə dərəcədə təsir göstərəcək?

- Riçard və Daninin "Qarabağ"dan ayrılması yaxşı xəbər deyildi. Hər ikisi uzun illər bu komanda üçün oynadılar və onların gedişilə razılaşmaq asan deyil. Amma özləri belə bir qərara gəldiyindən bu haqda yaxşı və ya pis nəsə deyə bilmərəm. Həm Riçarda, həm də Daniyə hər zaman uğurlu karyera arzulayıram.

- Azərbaycan milli komandasının forvardı Rüfət Dadaşov ABŞ-ın "Finiks Rizinq" klubuna keçib. O, ABŞ-da uğurlu çıxış edə bilər?

- Rüfəti tanıyıram, o, istedadlıdır. ABŞ-a gəldiyinə görə də şadam. Burada futbol hər il inkişaf edir, Rüfətə də inkişaf üçün şans yaranıb. Burada uzun illər qalmasını istəyərdim. Daima oynaması üçün yaxşı durumda olmalıdır və məncə, o, bu şansı dəyərləndirəcək. Burada daima meydanda olması Azərbaycan millisi üçün də yaxşıdır.(apasport)

pia.az


Etiket: Ansi Aqolli


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Toylarla bağlı mühüm açıqlama: "Ramazan bayramından sonra.."

Oliqarx məmur Kəmaləddin Heydərovun ailə biznesinə yaxın şirkətlər ləğv edilir

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

“Mən də insan idim…” – Əli Həsənov günahını yumağa başladı

“Bizə deyirdilər ki, Ramiz Mehdiyevdən başqa kimi istəyirsiniz söyün” - Hafiz Hacıyev

Vüqar Səfərlinin arxasınca kimlər gedəcək? – Növbəsini gözləyənlər...

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

Rafiq Aslanov su və melorasiya pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - Sənəd

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

loading...

Ən çox oxunanalar