Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anjey Kaspşikin mandatı yenidən uzadılıb

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

PİA.az-ın xəbərinə görə, bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.

ATƏT-ə sədrliyin İsveçə ötürülməsi ilə təşkilatın fəaliyyətdə olan sədrinə xüsusi nümayəndələr təyin edilib.

Bildirilib ki, 2020-ci ildə Albaniyanın ATƏT-ə sədrliyi dövründə çalışan xüsusi nümayəndələrin çoxu İsveçin sədrliyi dövründə də fəaliyyətinə davam edəcək.

Bununla belə, ATƏT-in fəaliyyətdə olan yeni sədri Ann Lindeyə yeni xüsusi nümayəndələr də təyin edilib. Səfir Kent Harstedt fəaliyyətdə olan sədrin xüsusi elçisi, Rozalin Marbinah Gənclər və Təhlükəsizlik üzrə xüsusi nümayəndə, Liliana Palihoviçi Gender məsələləri üzrə xüsusi nümayəndə, Professor Anita Ramasastri Antikorrupsiya üzrə xüsusi nümayəndə və səfir Annika Soder isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edilib.

Qeyd edək ki, fəaliyyətdə olan sədrin xüsusi nümayəndələri ATƏT regionunda böhranların və münaqişələrin həlli istiqamətindəki işində sədrə kömək etmək və iştirakçı dövlətlərin konkret sahələrdə səylərini daha yaxşı əlaqələndirməyi təmin etmək üçün təyin edilir.

Qeyd edək ki, Anjey Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini 1997-ci ilin yanvarından icra edir. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar