Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada üçtərəfli görüşü keçirilib

Okytabrın 18-də Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitə sədrlərinin Türkiyə Böyük Millət Məclisində (TBMM) üçtərəfli görüşü keçirilib.

APA-nın yerli bürosunun TBMM-nin mətbuat xidmətinə istinadən xəbərinə görə, Türkiyə Parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıç Azərbaycan Milli Məclisinin Xarici Əlaqələr və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.

Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin bu il 6-cı iclasının keçirildiyini bildirən Akif Çağatay Kılıç bu toplantıların region üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli görüş keçirildiyini xatırladan Səməd Seyidov da Türkiyə, Azərbaycan və Gürcüstan birliyinin regionda vacibliyini vurğulayıb.

"Hazırda dost və qardaş ölkələr arasında Gürcüstanın da olması böyük şərəfdir", deyə Səməd Seyidov bildirib.

Nikoloz Samxaradze isə Gürcüstanın xarici siyasətində ən vacib məsələnin Türkiyə və Azərbaycanla əlaqələrin dərinləşdirilməsi olduğunu diqqətə çatdırıb: "Bu iki ölkə ilə bağlılığımız yalnız tarixi əlaqələrlə məhdudlaşmır, həm də birlikdə regional iqtisadi və infrastruktur layihələr həyata keçiririk".

Qeyd edək ki, bu gün Türkiyə, Azərbaycan və Gürcüstan xarici əlaqələr komitələrinin nümayəndə heyətlərinin birgə iclası olacaq.

Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Sonda mətbuat konfransı keçiriləcək.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə azərbaycanlı deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyev daxildir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar