Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Angela Merkel Rusiyanı günahlandırdı

Buna səbəb orta və yaxınmənzilli raketlərin ləvğinə dair müqavilənin pozulması olub

APA-nın “RİA Novosti”yə istinadən xəbər verir ki, Angela Merkel Berlində keçirilən mətbuat konfransında Rusiyanın müqaviləni pozmasına görə təəssüf etdiyini bildirib.

“Təəssüf ki, bu, razılaşmanın sonu oldu. Silahların məhdudlaşdırılması istiqamətində NATO-dakı tərəfdaşlarımızla birlikdə bundan sonra da əlimizdən gələni edəcək və qarşıdakı illərdə bu siyasəti davam etdirəcəyik", - deyə Almaniya kansleri qeyd edib.

Merkelin sözlərinə görə, müqavilənin ləğvi ilə əlaqədar NATO-da ortaq bir məxrəcə gəlinəcək və rəsmi Berlin bu məsələdə NATO tərəfdaşı kimi davranacaq.

Xatırladaq ki, orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞSSRİ arasında imzalanıb.

2014-cü ildə ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib.

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib.

Bu ilin iyul ayında isə Rusiya orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxıb. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı federal qanunu imzalayıb.

Avqustun 2-də isə ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi başa çatıb.

Pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar