Bazar ertəsi, 17 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ankaranın “Mavi Vətən” təlimləri ilə verdiyi mesaj

Türkiyə üç dənizdə nəyə qadir olduğunu göstərdi

Şöhrə Pulab

“Diplomasi İrani”, 14.03.2019

Fevralın 27-də başlamış “Mavi Vətən” adlı Türkiyə tarixində ən böyük dəniz təlimləri martın 8-dək davam edib. Türk ordusu, eyni zamanda, üç – Qara, Egey və Aralıq dənizi hövzələrində döyüş qabiliyyətini sərgiləyib.

Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Yanki Bağcıoğlunun sözlərinə görə, təlimin məqsədi dəniz donanmasının hazırlığının və potensialının artırılması, habrlə donanmanın NATO və beynəlxalq missiyalarda Türkiyənin təmsil olunmasına kömək etməsi idi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı İmperatorluğunun mülkü olmuş ərazilər və sularda Türkiyənin maraqlarını bərqərar etməyə çalışır. Bu yanaşma Türkiyənin regional gücə sahib olma qabiliyyətinin və beynəlxalq siyasətdə Türk milli maraqlarının inkişaf etdirilməsinə yönəlib.

Mövzuya üç perspektivdən baxılmalıdır.

Birincisi, bu, güc nümayişi Türkiyənin siyasi coğrafiyasının gələcək dəyişməsi proqnozunu göstərir.

Yaxın Şərq, Qafqaz və Avropanın – üç strateji bölgəninin kəsişməsində yerləşən ölkənin nadir geosiyasi mövqeyi regional və beynəlxalq iştirak üçün yaxşı bir potensialı təmin edir. Ölkənin unikal coğafi mövqeyi Avropa, ABŞ və NATO-nun müdafiə siyasətində xüsusi mövqeyi təmin etməklə, onu regional gücə çevirir.

Asiya və Avropa qitələrinin qovşağı olan Türkiyə şimalda Qara dənizlə, Qərbdə Egey və Cənubda Aralıq dənizi iə əhatə olunub. 8.484 kilometrlik hüdud ona bu dənizlərdə geosiyasi hüquqla yanaşı, güclü hərbi dəniz donanması yaratmaq imkanı verir.

Dünya dəniz gücünün, keçmişdə olduğu kimi, indi də əhəmiyyətli olduğunu və gələcəkdə də ölkələr arasındakı əlaqələrdə mövqeyini saxlayacağını qəbul edir. XVI əsrdə türk ordusunun admiralı Barbaros Hayrettininin təbirincə, “dənizləri idarə edən dünyaya hakim olacaq”.

İkincisi, Türk donanması enerji ilə bağlı geosiyasi rəqabətdə öz rolundan faydalanmaq və enerji istehsalı, nəql marşrutları üçün məsuliyyəti üzərinə götürməyə imkan yaradır. Enerji istehsal edən ölkələr, dünya neft-qaz ehtiyatlarının böyük hissəsi və Avropa ölkələri ehtiyaclarının 75%-dən çoxu ilə qonşuluq Türkiyəyə enerji marşrutlarının qurulması və onlrın təhlükəsizliyini təmin etməklə bağlı imtiyazlı mövqedən istifadə etmək zəruriliyini vurğulayır.

Buna görə də, bu unikal rolu gücləndirərək, o, Şərq-Qərb və Cənub-Şimal arasındakı enerji dəhlizlərində öz mövqeyini yaxşılaşdıraraq, enerji strategiyasını inkişaf etdirməyə çalışır.

Qeyd edək ki, 2006-cı ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi ilə Şərqi Aralıq dənizində Türk donanması təhlükəsizlik missiyasını gücləndirib.

Türkiyə, bir tərəfdən, Yaxın Şərq və Xəzər dənizində əsas neft istehsal edən bölgələr və Avropanın istehlak bazarları arasında təbii körpüdür. Ankara, regional enerji əməkdaşlığı layihələri, habelə ABŞ-la strateji əməkdaşlıq, regional və transatlantik geosiyasi razılaşmalar sayəsində Avropa İttifaqına daxil olmaq üçün daha yaxşı perspektivlər yarada bilər.

Rusiya və Xəzər neftinin Bosfor boğazı və Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə beynəlxalq bazarlara çatdırılması ilə Türkiyənin enerji tranzitçisi rolu, Qafqazda və Mərkəzi Asiyada siyasi-hərbi fikir ayrılıqları nəzərə alınmaqla, Moskva ilə Ankara arasındakı münasibətləri yaxşılaşdıra da bilər.

Üçüncüsü, son təlimlər Türkiyənin müdafiə sənayesinin yüksəliş tendensiyası ilə ölkənin milli sularının və investisiyaların qorunması üçün hərbi dəniz imkanlarını və bacarığını nümayiş etdirir.

Şərq Aralıq dənizi bölgəsində yeni təbii qaz və neft yataqlarının kəşfi təkcə Türkiyənin enerji təhlükəsizliyinə təsir etmir, həm də regionda əhəmiyyətli ehtiyatların aşkar ediləcəyi təqdirdə, aktiv qazma işləri başlandıqda, böyük sərmayələr və xarici şirkətlərlə əməkdaşlığı ehtiva edir. Bu halda regional sabitlik düsru da dəyişəcək.

Türkiyənin narahatlığına səbəb Kipr sahillərində böyük qaz yatağının aşkarlanması və Şərqi Aralıq dənizinin bu ada dövlətinin sularında daha çox kəşfiyyat işlərinin aparılması və Avropanın gələcək enerji tədarükçüsü olacağıdır. Ankara milli sularına yaxın ərazidə kəşfiyyat işləri ilə öz hüquqlarının pozduğunu iddia edir.

Türkiyə Cümhuriyyətinin qurulmasının ilk illərində hərbi dəniz qüvvələri 48 tonnajlı 23 gəmiyə malik və onların ən böyüyü 20.400 tonnajlı “Yavuz” döyüş gəmisi idi. Lakin bu gün 260 min tonnajlı 150-dən çox gəmisi var. İstanbul, İzmir və Gülçük limanları, gəmiqayırma zavodları Türk donanmasının müdafiə aspektinə verdiyi əhəmiyyətə işarə edir.

Rusiya ilə sıx əlaqələrə baxmayaraq, 24 noyabr 2015-ci ildə Suriya ilə sərhəddə “Suxoy” təyyarəsinin vurulmasından sonra Ankara Qara dənizdə varlığını gücləndirməyə çalışır. Rusiyanın Qara dəniz, o cümlədən ilhaq edilən Krımla birlikdə, dəniz strategiyasını, əhəmiyyətli dəniz sahələrini genişləndirməsi və NATO ilə sərhəddə iqtisadi zonasını 200 km böyütməsi Ankaranı Rusiya ilə rəqabətdə sürətli patrul gəmiləri və s. ilə donanmanı modernləşdirməyə sövq edib.

Aralıq dənizində isə Türk hərbi imkanlarının yüksəlişi qonşularına qarşı təhdid və təcavüzkar bir siyasət şübhəsi yaradır.

Yunanıstanla Aralıq dənizindəki fikir ayrılıqları, Kipr sahillərində neft-qaz ehtiyatları ilə bağlı alaşılmazlıqlar iki ölkə arasındakı sərhədi müəyyənləşirən Lozann müqaviləsini ətrafında mübahisələri artırır. Yunanıstan ABŞ və ya Rusiya ilə yeni ittifaqlar axtarır. Ərdoğan Yunanıstanın nəfinə olan 1920-ci illərin Sevr və Lozann müqavilələrini Türkiyə düşmənlərinin zorakı qəbul etirdiyi razılaşmalar və Egey dənizindəki adaları Türkiyənin sahilləri sayır.

Ümumən, Türkiyənin geostrateji və geosiyasi mövqeyinu vurğulamaqla, hərbi dəniz qüvvələri və son “Mavi Vətən” təlimləri mühüm məqamlarda ölkəni hərbi gücünün nəyə qadir olduğunu nümayiş etdirməyə hesablanıb.

Enerji marşrutları da daxil olmaqla, Türkiyənin regional gücünü artırma qabiliyyəti və gələcək illərdə Türkiyəni imkanlarını təmin etmək üçün də bu, yaxşı fürsətdir.(Tərcümə: Strateq.az)

pia.az

Etiket:

Şərh yazın.

loading...