Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ankarada Suriya zirvə görüşü: Ziddiyyətli mövqelər ortadan qaldırıldı?

Suriyada ABŞ-Türkiyə və Türkiyə-Rusiya-İran əməkdaşlıqlarının hansı kəsişən və ayrılan nöqtələri var?..

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri: “Bu görüşdə əsas məsələ odur ki, Ərdoğan terrorçuların Fəratın şərq sahilindən çəkilməsi üçün iki həftə vaxt verdi. Terrorçular çəkilməyəcəyi halda hərbi əməliyyatlar başlanacaq”.

“Əgər Türkiyə ilə Rusiya Suriya məsələsində bir-birlərinə güzəşt mövqelərini davam etdirsələr Suriyada sülh bərqərar ola bilər”.

Bu sözləri politoloq Əhəd Məmmədli Ankarada Türkiyə, Rusiyaİran dövlət başçılarının görüşünü və əldə edilən nəticəni PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Türkiyə, Rusiyaİran dövlət başçılarının Ankarada Çankaya kompleksində Suriya Zirvə görüşü keçirilib.

Suriya mövzusunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 2017-ci ildən bəri keçirilən beşinci ən yüksək Zirvə görüşüdür. Astana formatında keçirilən bu Zirvə görüşünün məqsədi Türkiyənin təhlükəsizliyini təmin etmək və Suriya vətəndaşlarının dinc şəraitdə yaşamalarına imkan yaratmaqdır.

Eyni zamanda Ərdoğan bildirib ki, indiyədək zirvə toplantısı önəmli işlərə imza atıb və problemin həlli üçün qarşılıqlı razılaşma əldə etməklə bağlı 3 ölkə arasında əməkdaşlığın güclənməsinə ehtiyac var: “Suriyada sülhü bərqərar etmək üçün daha çox məsuliyyət daşımalıyıq. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunması, ərazidə sülhün qorunması və münaqişənin daimi siyasi həlli ilə bağlı tam razılığımız var. Astana platforması Suriyadakı təhlükəni aradan qaldıracaq yeganə təşəbbüsdür. İnanıram ki, Ankara Zirvəsi Astana platformasını daha da qüvvətləndirəcək. Ölkəmiz ən çətin dövrlərdə Suriya xalqının yanında olub və yenə də olacaq”.

İran Prezidenti Həsən Ruhani qeyd edib ki, İran, Rusiya və Türkiyə olaraq 3 ölkənin ən əhəmiyyətli gündəmi Suriya böhranının sülh yolu ilə həll edilməsidir: “Qaçqınların torpaqlarına geri dönməsi, humanitar dəstəklərin artırılması və Suriyanın yenidən bərpası istiqamətində təşəbbüsləri qiymətləndiririk. Suriya böhranı yalnız siyasi yolla həll edilməlidir. ABŞ verdiyi sözə əməl etməli və qoşunlarını geri çəkməlidir”.

Rusiya Prezidenti Vladimir Putin də Astana platformasının Suriya probleminin həllində ən önəmli sənəd olduğunu deyib. Görüşün əhəmiyyətindən bəhs edən Vladimir Putin qeyd edib ki, hər 3 ölkənin birgə səyləri nəticəsində Suriya əraisində sabitliyə cəhdlər olur və bölgədə zorakılıq səviyyəsi aşağı enib:

Suriyada sülh şəraiti yaratmaq böyük əhəmiyyət kəsb edir. İnanıram ki, razılaşmamız daimi bir həll yoluna töhfə verəcək”.

Bu görüş İdlibdəki qarşıdurmaları və ziddiyyətli mövqeləri ortadan qaldıra bildimi? Həmçinin bildiyimiz kimi Türkiyə Suriyada eyni zamanda ABŞ-la da birgə əməliyyatlar keçirməyə başlayıb. Suriyada ABŞ-Türkiyə və Türkiyə-Rusiya-İran əməkdaşlıqlarının hansı kəsişən və ayrılan nöqtələri var? Hazırda Türkiyənin Suriya siyasətini və manevrlərini nə qədər uğurlu hesab etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Görüşdə Türkiyə-Rusiya-İran Suriyanın ərazi bütövlüyü məsələsində eyni mövqedə dayandılar”.

Rusiya mətbuatından fərqli olaraq İran mətbuatında bu zirvənin ciddi təbliğ olunmadığına diqqət çəkən politoloq PİA.az-a açıqlamasında bildirib ki, İranda mühafizəkar-radikal qruplar hələ də İranın bu məsələdə gəldiyi nəticələrdən, əldə olunan razılaşmalardan Tehrana düşən paydan razı deyillər:

“Bu görüşdə əsas məsələ odur ki, Ərdoğan terrorçuların Fəratın Şərq bölgəsindən çəkilməsinə iki həftə vaxt verdi. Terrorçular çəkilməyəcəyi halda orada hərbi əməliyyatlar başlanacaq. Bu Türkiyənin ABŞ-a verdiyi mesaj idi ki, ən azından Telabriyatdan başlayaraq Asakiyə qədər olan ərazilər terrorçulardan təmizlənməlidir və Türkiyənin sərhədlərində təhlükəsizlik təmin edilməlidir.

Həmçinin bu görüşdə Türkiyənin Rusiyaya da mesajı oldu. Türkiyə bildirdi ki, əgər İdlibdə Türkiyənin hərbi məntəqələrinin təhlükəsizlikləri təmin edilməyəcəksə, Türkiyə özü İdlibdə birtərəfli şəkildə təhlükəsizliyini təmin edəcək. Rusiyanın da Türkiyəyə mesajı o oldu ki, İdlibdə terrorçular tam təmizlənməlidir. Bu mövqelər də toqquşan mövqe oldu.

Əhəd Məmmədli: “İranda mühafizəkar-radikal qrupların Ruhaniyə qarşı təzyiqləri artacaq”.

Ümumillikdə ölkələrin bir-birlərinə barışdırıcı, yaxınlaşdırıcı mövqeləri daha çox oldu. Məsələn Türkiyə-Rusiya-İran Suriyanın ərazi bütövlüyü məsələsində eyni mövqedə dayandılar. Bildirdilər ki, Suriya parçalanmamalıdır, bölünməməlidir. Həmçinin Putin yenidən Ərdoğanı Rusiyaya dəvət etdi və Putin Quran ayəsindən Ərdoğana birlik mesaji verdi. Bu da diqqət çəkən məqam oldu.

Qeyd edim ki, Rusiya mətbuatından fərqli olaraq İran mətbuatında bu görüş ciddi təbliğ olunmadı. Bu da onu göstərir ki, İranda mühafizəkar-radikal qruplar hələ də İranın bu məsələdə gəldiyi nəticələrdən, əldə olunan razılaşmalardan İrana düşən paydan razı deyillər. Onlar hesab edirlər ki, İran Suriyada daha çox söz sahibi olmalıdır. Ola bilsin ki, həmin mühafizəkar-radikal qrupların Ruhaniyə qarşı təzyiqləri artacaq.

Mən üç liderlərin görüşünü yaxşı hal kimi qiymətləndirirəm. Hesab edirəm ki, əgər Türkiyə ilə Rusiya Suriya məsələsində bir-birlərinə güzəşt mövqelərini davam etdirsələr Suriyada sülh bərqərar ola bilər”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar