Bazar ertəsi, 06 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ankara NATO ilə sevgisini yeniləyir

Türkiyəyə dəstək vermədiyi halda, alyans yenidən düşmənə çevrilə bilər...

Mətin Gürcan

“Əl-Monitor”, 25.02.2020

Fevralın 18-də Türkiyə NATO-ya üzv olmasının 68-ci ildönümünü alyansa bağlılıq mesajları və kiçik tərif tədbirləri ilə qeyd edib, amma bu, hazırkı atmosferə uyğun olub.

Nə Ankara, nə də media keçən il ölkənin NATO-ya üzv olmasının 67-ci ildönümünə maraq göstərib. Yalnız Xarici İşlər Nazirliyi açıq bir bəyanat verib. Ümumiyyətlə, 2019-cu il əsasən hökumətyönlü mediada Türkiyənin ittifaqı tərk edib-etməyəcəyi ilə bağlı mübahisələrlə yadda qalıb.

Həqiqətən, 2019-cu ildə Türkiyə-NATO münasibətlərini pozan məsələlərin uzun bir siyahısı olub, o cümlədən:

– Ankaranın Vaşinqtonla əlaqələrində davam edən böhran rejimi və Avropa ölkələri ilə tez-tez mübahisələr;

–Türkiyənin 1984-cü ildən bəri terror təşkilatı sayılan Kürdüstan İşçi Partiyası (PKK) və onun bir uzantısı olaraq gördüyü YPG-yə qarşı Suriyanın şimal-şərqində “Sülh çeşməsi” əməliyyatına siyasi dəstək almaq təklifinə rədd cavabı;

– Ankaranın Baltikyanı ölkələr və Polşada NATO-nun iştirakına qoşulmaması;

– Türkiyənin Aralıq dənizinin şərqindəki gəmi diplomatiyası;

– Ankaranın Rusiyaya məxsus “S-400hava hücumundan müdafiə sistemlərini əldə etməsi, ardından hazırlıq sınaqları və ən son olaraq dekabr ayında sistemlərin Türkiyəyə gətirilməsi;

– Ötən ilin noyabr ayında Ankaranın Liviyada Tripoli mərkəzli hökumətlə dəniz demarkasiyası sazişini imzalaması və Qərb hökumətlərinin tənqidi;

– İncirlik hava bazası və Kürecik radar stansiyası kimi Türkiyədəki əsas hərbi obyektlərin NATO missiyasını nəzərdən keçirmək barədə Ankaranın təhdidləri;

–2016-cı il çevriliş cəhdində günahlandırılan Gülənçi şəbəkəyə bağlı və qaçaq türk zabitlərinə eksklüziv və sürətləndirilmiş prosedurlar vasitəsilə bəzi NATO üzvü ölkələrdə siyasi sığınacaq verilməsi;

NATO-nun bəzi mühüm iclaslarına Türkiyə rəsmilərinin buraxılmaması.

Bütün bu gərginliklər fonunda Türkiyənin hökumətyönlü mediası NATO-nu təhlükəsizlik üçün ən böyük təhdid kimi təsvir etməyə başlayıb. NATO Türkiyəni bölüşdürmək üçün hiylə hazırlamaqda və dövlət çevrilişinə cəhddə günahlandırılaraq nifrət obyektinə çevrilib.

Builki ildönümündə işlər tamamilə fərqli olub. Ankara və hökumətyönlü media NATO-nu yenidən kəşf edib. Yubiley “Twitter”-də ən çox geniş mövzuya çevrilən “Türkiyə NATO-dur, hamımız NATOyuq” devizi altında yüksək toplantılar, konfranslar və hökumətin dəstəklədiyi sosial media kampaniyası ilə qeyd olunub.

Bir sözlə, ötən il NATO-nu Türkiyəni milli maraqlarını inkişaf etdirmək üçün müstəqil şəkildə hərəkət etməsinə mane olan bir qandal kimi qələmə verənlər indi alyansın Türkiyəni Qərbin təhlükəsizlik blokuna bağlayan lövhə olmasından dəm vurublar.

Keçən ildən fərqli olaraq, bu dəfə NATO şövqü nə oyadıb? Ankaranın NATO-nun təhlükəsizlik tərəfdaşı kimi əhəmiyyətini xatırlatması üçün son bir neçə ayda nə baş verib?

NATO özü Ankaranın sevgisini qazanmaq üçün xüsusi bir iş görməyib. Suriyanın üsyançı İdlib əyalətində yaranan gərginlik və Rusiyanın Liviyadakı mövqeyi qərəzli vasitəçilikdən Türkiyənin dəstəklədiyi Tripoli hökumətinin əleyhinə olan general Xəlifə Həftərin lehinə keçdikcə münasibətlərdə yeni bir fəsil yaranıb.

Nəticədə, Türkiyə ilə Rusiya 2015-ci ilin noyabr böhranına yaxınlaşan hərbi qarşıdurma nöqtəsinə gəlib çatıb. Türkiyə-Rusiya ortaqlığında açıq şəkildə çatlama başlayıb.

Ankaranın NATO-ya meyl etməsi Türkiyənin İdlibdə və Liviyada qarşılaşdığı çətinlikdən qaynaqlanır. Hökumətyönlü düşüncə mərkəzi SETA-nın bir üzvü “NATO-nun Türkiyəyə dəstəyi” başlıqlı məqalədə yazır: “Türkiyə Rusiyaya qarşı İdlibdə NATO-ya güvənə bilərmi? NATO-nun İdlibdəki aktyorlara qarşı Türkiyəyə əməli dəstək verməsi ehtimal olunurmu? İdlib böhranı NATO və onun üzvləri üçün nə deməkdir?”

Müəllif daha sonra NATO-nun dəstəyi ilə bağlı ehtiyatla nikbin bir nəticəyə gəlir.

Ankaranın kəskin dönüşü konyunktural zərurət və ya NATO-dan struktur asılılığının yeni reallaşmasıdır?

İdlibdə və Liviyada ölü nöqtələrdən çıxarmaq üçün Türkiyə Rusiya ilə münasibətləri tarazlaşdırmağa və Rusiya ilə ikitərəfli münasibətləri çoxtərəflimüstəviyə köçürməyə çalışır.

Ankara açıq şəkildə NATO, ABŞAvropanın ağır yüklərini İdlibdə tarazlığı düzəltmək üçün daha çox işə cəlb etməyə, Əsəd qüvvələrinin strateji M4 şossesi üzərində nəzarəti ələ keçirməsini qabaqlamağa çalışır.

Amma NATO ümumiyyətlə, Rusiyanı İdlibdə dayandırmağa qadirdirmi?

Ukrayna davasını xatırlatmaq suala cavab vermək üçün kifayət ola bilər. Bu böhranda “ağlaya bilməyən nəhəng” kimi görünən NATO bölgədən və NATO müqaviləsinin kollektiv müdafiəyə dair 5-ci maddəsinin əhatə dairəsindən kənarda olduğu İdlib üzərində Rusiya ilə silahlı qarşıdurma riskini üzərinə götürə bilməz. NATO-nun Suriyadakı istəksizliyinin ən əlamətdar əlaməti 2014-2019 dövründə İŞİD-lə mübarizədə bəzi əməliyyat məsuliyyətlərini üzərinə götürməsidir.

Ankaranın təcili yardım istəyini yerinə yetirmədiyi təqdirdə, NATO Türkiyədəki nifrət obyekti vəziyyətinə dərhal qayıda bilər. Xarici siyasətindəki sürətli dönüşləri və siyasi-strateji səhvlərinin nəticələrini Türkiyə ictimaiyyətinə asan “sata bilməsi” üçün o, düşmənlərə – həqiqi və ya xəyali – daim ehtiyac duyur. NATO xaricdəki düşmənlərin namizəd siyahısına başçılıq edir, çünki o, hökumət tərəfdarları və Ankaradakı nüfuzlu anti-Qərb və Avrasiyaçı lobbilərin razılaşa və əməkdaşlıq edə biləcəyi “ortaq düşmən” olaraq qalır.(Tərcümə: Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Ankara NATO


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto

"Əli Həsənov və Vüqar Səfərli məsuliyyətə cəlb edilməlidir” - Jurnalist

Sabiq deputat Hadı Rəcəblinin kölgədə qalan daha 5 şirkəti üzə çıxdı - Foto

Koronavirusu ilk dəfə aşkarlayan həkim olanları yazdı və yoxa çıxdı

Koronavirusla bağlı xoş xəbər: Yoluxmanı azaltmaq mümkün olacaq - Yenilik

Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir - Foto

Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...

Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü

"Relax" istirahət mərkəzində karantində olan iki tələbə bacının məktubu hər kəsi kövrəldib - Foto

Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib - Qərargah

Son zamanlar Qazaxda erməni təxribatının intensivləşməsi nəylə əlaqəlidir?

Çində koronavirusun ikinci dalğası başladı – Karantin

loading...

Ən çox oxunanalar