Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Andraniki ordusuyla birgə darmadağın etmiş, Qarabağı erməni işğalından qurtarmış laçınlı bəy qardaşları

Sultan və Xosrov bəylərin erməni işğalına qarşı şanlı mübarizəsi haqda tarixi faktlar...

Dekabrın 1-də işğal altındakı Laçın Azərbaycana qaytarıldı. Laçın artıq Azərbaycan ordusunun nəzarətindədir. Bununla da Azərbaycan 28 ildən sonra dövlət sərhədləri üzərində nəzarəti bərpa etmiş oldu.

İşğal altında olan rayonlar arasında ərazisinə görə ikinci böyük rayon olan Laçın həm də zəngin təbiəti, dağları, meşələri və qədim abidələri ilə yanaşı qəhrəman insanları ilə məşhurdur. Laçın qəhrəman övladları arasında ilk sırada isə Sultan bəy gəlir. Daha dəqiqi Sultan və Xosrov bəy Sultanov qardaşları.

100 il əvvəl məhz Sultanov qardaşları sayəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ və Zəngəzur üzərində hakimiyyətini bərqərar edib, erməni separatçı-terrorçu dəstələrini məğlub edərək dövlət hakimiyyətini qəbul etdirib. 1919-cu ilin fevralında isə Xosrov bəyin qardaşı Sultan bəyin silahlı könüllüləri Şuşaya hücuma hazırlaşan daşnak qüvvələri komandanı Andronikin rəhbərlik etdiyi qüvvələri Laçının Zabux kəndində ağır məğlubiyyətə uğuradır. Məhz Zabux döyüşündən sonra Andronikin dəstələri dağılır.

Sultanov qardaşlarının böyüyü olan Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (indiki Laçın rayonunun Kürdhacı kəndində) anadan olub. Atası Əlipaşa bəy oğluna ana babasının adını Əsəd Sultan qoyur. Şuşa ibtidai məktəbini və Gəncə şəhərində gimnaziyada orta təhsilini tamamlayan Sultan bəy o dövrün nümunəvi hərbi məktəblərindən olan Sankt-Peterburq Hərbi Akademiyasına daxil olsa da, naməlum səbəblərdən məktəbi bitirməmiş geri, Laçına qayıdır.

İlk dəfə 1905-1907-ci illərdə baş verən birinci erməni üsyanı zamanı bölgə əhalisini erməni hücumlarına qarşı təşkilatlandıran, hazırlıqlı erməni qüvvələrinə qarşı silahlı müqavimət təşkil edən Sultan bəy və atası olur. Hərbi savadı olan Sultan bəy tez bir zamanda yerli əhalidən ibarət müdafiə dəstələri yaradaraq postlar formalaşdırır və nəticədə yerli əhalini erməni hücumlarından qorumağa nail olur.

Əlipaşa bəyin digər oğlu Xosrov bəy Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Qasımuşağı obasının Kürdhacı kəndində dünyaya gəlib. Xosrov bəy Sultanov Yelizavetpol kişi gimnaziyasında orta, Odessadakı Novorossiysk Universitetində ali tibb təhsili alıb.

1903-cü ildə həmin universiteti bitirdikdən sonra Xosrov bəy Sultanov vətəninə qayıdaraq Zəngəzur və Qarabağda topladığı zəngin müalicəvi bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək təmənnasız olaraq xəstələri müalicə edib. Xosrov bəy Sultanov 1917-ci ildə Müsavat Partiyasına daxil olmuş, bir qədər sonra isə Rusiya Müəssislər Məclisinə deputat seçilib.

AXC hökumətinin birinci kabinetində müdafiə naziri postunu tutan Xosrov bəy Sultanov 29 yanvar 1919-cu il tarixli hökumət qərarı ilə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin olunub.

Hər iki qardaşın və regionun vətənpərvər insanlarının səyi nəticəsində Qarabağ və Zəngəzurda erməni üsyanı yatırılır və ermənilər AXC dövlət hakimiyyətini qəbul edir. Arxiv sənədlərinə əsasən Şuşikənddə 8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll etmək istədiklərini bildirirlər.

Qarabağ ermənilərinin 7-ci qurultayının 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edildi.

26 bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi ki, “Qarabağın, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənilər özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir...”

Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi... 7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar”.

Sultan bəyin ermənilərə qarşı ən böyük qələbəsi isə Zabux döyüşündə əldə olunur. 1919-cu ilin fevral ayında Sultan bəy Laçının Zabux dərəsində Andronikin təxminən 30 minlik daşnak ordusunu darmadağın etmiş, bununla da Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst etmişdir. Bundan sonra Zabux dərəsi “Qanlı dərə” adlandırılmışdır.

Arxiv sənədlərinə əsasən daşnak generalı Andronik özünü silahlı dəstələri ilə Zəngəzurdan Şuşaya hücum etmək üçün Zabux dərəsi ərazisindən Laçına daxil olmağa hazırlaşır. Ancaq bu zaman Zabux dərəsində Sultan bəyin silahlı dəstələri erməni daşnak qüvvələrini mühasirəyə alır. Fevralın 23-də baş verən döyüşdə yüzlərlə erməni silahlısı məhv edilir. Bu zaman Sultan bəyin könüllü dəstələrinə AXC ordusu qüvvələri dəstək verir. Bəzi məlumatlara görə bu döyüşdə 600 erməni əsir götürülür, yüzlərlə erməni silahlısı isə öldürülür. Andronik isə keşiş paltarı geyərək qaçıb xilas ola bilir. Bu hadisədən sonra Andronik xaricə qaçır. Zabux dərəsi bu döyüşdən sonra uzun illər “Qanlı dərə” adlandırılır. Sonrakı illərdə də Sultanov qardaşları regiondakı vətənpərvər azərbaycanlılarla birlikdə silahlı erməni qüvvələrinə qarşı uğurlu əməliyyatlar həyata keçirir.

Ancaq Sovet hakimiyyəti qurulduqdan sonra hər iki qardaş Azərbaycanı tərk edirlər. Sultan bəy İrana, oradan da Türkiyəyə köçərək Qarsda yaşayır və 1955-ci ildə Köçköy kəndində vəfat edir.

Xosrov bəy də ömrünü mühacirətdə başa vurur. 1923-cü ildə Azərbaycanı tərk edən Xosrov bəy Sultanov Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşayıb. Xosrov bəy Sultanov Almaniyada Tibb Universitetində professor vəzifəsində işləyib. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov Paşa bəy Sultanov Trabzonda məskunlaşıb. Azərbaycanın qəhrəman oğlu 1943-cü ildə Türkiyədə vəfat edib.(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar