Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANS-in “Qulp”u bağlanıb


ANS televiziyasında yayımlanan ən yaşlı verilişlərdən olan “Qulp” proqramı xeyli vaxtdır efirə çıxmır.


PİA.AZ xəbər verir ki, Modern.az saytı bunun səbəbini araşdırmağa çalışıb. ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müşaviri Mais Məmmədov verilişin bağlanmağının səbəbini vaxtının bitməsiylə əlaqələndirib: ““Qulp” verilişi artıq qocalıb. Mənim 70 neçə yaşım var. Mən indi 18, 19 yaşlı uşaq kimi oynaya bilmərəm. “Qulp” da onun kimi. Hər verilişin vaxtı, zamanı var. “Qulp” verilişi də vaxtı bitdiyinə görə artıq efirə getmir. Mübariz Əsgərovdan yeni bir layihə görüb-görməməyimiz ondan asılıdır. O müəllifdir. Qoy o bizə layihə versin, biz baxarıq. Hələ ki, yeni bir layihə təqdim etməyib”.

Qeyd edək ki, Modern.az saytı “Qulp”un daimi aparıcısı M. Əsgərovun da rəyini öyrənməyə cəhd edib. Lakin onunla əlaqə yaratmaq mümkün olmayıb.

Tanınmış telejurnalist Mübariz Əsgərovun məşhur telelayihəsi “Qulp” satirik verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı getmiş “Qulp” 1998-ci ildən indiyədək ANS TV-də yayımlanıb və telekanalın baxımlı verilişlərindən sayılıb. Veriliş cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxıb, bütün çatışmazlıqları cəmiyyətin özünə göstərib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar