Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Anlayan var bu işin məntiqini? Yəni, normal anlayan?”

Belə çıxır ki, dünyada elə ən ağıllı rəhbər Lukaşenko imiş?!..

Karantin rejiminin yumşaldılması və bunun Azərbaycandakı əks-sədası ilə bağlı müxtəlif fikirlər var. Real Partiyasının icra katibi Natiq Cəfərli mövcud durumla bağlı tərəddüdləri olduğunu bildirib.

Onun sözlərinə görə, hansı ölkənin ilk olaraq karantin tədbirlərinin məntiqsiz olduğunu etiraf edib öz vətəndaşlarından üzr istəyəcəyi sual yaradır:“Əgər bu virusun yayılma sürəti deyilən kimidirsə (hər yoluxan, azı 7-10 nəfərə virus yaydığı deyilir), o zaman indi karantin tədbirlərinin azaldılmasının mənası nədir?! Yəni, hər bir şəhərdə (bölgədə) 10 nəfər (lap az say götürək) virus daşıyıcısı qalacaqsa və karantin olmayacaqsa, həndəsi silsilə ilə həmin şəhərdə (və ya bölgədə) 1 aydan sonra hamı yoluxacaq axı?! Yaxşı, belədirsə nədən karantin hər yerdə ləğv edilir?! Yox, virusla yaşamaq mümkün idisə nədən karantin tədbirləri ilə dünya iqtisadiyyatını pis günə qoydular, nə səbəbə karantin rejiminə keçdilər?!”

N.Cəfərlinin sözlərinə görə, 2 ay öncə bütün dünyada karantininin tətbiq edilməsinin səbəbləri olub. Bu, xəstə sayının sürətlə artmamasına və səhiyyə sisteminin gərginlikdən qurtulmasına, reanimasiyada yerlərin tez dolmamasına hesablanmışdı: “Bunu anladıq, bəs axı indi də virus yerində, dərmanı yox, vaksini yox, xəstə sayı da çox – indi o zaman nədən karantin hər yerdə yumşaldılır?! Bu işin məntiqi nədir bəs o zaman?! Dolamısız insanları?! Düşündükcə daha çox cavabsız sullar yaranır, bəlkə mən nəyisə doğru anlamıram?! Anlayan var bu işin məntiqini?! Yəni, normal anlayan, Mason, çip zad söhbətini salmadan anlayan, anlada bilən varmı?! Belə çıxır ki, dünyada elə ən ağıllı rəhbər Lukaşenko imiş?!”(musavat.com)

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar